Mövzu İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat)


Firmaların qısa və uzun müddətli dövrlərdə fəaliyyətləri və xərcləri



Yüklə 1,76 Mb.
səhifə97/279
tarix31.12.2021
ölçüsü1,76 Mb.
#112866
1   ...   93   94   95   96   97   98   99   100   ...   279
M vzu qtisadi n z riyy nin predmeti v metodu.( 2 saat)

2. Firmaların qısa və uzun müddətli dövrlərdə fəaliyyətləri və xərcləri.
Istehsal prosesində istifadə olunan ehtiyatların həc-minin də­yişməsinə müxtəlif miqdarda vaxt sərf olunur. Bununla əlaqədar ola­raq qısa və uzun müddətli dövrləri bir-birindən fərqləndirmək lazımdır.

Qısa müddətli dövr dedikdə, müəssisənin malik ol-duğu möv­cud güclərdən istifadənin intensivlik dərəcəsini dəyişdirmək üçün ki­fa­yət edən və özünün istehsal güclərini dəyişdirmək üçün lazım olan dövr nə­zərdə tutulur. Bu dövrdə firmaların istehsal gücləri dəyişməz qalsa da, çox və ya az miqdarda canlı əmək, xammal və başqa ehtiyatları tətbiq et­mək yolu ilə istehsalın həcmini dəyişdirmək olar. Və bu dövrdə möv­cud istehsal güclərindən az və ya çox intensiv istifadə edilir.

Uzun müddətli dövr dedikdə, istehsal gücləri də daxil olmaqla bütün iqtisadi ehtiyatların miqdarının dəyiş-dirilməsi üçün kifayət edən uzun bir dövr nəzərdə tutulur. Uzun müddətli dövrə həmçinin ayrı-ayrı sahələrin məna-feləri baxımından, bu və ya digər sahədə fəaliyyət gös­tərən firmaların ləğv edilməsi və onların bu sahələri tərk etmə-ləri, yeni firmaların meydana gəlməsi və həmin sahələrdə qərarlaşmaları üçün zəruri olan vaxt da daxildir. Beləliklə, qısa müddətli dövr istehsal güclə­rinin dəyişmədiyi, uzun müddətli dövr isə onların dəyişdiyi dövrü səciy­yələndirir.


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   279




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin