Mövzu İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat)


Bütün valyutaları şərti olaraq üç qrupa bölmək olar



Yüklə 1,76 Mb.
səhifə275/279
tarix31.12.2021
ölçüsü1,76 Mb.
#112866
1   ...   271   272   273   274   275   276   277   278   279
M vzu qtisadi n z riyy nin predmeti v metodu.( 2 saat)

Bütün valyutaları şərti olaraq üç qrupa bölmək olar: 1) Sərbəst dönərli valyutalar; 2) Qismən dönərli valyutalar; 3) Dönərli olmayan (qapalı) valyutalar.

Həm rezidentlər, həm də qeyri–rezidentlər tərəfin-dən həyata keçirilən istənilən əməliyyat (ticarət, qeyri-ticarət, kapitalın hərəkəti) nəticəsində əldə edilən və qanun-vericiliklə məhdudiyyətlər qoyulmayan valyutaya dönərli valyuta deyilir.

Ayrı-ayrı əməliyyat növləri və müxtəlif valyuta söv-dələşmələri nəticəsində əldə edilən, lakin müəyyən məhdu-diyyətlər qoyulan, yaxud da icazəalma qaydaları ilə tənzi-mlənən valyuta qismən dönərli valyuta adlanır.

Nəhayət, dönərli olmayan (qapalı) valyuta dedikdə, əslində qa­nun­vericilikdə bütün əməliyyatlar üzrə müəyyən məhdudiyyətlər qoyu­lan milli pul vahidi nəzərdə tutulur. Buna keçmiş Sovet Ittifaqının milli valyutasını – manatı misal göstərmək olar.



Valyuta sövdələşmələrinin subyektləri arasında mey-dana çıxan bütün münasibətlərin toplusu "valyuta bazarı" adlanır. Valyuta ba­zarı bir-birilə müasir rabitə vasitələri ilə bağlı olan çoxsaylı iri kom­mersiya banklarından və digər maliyyə idarələrindən ibarətdir. Bu mə­nada valyuta bazarı alıcı və satıcıların toplaşdığı hər hansı bir konkret yer deyildir. Təcrübəli dilerlər valyuta bazarlarında (məsələn, kommer­siya bankında xüsusi şöbənin əməkdaşı) özlərinin iş yerlərində oturub kompüter və telefon vasitəsilə digər bank-ların dilerləri ilə əlaqə saxlayır və valyutaların məzənnələri haqqında lazımi məlumatlar əldə edirlər.

Alıcı bankın dileri telefon vasitəsilə satıcı bankın dileri ilə əla­qəyə girir və sövdələşir. Sövdələşmənin həyata keçirilməsi bir neçə sani­yədən 2-3 dəqiqəyə qədər çəkir. Onu təsdiq edən sənədlər sonra gön­dərilir, bank hesablarında müvafiq qeydlər isə iki iş (bank) günündə apa­rılır.




Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   271   272   273   274   275   276   277   278   279




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin