4. Sahibkarlıq fəaliyyətinin məqsədi və formaları.
Bazar münasibətlərinin yüksək səviyyədə inkişaf etmiş olduğu ölkələrin təcrübəsi sahibkarlıq fəaliyyəti qarşısında müxtəlif məqsədlərin qoyulduğunu göstərir. Iqtisadiyyatın mövcud vəziyyətindən, inkişaf səviyyəsi və miqyasından asılı olmayaraq sahibkarlıq fəaliyyəti qarşısında duran əsas iqtisadi vəzifə, strateji məqsəd mənfəət əldə etməkdən iba-rətdir.. Mən-fəətin aşağı səviyyəsi sahibkara bazarda özünün mövqeyini qoruyub saxlamağa, öz fəaliyyətinin mövcud səviyyəsini bərpa etməyə, təkrar istehsal prosesini həyata keçirməyə imkan verir. Mənfəətin yüksək səviyyəsi isə sahibkara özünün fəaliyyət dairəsini daha da genişləndirməyə, risk etməyə, mürəkkəb bazar konyukturası şəraitində rəqiblərlə müvəffəqiyyətlə rəqabət aparmağa, biznes aləmində daha da möhkəmlənməyə və öz mövqelərini qoruyub saxlamağa, məhsulun istehsalı və satışı sahəsində malik olduğu bazar payını artırmağa və nəticə etibarilə əvvəlki dövrlərə nisbətən daha çox mənfəət əldə etməyə şərait yaradır. Lakin qeyd etmək lazımdır ki, bunlar, konkret şəraitdən asılı olaraq dəyişə bilər. Başqa sözlə, mənfəətin kəmiyyətinin çox və ya az, səviyyəsinin isə aşağı və ya yuxarı olması ilə əlaqədar qarşıya qoyulan vəzifələrdə müxtəliflik halları da mümkün-dür. Bunları bir qədər ətraflı nəzərdən keçirək. Məlum oldu-ğu kimi, sahibkarın öz qarşısına qoyduğu başlıca vəzifələr-dən biri istehsal olunan məhsulun, yaxud da göstərilən xidmətin, onların satışının həcmini artırmaqdan ibarətdir. Lakin mənfəət əldə etmək və tez bir zamanda şəxsi sərvəti artırmaq uğrunda mübarizə aparmaq heç də bütün hallarda sahibkarlıq fəaliyyətinin yeganə məqsədi deyildir. Sahibkar qərar qəbul edərkən konkret şəraiti nəzərə almalıdır.
Dostları ilə paylaş: |