Mövzu İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat)


Dünya ticarətinin əsas cəhətləri və quruluşu



Yüklə 1,76 Mb.
səhifə251/279
tarix31.12.2021
ölçüsü1,76 Mb.
#112866
1   ...   247   248   249   250   251   252   253   254   ...   279
M vzu qtisadi n z riyy nin predmeti v metodu.( 2 saat)

2. Dünya ticarətinin əsas cəhətləri və quruluşu.

Iqtisadi ədəbiyyatda dünya ticarəti belə səciyyələn-dirilir: "Bey­nəlxalq ticarət dedikdə, müxtəlif ölkələrdə alıcı-lar, satıcılar və vasi­təçilər arasında həyata keçirilən alqı-satqı prosesi nəzərdə tutulur".1

Beynəlxalq ticarət idxal və ixracdan ibarətdir. Bunların ara­sındakı nisbət ticarət balansı adlanır. BMT-nin nəşr etdirdiyi statistik məcmuələrdə dünya ticarətinin həcmi və dinamikası haqqında mə­lu­mat­lar bütün ölkələrin ixrac etdikləri məhsulların və göstərdikləri xid­mət­lərin ümumi məbləği kimi verilir.

Qədim zamanlarda meydana gəlmiş dünya ticarəti XVIII əsrin axırları və XIX əsrdə xeyli inkişaf etmiş, geniş-lənmiş və beynəlxalq əmtəə-pul münasibətləri sabit xarakter almışdır. Bu prosesə sə­nayecə daha çox inkişaf etmiş bir sıra ölkələrdə (Ingiltərə, Hollandiya və b.) iri maşınlı sənayenin əmələ gəlməsi və geniş vüsət alması təkan vermişdir. Bu prosesə həmin ölkələrə iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkə­lərdən xammal idxal olunması da təsir göstərmişdir. Sənayecə inkişaf etmiş ölkələr zəif inkişaf etmiş ölkələrdən idxal et­dikləri xammalların əvəzinə onlara, əsas etibarilə istehlak təyinatlı məhsullar ixrac edirlər.

Lakin XX əsrdə dünya iqtisadiyyatı bir sıra böhran-larla üz­ləşmişdir. Bunlardan biri 1914-1918-ci illərdə birinci dünya müharibəsi ilə əlaqədar baş verən böhrandır. Bu böh-ran ikinci dünya müharibəsinə qədər davam etmiş və əmtəə dövriyyəsinə mənfi təsir göstərmişdir. Bundan başqa, ikinci dünya müharibəsindən sonra, imperializmin müstəmləkə sisteminin dağılması ilə əlaqədar olaraq dünya ticarəti yeni çətinliklərlə üzləşmişdir. Lakin sonralar bu çətinlikləri ara-dan qaldırmaq mümkün olmuşdur. Bunu belə bir faktdan aydın görmək olar ki, ikinci dünya mü­haribəsindən sonra dünya ticarətinin inkişaf sürəti xeyli yüksəl­miş­dir. Belə ki, dünyada ixrac olunan məhsulların orta illik artım sürəti 50-ci illərdə 6%, 60-cı illərdə 8,2%, 1970-1991-ci illərdə 9%, 1991-1995-ci illərdə 6,2% olmuşdur.1 Bununla əlaqədar olaraq dünya ticarətinin həc­mi də artmışdır. Məsələn, o, 1965-ci ildə 172 mlrd. dollar, 1970-ci ildə 193,4 mlrd., 1975-ci ildə 816,5 mlrd., 1980-ci ildə 1,9 trln., 1990-ci ildə 3,3 trln., 1995-ci ildə isə 5 trln. dollardan çox olmuşdur.1 Buna bir sıra amillər təsir etmişdir.

Bunlardan biri ikinci dünya müharibəsindən sonrakı dövrdə yeni sahələrin yaradılması və köhnə sahələrin texniki cəhətdən yenidən qurulmasıdır. Bu, onunla əlaqədardır ki, elmi-texniki inqilabın təsiri ilə beynəlxalq miqyasda predmet (son məhsul üzrə), detal (hissələrin, de­talların və s. istehsalı üzrə), texnoloji (ayrı-ayrı əməliyyatların, texnoloji proseslərin həyata keçirilməsi üzrə) ixtisaslaşdırma və kooperasi­ya­laş­dır­ma dərinləşmişdir. Bu isə ona gətirib çıxarmışdır ki, adi kommer­si­ya ticarəti ilə yanaşı, beynəlxalq miqyasda istehsal – texniki əlaqələrə xid­mət gös­tərən əmtəə dövriyyəsi də artmışdır. Istehsalın beynəlxalq miq­yasda ixti­saslaşdırılması və kooperasiyalaşdırılmasının dərinləşməsi dün­ya tica­rətinin liberallaşdırılmasına, onun məhdudlaşdırılmasının qar­­şısının alın­masına və gömrük vergisinin əhəmiyyətli dərəcədə azal­dıl­masına səbəb olmuşdur.




Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   279




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin