Əmtəələrə bölgə qiymətləri də müəyyən edilir.Bu vaxt, firma iki, yaxud da bir neçə bölgəyə mal göndərməyi və oradakı bazarda «məskunlaşmağı» qarşısı-na məqsəd qoyur. Hər hansı eyni bir bölgənin hüdudların-da yaşayan istehlakçılar və sifarişçilər əmtəələri eyni qiy-mətlə satın alırlar. göstərir.
Qiymətqoymada istifadə olunan metodlardan biri də qiymətin bazis məntəqəsi nəzərə alınmaqla müəyyən edilməsidir. Bunun mahiyyəti ondan ibarətdir ki, hər hansı bir şəhər bazis kimi qəbul edilir və göndəriş yerindən asılı olmayaraq bütün sifarişçilər üçün nəqliyyat xərcləri eyni məbləğdə – bazis məntəqəsi üzrə olan məbləğ qədər olur.
Alıcı və ya satıcı daşınma xərclərini öz üzərlərinə götürməklə qiymətqoyma metodundan da istifadə edirlər. Bunun mahiyyəti ondan ibarətdir ki, satıcı və ya alıcı daha çox sifariş daxil olmasını təmin etmək üçün əmtəələrin daşınması ilə əlaqədar olan xərclərin bir hissəsini və ya onu tamamilə öz öhdəsinə götürür. Firmalar bu metoddan başlıca olaraq yeni bazarlara girmək, habelə rəqabətin kəskinləşdiyi bazarlarda özlərinin mövqelərini qoruyub saxlamaq üçün istifadə edirlər.