Mövzu İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat)


Inflyasiyanın sosial-iqtisadi nəticələri



Yüklə 1,76 Mb.
səhifə184/279
tarix31.12.2021
ölçüsü1,76 Mb.
#112866
1   ...   180   181   182   183   184   185   186   187   ...   279
M vzu qtisadi n z riyy nin predmeti v metodu.( 2 saat)

4. Inflyasiyanın sosial-iqtisadi nəticələri.
Inflyasiyanın yalnız səbəblərini aydınlaşdırmaqla ki-fayətlən­mək olmaz, həm də onun sosial-iqtisadi nəticələrini nəzərdən keçirmək lazımdır.

Bazar iqtisadiyyatı üçün səciyyəvi olan bir çox hadisələr kimi inflyasiyanı da birmənalı qiymətləndirmək düzgün deyildir. Ona görə ki, inflyasiyanın mənfi cəhətləri ilə yanaşı, müsbət cəhətləri də vardır. Belə ki, o, iqtisadi artıma təsir edir, ona təkan verir. Bu isə o deməkdir ki, iqtisadiyyatın bazar mexanizmi vasitəsilə tənzimlənməsi üçün səciyyəvi olan bir çox başqa proseslər kimi, inflyasiya da mütləq mənada hök­mən qarşısı alınmalı və qətiyyətlə aradan qaldırılmalı olan ziyanlı bir proses deyildir. Başqa sözlə, dövlət inflyasiyadan cəmiyyət üzvlə­rinin rifahının yaxşılaşdırılması və iqtisadiyyatın inkişaf etdirilməsi üçün isti­fa­də edə bilər. Məsələn, bazar münasibətlərinin inkişaf etmiş olduğu öl­kələrdə mötədil (mülayim, zəif) inflyasiya iqtisadi artımın normal amili hesab edilir. Bu deyilənlərə əsasən belə nəticə çıxarmaq olar ki, inflya­si­ya qiymətlərin və mənfəət normasının artmasına təsir etməklə, kon­yuk­turanı canlandıran amil kimi fəaliyyət göstərir. Çünki qiymətlər bahalaşdıqda həmin məhsulun istehsalının artırılmasına maraq da artır. Lakin inflyasiyanın də­rin­ləşməsinə yol vermək olmaz, onun qarşısı vaxtında alınmalıdır. Çün­ki onun qarşısı vaxtında alınmadıqda sosial-iqtisadi qeyri-sabitlik güc­lənməklə, ölkədə tarazlıq pozulur, iqtisadiyyatın inki­şafına əngəl törə­di­lir, böyük məbləğdə xərc tələb olunur.

Inflyasiya nəinki ölkə daxilində tarazlığın pozulma-sına səbəb olur, həm də beynəlxalq valyuta münasibətlərinə mənfi təsir göstərir. Bu aşağıdakılarla əlaqədardır:

Birincisi, ölkə daxilində qiymətlərin qalxması valyu-tanın alı­cılıq qabiliyyətinin aşağı düşməsi deməkdir. Valyu-tanın qiymətdən düş­məsi isə valyuta dempinqinə səbəb olur.

Ikincisi, inflyasiya dünya qiymətlərinin artmasına sə-bəb olur. In­flyasiyanın təsiri ilə dünya bazarlarında qiymət-lərin artım sürəti daxili qiymətlərin artım sürəti ilə nəinki bərabərləşmiş, həm də onu ötüb keç­mişdir. BVF-nin eks-pertləri bunu ixrac olunan neftin qiymətlərinin art­ması ilə izah edirlər.

Üçüncüsü, qiymətlərin artması ixrac olunan məh-sulların rə­qabət mübarizəsini zəiflədir və xarici ticarətdə defisitin artmasını güc­ləndirir, tədiyə balansının tarazlaşdı-rılmasını çətinləşqdirir.

Dördüncüsü, valyutaların alıcılıq qabiliyyətinin aşağı düşmə­sindəki qeyri-bərabərlik valyuta məzənnələrinin qeyri - ekvivalentliyini gücləndirir, onların rəsmi və bazar məzən-nələri arasında uyğunsuzluğa səbəb olur. Bu da öz növbə-sində valyuta məzənnələrinin sabitləş­diril­mə­sini çətinləşdi-rir, məzənnələr arasındakı nisbətlərə yenidən baxıl­ma­sını zəruri edir.

Beləliklə, inflyasiya təkcə daxili problem olmaqla qalmır, həm də beynəlxalq valyuta münasibətlərində dağı-dıcı qüvvəyə çevrilir.

Inflyasiya ilə mübarizə və ona qarşı xüsusi proqra-mın işlənib hazırlanması iqtisadiyyatın sabitləşdirilməsinin zəruri ünsürüdür. Bu proqramın əsasını inflyasiyaya təsir edən səbəb və amillərin təhlili, on­la­rın aradan qaldırılması və ya azaldılmasına təsir göstərən iqtisadi təd­birlər sistemi təşkil etməlidir.


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   279




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin