5. Sahibkarlığın əsas funksiyaları.
Sahibkarın fəaliyyəti hər şeydən əvvəl müəssisənin işinin səmərəli təşkilinə yönəldilir. Və burada onun hamıya məlum olan daxili funksiyaları diq-qəti daha çox cəlb edir. Tanınmış iqtisadçı R.Barr sahib-karın daxili funksiyalarını aşağıdakı kimi təsnifləşdir-mişdir. Sahibkar:
1) Istehsalı təşkil edir. Onun bu funksiyasına iqtisadi şəraitin qiymətləndirilməsi, fəaliyyət planının işlənib hazırlanması, inzibati idarəetmənin təşkili, planların yerinə yetirilməsi üzərində nəzarətin həyata keçirilməsi və s. daxildir.
2) Riski öz üzərinə götürür. Sahibkar risk edən şəx-sdir.
3) Hakimiyyət funksiyalarını yerinə yetirir. Sahibkar istehsal vahidinin rəhbəridir. Deməli, o, özünə məxsus olan istehsal vahidində çalışan işçilərə rəhbərlik edir.
Sahibkarın rəqabət mübarizəsi prosesində başqa sa-hibkarlarla bəhsləşməsi onun müəssisədənkənar funksiya-sına aiddir. Bu funksiyalar vaxtilə Y.Şümpeterin «Iqtisadi təkamül nəzəriyyələri» əsərində aşağıdakı kimi müəyyən-ləşdirilmişdir. Sahibkar:
1) istehlakçıya hələ məlum olmayan yeni iqtisadi nemətləri, yaxud da yeni keyfiyyətlərlə köhnə iqtisadi ne-mətləri istehsal edir;
2) hər hansı bir sahədə əvvəllərdə tətbiq olunmamış yeni istehsal metodlarından istifadə edir;
3) Yeni satış bazarlarını mənimsəyir, yaxud da əvvəlki bazarlardan daha keniş istifadə edir;
4) Yeni xammal mənbələri və növlərini mənimsəyir;
5) Istehsal və satışın təşkilinin yeni formalarından istifadə edir.
Sahibkarın nəzərdən keçirilən bütün bu funksiyaları onun hamıya məlum olan funksiyalarına aiddir.
Dostları ilə paylaş: |