Tələbin qiymətə görə elastikliyi göstəricisinin mütləq kəmiyyəti 1-dən böyük olduqda, bu, nisbi elastiklik tələbi və ya tələbin nisbi elastikliyi adlanır
M vzu qtisadi n z riyy nin predmeti v metodu.( 2 saat)
Tələbin qiymətə görə elastikliyi göstəricisinin mütləq kəmiyyəti 1-dən böyük olduqda, bu, nisbi elastiklik tələbi və ya tələbin nisbi elastikliyi adlanır.Başqa sözlə, bu o deməkdir ki, qiymətlərin dəyişməsi tələbin kəmiyyətində böyük dəyşikliklərə gətirib çıxarır.
Elastiklik əmsalı 1-ə bərabər olduqda buna fərdi elastiklik deyilir və söhbət yeganə elastiklikdən gedir. Bu zaman da qiymətlərin dəyişməsi tələbin kəmiyyətinin dəyişməsinə gətirib çıxarır. Burada çox mühüm olan iki halı nəzərə almaq lazımdır. Birinci halda, alıcıların əmtəələri satın aldıqları yalnız bir qiymət mövcud ola bilər. Bu zaman qiymətin istənilən qədər qaldırılması və ya aşağı salınması alıcını həmin əmtəələri satın almaqdan imtina etməyə, yaxud da tələbin qeyri-məhdud artmasına gətirib çıxarır. Bu zaman tələb mütləq mənada elastikdir və həm də elastiklik göstəricisi sonsuzdur. Məsələn, şəhər bazarlarında ayrı-ayrı şəxslər tərəfindən satılan pomidor mütləq elastikliyə malikdir. Lakin pomidora olan bazar tələbi qeyri-elastikdir. Ikinci hal mütləq mənada elastik olmayan tələbə aiddir, yəni qiymətlərin dəyişməsi öz əksini tələbin kəmiyyətində tapır. Buna xəstənin yan keçə bilmədiyi ayrı-ayrı dərman növlərinə olan tələbi misal göstərmək olar.