Mövzu İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat)


Beləliklə, nəzərdən keçirilənlərə əsasən aşağıdakı nəticələri çı­xar­maq olar



Yüklə 1,76 Mb.
səhifə183/279
tarix31.12.2021
ölçüsü1,76 Mb.
#112866
1   ...   179   180   181   182   183   184   185   186   ...   279
M vzu qtisadi n z riyy nin predmeti v metodu.( 2 saat)

Beləliklə, nəzərdən keçirilənlərə əsasən aşağıdakı nəticələri çı­xar­maq olar: qiymətlər sabit qaldıqda (birinci dövr) nominal və real ÜMM eyni sürətlə artır. Lakin "vaxtsız" inflyasiya zamanı (ikinci dövr) nominal ÜMM-i deflyasiya etmək lazımdır. Bu, məhsulun həcmini fi­ziki ifadədə müəyyən etməyə imkan verir. "Xalis" inflyasiya zamanı (üçüncü dövr) nominal ÜMM artır (həm də bəzən çox sürətlə artır), real ÜMM isə dəyişmir.

Xərclərin artması və bazarda ümumi təklifin azalma-sı da in­flyasiyaya səbəb ola bilər. Bunu belə bir faktdan ay-dın görmək olar ki, son illərdə ümumi tələb artıqlığı olmadı-ğı halda, qiymətlərin artdığı dövrlərə təsadüf olunmuşdur. Istehsalın həcmi və məşğulluq azaldığı hallarda da qiymət-lərin artdığı dövrlər müşahidə edilmişdir. Beləliklə, istehsal xərclərinin artması və ya ümumi təklifin azalması ilə əlaqə-dar olaraq baş verən inflyasiya təklif üzrə inflyasiya adlanır.

Xərclərin artması ilə əlaqədar olan inflyasiya öz ifadəsini məh­sul vahidinə düşən istehsal xərclərinin çoxal-masında tapır və aşa­ğıdakı kimi müəyyən edilir:

Məhsul vahidinə düşən xərclər = ümumi xərclər : məhsulun miqdarı

Məhsul vahidinə düşən xərclərin artması mövcud qiymətlərlə fir­manın təklif etdiyi məhsulun və deməli, onun mənfəətinin azalmasına səbəb olur. Bunun nəticəsində bü-tün iqtisadiyyat üzrə təklif olunan əm­təə və xidmətlər azalır, bu isə qiymətlərin bahalaşmasına gətirib çıxarır. Təklif üzrə inflyasiyaya iki başlıca amil təsir edir. Bunlardan biri no­mi­nal əmək haqqının artırılması, digəri isə xammal və mate­rialların, enerji daşıyıcılarının qiymətlərinin bahalaşmasıdır.

Əmək haqqının artırılması nəticəsində baş verən inflyasiya is­tehsal xərclərinin çoxalması ilə əlaqədar olan inflyasiyanın bir nö­vüdür. Bunun başlıca səbəbkarı demək olar ki, həmkarlar ittifaqıdır. Bu, onun­la izah edilir ki, həmkarlar ittifaqları kollektiv müqavilələr vasitə­si­lə nominal əmək haqqı üzərində nəzarəti müəyyən dərəcədə həyata ke­çirirlər. Məsələn, tutaq ki, iri həmkarlar ittifaqları əmək haqqının bö­yük məbləğdə artırılmasını tələb edir və buna nail olurlar. Bununla da onlar həm də həmkarlar ittifaqlarının üzvü olmayan işçilərin əmək haq­qı­nın yeni standartını müəyyən etmiş olurlar. Bütün ölkə üzrə əmək haqqının artırılması, əks təsir göstərən hər hansı bir amillə (məsələn, bir saatda istehsal olunan məhsulun miqdarı) taraz­laşdırılmadıqda məhsul vahidinə düşən xərclər artır. Istehsalçılar buna bazara çıxardıqları əm­təə və xidmətlərin miqdarını azaltmaqla cavab verirlər. Tələb sabit qal­maqla, təklifin azalması isə qiymətlərin art­masına səbəb olur. Bunu əmək haqqının həddindən çox artırılması ilə əlaqədar olaraq baş verən inflyasiya adlandırırlar.

Xərclərin artması ilə əlaqədar olan inflyasiyanın baş-qa bir nö­vü təklif mexanizminin pozulması nəticəsində baş verən inflyasiyadır. Bu, enerji istehsalına sərf olunan xam-malların qiymətlərinin qəflətən artması ilə əlaqədar olaraq istehsal xərclərinin və deməli məhsulların qiymətlərinin bahalaşması nəticəsində baş verir. Bunu 1973-1974, 1979-1980-ci illərdə və ümumiyyətlə son dövrlərdə enerji daşıyıcı-larının qiymətlərinin qalxıb-enməsindən daha aydın görmək olar. Belə ki, enerji daşıyıcılarının qiymətlərinin artması nə-ticəsində istehsal və məh­sulların daşınması xərcləri artmış-dır. Bu isə öz növbəsində xərc­lərin çoxalması ilə əlaqədar olan inflyasiyanın sürətlə artmasına səbəb ol­muşdur.

Iqtisadiyyatda elə hallar da olur ki, eyni vaxtda, bir tərəfdən qiy­mətlər artır, digər tərəfdən isə istehsalın həcmi azalır. Başqa sözlə, qiymətlər və məhsul istehsalı müxtəlif istiqamətlərdə dəyişir. Buna staqflyasiya deyilir.

Iqtisadçılar staqflyasiyanın səbəblərini müxtəlif cür izah edir­lər. Buna dair aşağıdakı nöqteyi-nəzərlər diqqəti daha çox cəlb edir:

1) Qeyri-təkmil strukturların mövcudluğu. Belə bir fikir irəli sürülür ki, yaxşı sahmana salınmış bazar mexaniz-minə malik olan iqti­sadiyyatda bəzi əmtəələrin qiymətləri-nin artması başqa əmtəələrin qiy­mətlərinin aşağı düşməsinə səbəb olur. Odur ki, bazar tarazlığına əməl olunmalıdır;

2) Staqflyasiya inhisara və bazarda firmaların hökm-ranlığına səbəb olur. Bu o deməkdir ki, az istehsal edib, baha satmaq inhisarlar üçün daha faydalıdır;

3) Belə bir fikir də geniş yayılmışdır ki, staqflyasiya-nın səbəbi göz­lənilən inflyasiya ola bilər. Başqa sözlə, isteh-sal amillərinin mül­kiy­yətçiləri öz gəlirlərinin inflyasiya nəti-cəsində azalacağından ehtiyat edə­rək xidmətlərin dəyərini artırmağa başlayırlar.




Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   279




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin