M vzu qtisadi n z riyy nin predmeti v metodu.( 2 saat)
5. Xarici ticarət siyasəti və onun həyata keçirilməsi mexanizmi. Beynəlxalq iqtisadi münasibətlərin təkamülü nəticə-sində bazar iqtisadiyyatının nəzəriyyəsi və təcrübəsi əsasın-da xarici tiracət siyasətinin həyata keçirilməsinin bir sıra vasitələri meydana gəlib formalaşmışdır. Bu proses həm milli, həm də dövlətlərarası səviyyədə getmişdir. Qeyd et-mək lazımdır ki, bu, hər hansı bir problemin həllində razı-lığa gələn tərəflərin öhdələrinə götürdükləri normaların, qaydaların və başqa şərtlərin işlənib hazırlanmasını nəzərdə tutur. Hamı tərəfindən qəbul olunan beynəlxalq standartlar və qaydalar da, öz növbəsində milli iqtisadiyyatın tənzim-lənməsinə təsir göstərə bilər. Milli iqtisadiyyatda islahat apardıqda həmin norma və qanunlardan istifadə edilməsi məqsədəuyğundur. Bu, ümumdünya təsərrüfatında forma-laşmış hüquq və vəzifələrin universal sisteminə uyğunlaşma prosesinin getdiyi müasir dövrdə müstəqillik qazanmış dövlətlər, o cümlədən də Azərbaycan Respublikası üçün xüsusilə vacibdir.