Firmalar qiymətləri təşəbbüskarlıqla aşağı saldıqları kimi, onu təşəbbüskarlıqla qaldırmağa da səy göstərirlər və buna, demək olar ki, məcburdurlar. Bunun isə səbəbləri ol-duqca müxtəlifdir. Bunlardan biri xərclərin artması ilə əla-qədar olan ümumdünya inflyasiyasıdır
Qiymətlərin qaldırılmasına təsir göstərən səbəblər-dən biri də həmin məhsula olan tələbin artmasıdır. Qiymət-ləri, həmçinin güzəştləri ləğv etmək, çeşidi əmtəənin bahalı variantları ilə əvəz etməklə ya gizli, yaxud da açıq-aşkar da yüksəltmək olar.
Qiymətlərin dəyişməsinə istehlakçılar və rəqiblər də biganə qalmır, onlar da öz münasibətlərini bildirirlər. Buna onlar bir qayda olaraq satıcıların sayı azaldıqda və onların əmtəələri bir-birinə oxşadıqda, alıcılar isə bundan yetərincə xəbərdar olduqda reaksiya verirlər bu əmtəənin nə kimi əhəmiyyət kəsb etməsi ilə əlaqədar problemləri öyrənməli, rəqibin niyyətini, lazım gəldikdə isə işə sala biləcəyi ehtiyat mənbələrini aşkara çıxarmalıdır. Bütün bunlar firmaya bazarda öz mövqeyini nəinki qoru-yub saxlamağa, həm də onu daha da möhkəmləndirməyə imkan verir.
Qiymət sistemi. Qiymətin növləri.
İqtisadiyyatda fəaliyyət göstərən bütün qiymətlər qarşılıqlı əlaqədə olub, müxtəlif bazar amillərinin təsiri altında daim inkişafda olan sistemi əmələ gətirir. Bu sistem sıx, qarşılıqlı əlaqədə, fəaliyyətdə olan ayrı- ayrı bloklardan ( topdansatış qiymətləri, satınalma qiyçətləri, pərakəndəsatış qiymətləri və s.) ibarətdir.
Verilən sistemi əsas bloklarının birində qiymətin dəyişməsi tez bir surətdə digər bloklara da ötürülür.
Bütün qiymət sistemində sənayenin baza sahələrinin məhsullarının qiymətləri əsas rol oynayır. Onlara yanacaq energetika( kömür, neft, qaz, elektrik enerjisi) , metallurgiya sahələri aiddir.
Qiymət sistemini təşkil edən qiymət növləri aşağıdakı əlamətlərinə görə təsrifləndirilirlər:
a) xidmət etdiyi iqtisadi dövriyyənin xarakterinə görə;
b) franko növlərinə görə;
v) fəaliyyət müddətinə görə;
q) ərazi əlamətlərinə görə;
ğ) təsbit olunması qaydalarına görə.
Xidmət etdiyi iqtisadi dövriyyənin xarakterinə görə qiymətlər aşağıdakı növlərə bölünür:
Sənaye məhsullarına görə topdansatış qiymətləri;
Tikinti məhsullarının qiymətləri;
Yük və sərnişin nəqliyyatı tarifləri;
Pərakəndəsatış qiymətləri;
Kənd təsərrüfatı məhsullarının satınalma qiymətləri;
əhaliyə pullu xidmətə olan tariflər.
Sənaye məhsullarının topdansatış qiymətləri öz növbəsində iki yarımnövə6 müəssisənin topdansatış qiymətinə və sənayenin topdansatış qiymətlərinə bölünür.
Müəssisənin topdansatış qiymətlərinin tərkibi aşağıdakı növlərə bölünür:
xərclər( maya dəyəri)
mənfəət
qiymətə əlavələr( güzəştlər)
əlavə dəyər vergisi.
Müəssisənin topdansatış qiyməti – məhsul istehsalçılarının istehsal etdikləri məhsulu istehlakçılara- digər müəssisə və təşkilatlara satdıqları qiymətlərdir.
Sənayenin topdansatış ( buraxılış) qiymətləri istehlakçı müəssisələrin və yaxud satış ( topdansatış) təşkilatlarının məhsullarına görə ödədikləri qiymətlərdir.
Sənaye topdansatış ( buraxılış) qiymətinin tərkibi aşağıdakı kimidir:
1. Müəssisənin topdansatış qiyməti
2. Təchizat- satış əlavələri( güzəştləri)
a) təchizat- satış və yaxud topdansatış müəssisələrinin xərcləri;
b) təchizat- satış və yaxud topdansatış müəssisələrinin mənfəəti;
3. Aksiz
4. Əlavə dəyər vergisi( ƏDV)
Pərakəndəsatış qiymətləri qiymətlərin əmələ gəlməsi prosesinin son mərhələsinin nəticələri və xalq istehlakı məhsullarının faktiki satış qiymətləridir. Bu qiymətlərlə satılan məhsullar birbaşa istehlak sferasına daxil olur. Pərakəndəsatış qiyməti kəmiyyətcə sənaye topdansatış ( buraxılış) qiyməti ilə ticarət əlavələrinin ( güzəştlərinin) cəmindən ibarətdir.
Qiymətlərin frankolaşdırılması dedikdə, məhsulun istehsalçılardan istehlakçılara çatdırılması xərclərinin qiymətlərdə uçotu qaydaları başa düşülür. Franko növlərinə aşağıdakı qiymət növləri fərqləndirilir:
1. Franko- anbar- istehsalçı( malgöndərən) və ya istehsal yerində FOB qiyməti. Bu qiymət növünün tətbiqi zamanı məhsulun göndərilməsi xərcləri qiymətlərə daxil edilməyərək istehlakçı tərəfindən ödənilir.
2. Franko- vaqon göndərmə stansiyası. Onun tətbiqi zamanı məhsulun göndərmə stansiyasına çatdırılması xərcləri qiymətlərə daxil edilir, qalan xərclər istehlakçı tərəfindən ödənilir.
3. Franko- vaqon təyinat stansiyası.
4. Franko- anbar – istehlakçı. Bu qiymət növünün tətbiqi zamanı bütün tədavül xərcləri qiymət elementinə çevrilirlər.
Fəaliyyət müddətlərinə görə qiymətlərin aşağıdakı növləri fərqləndirilir:
Sabit qiymətlər- müəyyən müqavilə üzrə məhsul göndərişi müddətində dəyişmirlər.
Cari qiymətlər- müəyyən vaxt dövründə məhsul göndərişinin həyata keçirildiyi qiymətlərdir.
Onlar bir müqavilənin yerinə yetirilməsi müddətində bazar konyukturasından asılı olaraq dəyişə bilərlər.
Sürüşkən qiymətlər- uzunmüddətli istehsal dövrünə malik olan məhsullarla ticarət sövdələşmələrində müəyyən edilir.
Mövsümi qiymətlər- müəyyən vaxt dövründə fəaliyyət göstərirlər.
Mərhələli qiymətlər- əvvəlcədən müəyyən edilmiş şkala üzrə məhsulların ardıcıl aşağı salınan qiymətləridir.
Müəyyən edilməsi qaydalarına görə aşağıdakı qiymət növləri təsnifləşdirilir:
1. Təsbit edilən qiymətlər- dövlət tərəfindən təyin olunurlar.
2. Müqavilə qiymətləri- tərəflərin razılığı ilə müəyyən edilirlər.
3. Tənzimlənən qiymətlər- dövlət tərəfindən müəyyən təsir göstərilməklə tələb və təklif nisbətləri əsasında formalaşırlar.
4. Sərbəst qiymətlər- bazarda tələb və təklifin təsiri altında formalaşırlar. Dövlət bu qiymətlərin dəyişilməsinə yalnız bazar konyukturasına təsir etməklə nail ola bilər.
Qiymət sistemini mühüm tərkib elementlərindən biri də dünya bazar qiymətləridir. Dünya bazarında xarici ticarət fəaliyyətini həyata keçirərkən aşağıdakı əsas qiymət növlərini fərqləndirrlər:
1. FAS və ya FOB ixrac qiymətləri. Bu qiymətlər üzrə ixracatcı firma idxalçıya əmtəəni gəmiyə qədər nəqliyyat xərclərini daxil etməklə FAS qiymətinə, ya da gəmiyə yükləmə xərclərini daxil etməklə FOB qiymətinə satır.
2. SİF idxal qiymətləri özündə FOB qiymətindən əlavə yüklərin idxalçı və ya ixracatçı ölkələrin sərhədlərinə qədər daşınması və sığorta xərclərini birləşdirir.
3. Kontrakt qiymətləri tərəflərin razılığına görə bir qayda olaraq dövlətlərarası və ya hökumətlərarası ticarət müqavilələri əsasında müəyyən edilir.
4. Birjada təyin edilən qiymətlər.
5. İri firmaların təklif qiymətləri və faktiki sövdələşmə qiymətləri.
6. Beynəlxalq sövdələşmələrdə iştirak edən ölkələrin daxili topdansatış qiymətləri.
Dostları ilə paylaş: |