Mövzu İqtisad elmi yaranana qədərki iqtisadi fikirlər



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə7/14
tarix26.06.2022
ölçüsü1,6 Mb.
#117260
1   2   3   4   5   6   7   8   9   10   ...   14
Mövzu 2 İqtisadi fikir tarixi fənninin predmeti, 220421 230356

Möhtəkirlik — əhaliyə lazım olan 
məhsulların ucuz qiymətə alınıb saxlandıqdan sonra baha qiymətə satılması, eləcə də ərzaq 
məhsullarını satmayıb bazarda qıtlıq yaratmaq, sonra isə baha qiymətə satmaq.
Hədislərə əsasən, 
möhtəkir camaatdan gizlətdiyi malı sonra sədəqə versə belə, Allah qəbul etməz və onu bağışlamaz. 
Nəhcül-bəlağədə İmam Əlinin Malik Əştərə yazdığı məktubda deyilir: "Bütün bunlarla yanaşı bil 
ki, onların çoxu – tacirlər və sənətkarlar – alverdə həddindən artıq amansızdırlar və xoşagəlməz 
xəsislikləri var. Onlar daha çox xeyir götürmək məqsədilə möhtəkirlik edər və onlara öz istədikləri 
kimi baha qiymət qoyarlar. Bu da xalq kütləsi üçün zərərli, rəhbərlər üçünsə eyb və rüsvayçılıqdır. 
Buna görə, möhtəkirliyin qarşısını al, çünki Allahın Rəsulu (s) onu qadağan etmişdir".
 
İslam 
peyğəmbərindən
 nəql olunan hədislərdən aydın olur ki, möhtəkirliyi yalnız xəyanətkarlar və 
günahkarlar edə bilərlər. 
İslam real dəyər yaratmayan bütün əməliyyatları qadağan edir. Birjalardakı fyuçers 
əməliyyatları real əmtəə mübadiləsini deyil, əmtəəyə olan alqı-satqı hüququnun alınıb-satılmasını 
nəzərdə tutur. Fyuçers müqaviləsinin iştirakçılarının əsas məqsədi ilkin razılaşma və faktiki 
göndəriş müddətləri arasındakı dövrdə baş verən qiymət dəyişikliklərindən faydalanmaqdır. 
Məsələn, birjada bir kiloqramının qiyməti 10$ olan 1000t miqdarında hələ istehsal edilməmiş 
(yetişməmiş) qarğıdalının satışı ilə bağlı müqavilə bağlanır. Müqaviləyə əsasən bir ildən sonra 
qeyd edilən miqdarda qarğıdalı alıcısına təhvil verilməlidir. Müqavilənin alıcısı da bir ildən sonra 


qarğıdalının alış müqaviləsini daha baha qiymətə satmaq və bu mübadiləsən gəlir əldə etmək 
istəyir. Bu halda real əmtəə deyil, yalnız onun müqaviləsi alınıb satılır. 
Hz. Peyğəmbər (s.ə.s.) 
xurmanın meyvəsi tam yetişənə qədər, torpaqdan çıxan məhsulun isə dənəsi ağarıb təbii fəlakətdən 
təhlükəsiz vəziyyətə gələnə qədər satışını qadağan etmişdir. 
İslam maliyyə sisteminin özünəməxsus cəhəti onun faizə olan baxışıdır.

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin