Valyuta birjası hər hansı bir ölkənin milli valyutasını dönərli valyutaya və ya əksinə, dəyişdirmək üçün yaradılır. Fond birjaları meydana gəldikləri və fəaliyyət göstərdikləri ilk dövrlərdə onun tərkibində xarici valyutanın alınıb-satıldığı valyuta birjaları da təşkil olunurdu. Sonralar bu əməliyyatları iri banklar aparmağa başladılar. Hazırda xarici valyutaların alqı-satqısı əməliyyatlarını fond birjaları və banklar yerinə yetirirlər.
Valyuta birjalarının xüsusi orqanları – adətən qiy-mətqoyma komissiyası – xarici valyuta məzənnələrini müəy-yənləşdirir və onları xüsusi bülletenlərdə dərc etdirir. Bank-lar, sənaye və ticarət inhisarları, xarici valyutası olan ayrı-ayrı sahibkarlar bundan müxtəlif maliyyə əməliyyatlarında geniş istifadə edirlər. Xarici valyuta ilə qiymətqoymanın aşağıdakı iki növü vardır: 1) Birbaşa qiymətqoyma; 2) Vasitəli qiymətqoyma. Birbaşa qiymətqoyma daha geniş yayılmışdır və bu zaman xarici valyuta vahidi milli valyuta ilə ifadə olunur. Vasitəli qiymətqoyma zamanı isə milli val-yuta vahidi xarici valyuta ilə ifadə edilir.