3. Sahiblik, sərəncamvermə, istifadəetmə və mənimsəmə – iqtisadi kateqoriyalardır.
Məlum olduğu kimi, mülkiyyət iqtisadi münasibət kimi çoxcəhətli anlayışdır. O, həyatın sosial-iqtisadi şəraiti-ni müəyyən və ifadə edir, müxtəlif təyinatlı nemətlərin isteh-salı və mənimsənilməsi formasıdır. Iqtisadi münasibətlərə nemətlərin mənimsənilməsi nöqteyi-nəzərindən yanaşdıqda mülkiyyətlə yanaşı, sahiblik və istifadəetmə anlayışları da mənimsəmə formalarıdır. Sərəncamvermə isə mülkiyyət, sahiblik və istifadəetmə münasibətlərinin reallaşdırılmasının konkret formasıdır.
Istifadəetmə, sahiblik və sərəncamvermənin məzmu-nunu aydınlaşdırmaq üçün hər şeydən əvvəl, qarşılıqlı əlaqədə olan kateqoriyalar sistemində “mənimsəmə” anlayı-şının yerini, onun istehsalla münasibətini müəyyən etmək lazımdır.
Mənimsəmə insanların şeylərə özlərininki, onların sahibi kimi baxmaları, münasibət bəsləmələri deməkdir. Lakin bu, insanların şeylərə olan subyektiv münasibətləri deyildir, o, insanlar arasında şeylərlə əlaqədar meydana çıxan münasibətləri ifadə edir. Mənimsəmə olduqca geniş anlayışdır. Iqtisad elmini maraqlandıran əsas cəhət mənimsəmənin iqtisadi ünsürləridir. Bir sıra hüquqi aktlar əsasında – varislik, bağışlamaq və i. a. – mənimsəmə iqtisadi nəzəriyyənin tədqiqat obyekti deyildir. Iqtisadi münasibət olan mənimsəmə bir tərəfdən nemətlərin istehsalı, digər tərəfdən isə müəyyən mülkiyyət formalarının mövcüdluğu ilə əlaqədardır.
Məhz bu mənada istehsal və mənimsəmə bir-birinin eynidir. Lakin istehsal və mənimsəmə həm də eyni şey deyildirlər. Istehsalın müəyyən sosial-iqtisadi tərəfi–bilava-sitə istehsal prosesində investisiya əmtəələrinin mənimsə-nilməsi–öyrənildikdə o, mənimsəmə ilə uyğun gəlir. Digər tərəfdən, mənimsəmənin yalnız istehsaldan ibarət olduğunu təsəvvür etmək də yanlış fikirdir. Ola bilər ki, ayrı-ayrı şəxslər istehsal etsin, lakin mənimsəməsin, yaxud da əksinə, istehsal etməsin, lakin mənimsəsin.
Başqa iqtisadi hadisələr kimi, mənimsəmənin də əbədi, daimi olduğunu demək düzgün deyildir. O, iqtisadi tərəqqinin müxtəlif mərhələlərində inkişaf edir, yeni məzmunla tamamlanır, zənginləşir.
Mülkiyyət, həm də mənimsəmə deməkdir. Lakin bunların tamamilə eyni anlayışlar olduğunu demək düzgün olmazdı. Çünki onların hər ikisi iqtisadi münasibətlər sistemində müstəqilliklərini saxlayırlar. Eyni zamanda mülkiyyət, sahiblik və istifadəetmə mənimsəmənin müxtəlif formalarıdır. Bununla birlikdə sahiblik özündə istifadə-etməni, mülkiyyət isə onların hər ikisini birləşdirə bilər. Bu proseslərin əlahiddələşməsi də mümkündür. Çünki təcrübə-də mülkiyyətçi, sahiblik və istifadəetmə vəzifələrini digər şəxslərə verir.
Sərəncamvermə müxtəlif dərəcədə mənimsəmənin bütün formalarına aiddir. Lakin mülkiyyətçi, habelə sahib-lik və istifadəetmə səlahiyyətlərinə malik olan şəxslər bir-birindən əlahiddələşdikdə mülkiyyətçi onların hər ikisinə, yəni sahiblik hüququ əldə etmiş şəxs və istifadə edənə nisbətən daha böyük iqtisadi imkana malik olur. Sahiblik, istifadəetmə, sərəncamvermə, hətta mülkiyyət münasibətlə-rinin özü də iqtisadi münasibətlərin müxtəlif cəhətlərini əks etdirdiyinə görə onların hər biri tamın müstəqil tərkib hissələridir.
Beləliklə, sahiblik, sərəncamvermə, istifadəetmə və mənimsəmənin hər biri müəyyən iqtisadi məzmuna malik olan iqtisadi kateqoriyalardır və insanlar arasında meydana çıxan münasibətləri ifadə edirlər.
Dostları ilə paylaş: |