Mövzu İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat)


Miqyasın səmərəliliyi və ya isteh­salın miqyası-nın genişləndirilməsinin



Yüklə 1,76 Mb.
səhifə100/279
tarix31.12.2021
ölçüsü1,76 Mb.
#112866
1   ...   96   97   98   99   100   101   102   103   ...   279
M vzu qtisadi n z riyy nin predmeti v metodu.( 2 saat)

3. Miqyasın səmərəliliyi və ya isteh­salın miqyası-nın genişləndirilməsinin müsbət və mənfi cəhətləri.
Təcrübə göstərir ki, istehsalın miqyasının genişlən-dirilməsi mü­əy­yən dövr ərzində məhsul vahidinə çəkilən xərclərin azalmasına, sonra isə artmasına səbəb olur. Bunlardan biri istehsalın miqyasının səmərəli, digəri isə sə­mə­rəsiz ol­ma­sıdır. Başqa sözlə, müəssisələrin həcmi genişləndikcə bə-zi amil­lər or­ta istehsal xərclərinin aşağı düşməsinə, bəziləri isə əksinə art­masına sə­bəb olur. Birinci qrup amillərə başlı-ca olaraq əməyin, o cümlədən ida­rə­etmə əməyinin ixtisas-laşdırılmasını, kapitaldan səmərəli istifadə olun­masını, köməkçi məhsullar istehsalının təşkilini misal göstərmək olar.

Əməyin ixtisaslaşdırılması səviyyəsinin yüksəldil­mə­si isteh­salın miqyası genişləndikdə mümkündür. Əlavə muzdlu işçilərin işə qəbul edilməsi o deməkdir ki, tapşırıq-lar onlar arasında daha konkret bölünə bilər. Başqa sözlə, əməyin ixtisaslaşdırılması dərinləşdikdə hər bir işçi istehsal prosesinin gedişində bir neçə əməliyyatı yerinə yetirmək əvəzi­nə, konkret olaraq bir əməliyyat üzrə tapşırıq alır. O, bütün iş gü­nü ərzində özünün ixtisasına uyğun gələn əməliyyatı yerinə yetirməklə məş­ğul olur. Kiçik müəssisə-lərdə isə ixtisaslı işçilər bəzi hallarda iş gününün yarıya qədərini heç bir ixtisas tələb etməyən işlərin yerinə yetiril-məsinə sərf edir ki, bu da istehsal xərclərinin artmasına səbəb olur.




Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   279




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin