ədalət prinsipinin sosialistlərin eqalitarist ədalət prinsipindən əsas fərqi bundan ibarətdir ki, islam
insanların maddi cəhətdən qeyri-bərabər yaşamasını təbii hesab edir və gəlirlərin dövlət tərəfindən
bərabər şəkildə bölüşdürülməsini ədalətli hesab etmir. İslama əsasən ədalətlə bərabərlik ayrı-ayrı
məfhumlardır. Ədalət hüquq bərabərliyidir. İslama əsasən hər kəsin xüsusi mülkiyyətə yiyələnmək
və daha çox çalışıb, daha artıq sərvətə sahib olmaq hüququ var. Bununla bərabər islam liberalistlər
kimi yoxsulları yaddan çıxarmır. Sosial ədalət islamda dörd prinsip üzərində qurulur: 1. Bütün
sərvət Allaha məxsusdur: (Quran: 24:33); 2. Sərvət insan cəmiyyətinə “etibar əsasında idarəetmə
hüququ” ilə verilir: (Quran: 57:7); 3. Sərvətin məqsədsiz toplanması qadağandır: (Quran: 9:34); 4.
Ehtiyacı olanlarla bölüşmək - hər bir müsəlmanın borcudur: (Quran: 59:7).
Kapitalizm görə dövlət heç nəyi ümumi mənfəət naminə tənzimləmir. Hər şey tələb və təklif
prinsiplərinin öhdəsinə buraxılmışdır. Varlı varlı olaraq, kasıb da kasıb olaraq qalır. Yoxsulluq
təhbəllik və tüfeyliklə bərabər götürülür, şəxsi çatışmazlıqlar kasıblığın əsas səbəbi kimi çıxış edir.
Xalis kapitalizm sistemində yoxsul və ehtiyaclılara qarşı heç bir mərhəmət və qayğıkeşlik yer
almır. Bu oxşar mentalitet qədim Məkkənin bəzi aristokratlarına xas idi. Qurani-Kərim buyurur
ki, “Onlara deyiləndə ki, Allahın sizə verdiklərindən xeyirxahlıq
üçün xərcləyin, inanmayanlar
inananlara dedilər ki, bizmi insanları yedizdirməliyik, Allah istəsəydi özü yedirdərdi”. Halbuki
dini mənbələrdə də qeyd edilir ki, bəzi şəxslərin varlı, digərləinin kasıb olması Allahın imtahanıdır.
Allah bu halda həm varlını səxavət və yardımlaşma ilə, həm də kasıbı səbr və təvəkkül ilə imtahan
edir. Qurani-Kərim buyurur: “Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız (sizin üçün) ancaq bir
imtahandır. Ən böyük mükafat (Cənnət) isə Allah dərgahındadır!” (Quran 64:15).
Tarixdə yazılır ki, İmam Əli hətta xilafət dövründə də (xəlifə olarkən) gecələr evdən çıxar,
özünü tanıtdırmadan qaranlıqda miskinlərə və kimsəsiz qadınlara xurma və çörək aparardı. İslam
Peyğəmbərinin
hədislərinə əsasən
"Kim qonşusu açkən tox yatsa Allaha və axirətə inanan biri
deyil". İslamda ən ali infaq və sədəqə insanın sevdiyi bir şeyi Allah yolunda verməsidir. Bu barədə
Qurani-Kərimdə buyurulur: “
Sevdiyiniz şeylərdən (haqq yolunda)
sərf etməyincə savaba
çatmazsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!
”.
İslamın sosial ədalət konsepsiyasında müasir dövrün sosial
müdafiə sisteminin əsas
elementlərindən olan pensiya təminatının da xüsusi yeri vardır. Rəvayət olunur ki, bir dəfə İmam
Əli yol kənarında dilənən qoca bir kişinin yanından ötür. İmam soruşur: “Bu kimdir?” İnsanlar
deyir: “Ya Əmirəl Möminin, o kişi Xristiandır”. İmam buyurur: “O qoca və imkansız olana qədər
onun əməyindən istifadə etmiş və sonra onu təməl ehtiyaclarından məhrum etmisiniz! Ona dövlət
xəzinəsindən yardım edin”.
Dostları ilə paylaş: