Mövzu İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat)


Iqtisadi nəzəriyyənin tədqiqat metodları



Yüklə 1,76 Mb.
səhifə18/279
tarix31.12.2021
ölçüsü1,76 Mb.
#112866
1   ...   14   15   16   17   18   19   20   21   ...   279
M vzu qtisadi n z riyy nin predmeti v metodu.( 2 saat)

5. Iqtisadi nəzəriyyənin tədqiqat metodları.

Iqtisadi hadisələrin mahiyyətinə varmaq, onların inki­şaf qa­nun­larını dərk etmək və fəaliyyət mexanizmini aşkara çıxarmaq yalnız el­mi cəhətdən əsaslandırılmış tədqiqat metodlarından istifadə olun­duq­da mümkündür.

Elmi metod-gerçəkliyin öyrənilməsini, təbiət və cəmiyyət ha­di­sə­lərinin dərk olunmasına yanaşılmasını, elmi tə­fək­kür qaydalarını və ob­yektiv aləmin qanunauyğun­luq­larını əks etdirən üsul və vasitələrin toplusudur.

Hər bir elm kimi, iqtisadi nəzəriyyənin də özünəməx-sus spesifik tədqiqat metodları vardır. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, iqtisadi problemləri öyrənmək məqsədilə onların haqqında faktlar top­­lanır. Buna təsvir və ya empi­rik metod deyilir. Bundan sonra fakt­la­ra əsasən iqtisadi prinsiplər müəyyən olunur ki, bu da iqtisadi təhlil ad­la­nır. Deməli, iqtisadi nəzəriyyə özünün predmetini öyrənmək üçün təh­lil metodundan geniş istifadə edir. Təhlil zamanı obyekt tərkib his­sə­lə­ri­nə ayrılır, onlar ayrılıqda hərtərəfli öyrənilir, tamın daxilində hər bi­ri­nin yeri və rolu aydınlaşdırılır. Təhlil bir-birindən tamamilə fərq­lənən iki səviyyədə-makro və mikroiqtisadi səviyyələrdə aparıla bilər. Mak­roiq­tisadi təhlil ya iqtisadiyyat üzrə ümumilikdə, yaxud da onun ayrı-ay­rı bölmələri (məsələn, dövlət bölməsi, qeyri-dövlət bölməsi və s.) üzrə ayrılıqda apa­rılır. Ona görə heç də təsadüfi deyildir ki, müxtəlif iqtisadi prob­lem­lər makroiqti­sadi səviyyədə təhlil olunduqda istehsalın, gəlirlərin və xərc­lərin ümumi həcmi, məşğulluğun və qiymətlərin ümumi səviyyəsi və s. göstəricilərdən istifadə edilir.

Mikroiqtisadi təhlil isə konkret iqtisadi vahidlər (ayrı-ayrı sa­hə­lər, firmalar və s.) səviyyəsində aparılır. Bu zaman istehsal olunan hər hansı konkret məhsulun miqdarı və ya qiyməti, bir firmada çalışan işçilərin sayı, onun əldə etdiyi gəlir və ya sərf etdiyi xərcin məbləği, bir ailə­nin gəliri və s. göstəricilərdən istifadə olunur.

Hadisə tərkib hissələrinə ayrıldıqdan və onların mahiy­yəti ay­dın­laşdırıldıqdan sonra idrak prosesi başqa for­mada, təhlilin nəticə­lə­ri­nin tam halında birləşdirilməsi kimi başa çatır. Tərkib hissələrinə ay­rıl­mış və təhlil olunmuş ün­sürlərin yenidən vahid tam halında bir­ləş­di­ril­mə­si sintez ad­lanır. Təhlil və sintez arasındakı qarşılıqlı əlaqəni mürək­kəb iqtisadi proses olan əmtəə tədavülünün misalında nəzərdən keçirək. Bu prosesin təhlili gedişində əvvəlcə onu təşkil edən ünsürlərin-əmtəə, pul, qiymət, alqı-satqı əməliy­yatı və s.- mahiyyəti aydınlaşdırılır. Bu ün­sür­lərdən hər birinin xüsusiyyətləri müəyyən olunduqdan son­ra təhlil pro­sesində əldə edilmiş məlumatlar ümumiləşdiril­məklə tədqiq olunan ha­disə haqqında ümumi təsəvvür əldə edilir.

Iqtisadi hadisə və prosesləri təhlil edərkən induksiya və de­duk­si­ya metodlarından geniş istifadə olunur. Induk-siya dedikdə nəzəri müddəa və prinsiplərin çıxarılmasına, başqa sözlə, faktlardan nə­zəriyyəyə, xüsusidən ümumiyə doğru hərəkət nəzərdə tutulur. Bir çox hal­­larda isə qarşıya qoyu­lan vəzifələrin yerinə yetirilməsinə nəzəriy­yə­dən başla-nır. Başqa sözlə, əvvəlcə nəzəriyyə hazırlanır, sonra bu, yox­la­nı­­lır, nəzərdə tutulan, gözlənilən nəticə alın­dıqda tətbiq olu­nur, alın­ma­dıq­da isə qəbul edilmir. Buna deduksiya və ya fərziyyə (hipotez) me­to­du deyilir. Beləliklə, iqtisadi hadisə və pro­ses­lər öyrənildikdə fərziyyə adlanan ilkin prinsipləri formalaşdırmaq üçün təsadüfi müşa­hi­dəyə, ab­strakt müha-kiməyə, məntiqə, yaxud da intiusiya­ya arxa­lan­maq olar. Məsələn, «kabinet məntiqinə» əsasən belə bir mühakimə yü­rüt­mək olar ki, alıcılar ərzaq məhsul­larını qiy­mətlər aşağı olduqda al­sa­lar, bu, onlar üçün daha sərfəlidir. Bu fərziyyənin doğru olub – ol­ma­ma­sı sonralar müvafiq fakt-ları müntəzəm olaraq öyrənmək yolu ilə də­fə­lərlə yox­lanıl-malıdır. Deduksiya metodunda ümumidən xüsusiyə, nə­zə­riyyədən faktlara doğru gedilir.

Induksiya və deduksiya bir-birini tamamlayan tədqi-qat me­tod­la­rıdır. Belə ki, deduksiya vasitəsilə formalaşdırı-lan fərziyyədən em­pi­rik məlumatların toplanması və sistem-ləş­dirilməsi üçün istifadə olunur. Fakt­lar isə öz növbəsində da­ha məzmunlu fərziyyələr formalaşdırmaq üçün ilkin şərtdir.

Iqtisadi hadisələri tərəzidə çəkmək, mikroskopla müşahidə etmək, laboratoriya şəraitində öyrənmək mymkün deyildir. Onları dərk etməyin əsas üsulu elmi abstraksiyadır. Başqa sözlə, K.Marksın dediyi kimi «Iqtisadi formalar təd­qiq edilərkən nə mik­ros­kop­dan, nə də kimyəvi reaktiv­lərdən istifadə etmək mümkün deyildir. Bun­ların hər ikisinin yerini abstraksiya qüvvəsi tutmalıdır1».

«Abstraksiya» termini sözün hərfi mənasında «yayın­dır­­maq», «sərfnəzər etmək», «nəzərə almamaq» deməkdir. Məsə­lən, kapitalizm bü­töv bir tam kimi iqtisadi münasibət­lərin müxtəlif növlərinin toplu­sun­dan ibarətdir. Onun haqqında konkret bilik əldə etmək üçün bu sis­te­mə daxil olan bütün ünsürlər arasındakı daxili qarşılıqlı əlaqələri aş­kara çıxarmaq lazımdır. Lakin aydın məsələdir ki, kapita-lizmi elmi cəhətdən təhlil edərkən bu mürəkkəb sistemin bütün tərkib hissələrinin ha­mısını birdən, eyni vaxtda nəzərdən keçirmək olmaz. Odur ki, əvvəlcə onun cə­hət­lə­rindən biri­ni, sonra digərini, daha sonra üçüncüsünü və s. təhlil etmək la­zımdır. Yalnız bu yolla kapi­ta­lizm haqqında konkret və tam təsəvvür əl­də etmək olar. Deməli, münasi-bətlərin hər hansı bir cəhəti təhlil olu­nar­kən bilərəkdən onun digər cəhətləri nəzərə alınmır. Bu isə gerçəkliyi da­ha dərindən başa düşməyə, öyrənilən hadisələrin nəticələrindən ən mü­­hüm­lə­rini, başlıcalarını seçib ayırmağa, ikin­ci dərəcə-li, ya­xud da təd­qiqatı mürəkkəbləşdirən, çətin­ləşdirən, lakin onun mahiyyətinə xələl gə­tirməyən məsələlər­dən sərfnəzər etməyə, onları nəzərə almamağa im­kan verir. Bununla əla­qədar olaraq, iqtisadi hadisə və proseslər öy­rəni­lər­kən «baş­qa şərtlər sabit qalmaqla» metodundan da istifadə olunur. Baş­qa sözlə, nəzərdən keçirilən problemlə bağlı olan digər məsələlərin də­yişməz qaldığı fərz edilir.

Hər bir iqtisadi hadisə qarşılıqlı əlaqə və asılılıqda olan kə­miy­yət və keyfiyyət tərəflərinə malikdir. Hadisənin key­fiy­yət tərəfi onun ma­hiy­yətini ifadə edir. Kəmiyyət isə hadi­sənin miqdar ölçüsüdür. Bun­la­rın dialektik vəhdətində key­fiyyət müəyyənedicidir. Kəmiyyət də­yiş­mə­ləri isə öz növ­bəsində labüd olaraq yeni iqtisadi keyfiyyətə doğru apa­rır. Məsələn, kapitalist iqtisadiyyatının keyfiyyət müəyyənliyi olan mül­kiyyət münasibətləri onun feodalizmə nisbətən daha sürətli in­ki­şa­fı­nı təmin etmişdir.

Iqtisadi münasibətlərin kəmiyyət tərəfinin təhlili onların siyasi-iq­tisadi məzmununu daha dərindən aşkara çıxarmağa, iqtisa­di hadisə və proseslər arasındakı səbəb-nəticə əlaqələri­nin xarakteri haqqında da­ha konkret təsəv­vürə malik olmağa imkan verir. Məsələn, iqtisadçı üçün təkcə mənfəətin mahiyyə­tini aşkara çıxarmaq yox, həm də onun nor­masını müəyyən etmək maraqlı və vacibdir. Odur ki, iqtisadi nə­zə­riy­yədə hadisələrin kəmiyyət tərəfini təhlil edərkən riyazi və statistik üsul­lardan, modelləşdirmədən geniş istifadə edilir.

Iqtisadi nəzəriyyə kursunda geniş tətbiq olunan metod­lardan bi­ri də məlumatların, sosial-iqtisadi proseslər arasındakı qarşılıqlı əlaqə və asılılıqların və onların inkişaf qanunauyğunluqlarının qrafiklərdə təsvir olun­masıdır. Qra­fiklər materialları daha yaxşı mənimsəməyə, ay­dın ba­şa düşməyə, dərindən təhlil etməyə, rəqəmlərin köməyilə ifa­də olunan qa­nunauyğunluqları sezməyə imkan verir, onla­rın əyaniliyini, aydın və yad­­da qalan olmasını təmin edir.



Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   279




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin