3. Iqtisadi qavrama və iqtisadi təfəkkür.
Iqtisadi təfəkkür iqtisadi şüurun ünsürlərindən biri olmaqla, insanların mənəvi fəaliyyətlərinin başlıca tərkib hissəsidir. O, insanların ətraf aləmi, burada baş verən iqtisadi hadisə və prosesləri dərk etmələrinin xüsusi formasıdır. Başqa sözlə, iqtisadi təfəkkür insanların istehsalın qanuna-uyğunluqlarını anlayışlar və onların arasındakı məntiqi əlaqə və asılılıqlar vasitəsilə özlərinin şüurlarında əks etdirmələri deməkdir. Beləliklə, iqtisadi təfəkkür – insanların sosial-iqtisadi münasibətlərə və onların inkişaf qanuna-uyğunluqlarına dair baxışları sistemidir.
Dostları ilə paylaş: |