Mövzu İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat)


Bretton-Vudse valyuta sistemi elə dünya valyuta sis-temi de­məkdir



Yüklə 1,76 Mb.
səhifə273/279
tarix31.12.2021
ölçüsü1,76 Mb.
#112866
1   ...   269   270   271   272   273   274   275   276   ...   279
M vzu qtisadi n z riyy nin predmeti v metodu.( 2 saat)

Bretton-Vudse valyuta sistemi elə dünya valyuta sis-temi de­məkdir. Bu sistemə görə qızılla yanaşı, ABŞ dolları və çox az həcmdə In­giltərə funt sterlinqi ehtiyat yaratmaq vəzifəsini yerinə yetirir və bu məqsədlə onlar qızıla dəyiş-dirilirdi. Həm də onların qızıla dəyişdirilmə qiyməti də sabit idi. Yəni bir unsiya qızıl (bir unsiya 31,1 qrama bə­rabərdir) 35 dollara bərabər tutulurdu. Valyuta məzənnələri qəti müəy­yən olunmuşdu, ölkələr (sosialist ölkələrindən başqa) arasındakı valyu­ta münasibətləri BVF tərəfindən həyata keçirilirdi.

Qızıl-valyuta standartının normal fəaliyyət göstər-məsi, ehti­yat­la­rın daim artırılmasını tələb edirdi. Bundan başqa, qızıl və valyuta (dollar) ehtiyatları arasında ən əlve-rişli nisbət qorunub saxlanmalı idi. Bu şərtlərə əməl olun-maması Bretton–Vudse sistemini uğursuzluğa gə­tirib çıxara, ehtiyat vəsaitin (dollar, fund sterlinq, qızıl) çatışmaması dünya ticarətində ləngimələrə, onun çox olması isə qəti müəyyən edil­miş valyuta məzənnələri sisteminin pozulma-sına səbəb ola bilərdi.

ABŞ-ın dollar ehtiyatı onun qızıl ehtiyatından bir neçə dəfə çox olduğuna və başqa ölkələr dollar ehtiyatının qızıl ehtiyatı ilə əvəz olun­masını tələb etdiklərinə görə o, (ABŞ) 1971-ci il avqustun 1-dən rəsmi olaraq Amerika dollarının qızıla dəyişdirilməsini dayandırdı. Ona görə qərbi Avropa ölkələri də dolların məzənnəsinin qorunub sax­lan­masına dair üzərlərinə götürdükləri öhdəlikdən imtina etdilər.

Bununla da Bretton- Vudse valyuta sistemində böh-ran baş verdi. Odur ki, bu böhrandan çıxmaq üçün 1972-1974-cü illərdə BVF-nin «Iyirmilər komitəsi» dünya valyuta sistemində islahatlar aparılmasına dair layihə hazırladı. 1976-cı ilin yanvar ayında BVF-nin üzvü olan ölkələr Kinq-ston şəhərində (Yamayka) təşkilatın nizamnaməsində dəyi-şiklik edilməsi haqqında razılığa gəldilər və bu, Yamayka valyuta sistemi adını aldı.

Yamaykada BVF-nin nizamnaməsinə edilmiş də­yi­şikliklər 1978-ci ildə qüvvəyə mindi. Və burada dünya valyuta siste­min­də əmələ gələn aşağıdakı dəyişikliklər öz əksini tapdı: 1) Qızılın rəs­mi qiyməti ləğv olundu; 2) Dəyişən məzənnələr sistemi rəsmən təsbit edildi; 3) BVF-nin üzvü olan ölkələrin daxili və xarici iqtisadi siyasət­lə­rinin əlaqələndirilməsinə verilən tələblər artırıldı; 4) SDR1-in əsas eh­tiyat aktivlərinə çevrilməsi bəyan edildi. Bütün bunların nəticəsində ölkələrin valyuta siyasətləri onların makro-iqtisadi siyasətlərinin ayrıl­maz hissəsinə çevrildi.


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   269   270   271   272   273   274   275   276   ...   279




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin