Mövzu İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat)


Bütün bunlara əsasən belə bir nəticə çıxarmaq olar ki, cəmiyyət hər cür tələbatı deyil, normal, şüurlu tələbatı ödəməyi qarşısına məqsəd qoy­­malıdır



Yüklə 1,76 Mb.
səhifə2/279
tarix31.12.2021
ölçüsü1,76 Mb.
#112866
1   2   3   4   5   6   7   8   9   ...   279
M vzu qtisadi n z riyy nin predmeti v metodu.( 2 saat)

Bütün bunlara əsasən belə bir nəticə çıxarmaq olar ki, cəmiyyət hər cür tələbatı deyil, normal, şüurlu tələbatı ödəməyi qarşısına məqsəd qoy­­malıdır.

Cəmiyyətin ən zəruri və müxtəlif təyinatlı nemətlərə olan tə­lə­ba­­tı­nın ödənilməsinin əsasını isə iqtisadiyyat1 təşkil edir və bütün mü­na­si­­bət­lər sistemində iqtisadi münasibətlər həlledici yer tutur.



İqtisadiyyat ictimai həyatın xüsusi sahəsi kimi olduq-ca mürəkkəb quruluşa malikdir. O, hər şey­dən əv­vəl iqtisadi münasibətlərin toplusu, cəmiyyətin iqtisadi bazi­si­dir. Iq­tisa-diyyat özünün xüsusi qanunları əsasında fəaliyyət göstərir, cəmiyyətin inkişafında həlledici rol oynayır və onun ana­­to­mi­yasını təşkil edir. Iqti­sadi münasibətlərin spesifikası nəinki məh­­sul­la­rın yaradıl­masını, onun bölüşdürülməsi və istifadə olunmasını, həm də tə­sər­rüfatçılığın, istehsalın təş-kili, iqtisadi vasitə və stimul­ların müx­tə­lif for­malarının xüsusiyyətlərini şərtləndirir.

Iqtisadiyyat həm bütövlükdə iqtisadi siste­min səciy-yəvi cəhətlərini, həm də ayrıca götürülmüş bir ölkənin fərqləndirici xüsusiy­yət­lə­ri­ni əks etdirir. Iqtisa­diyyat istehsal (sənaye, kənd təsərrüfatı, tikinti, yük nəq­­liyyatı və s.) və qeyri-istehsal (təhsil, səhiyyə, mənzil – kommunal tə­­sərrü-fatı və s.) sahələrini əhatə edir. Ayrı-ayrı fəaliyyət növləri-nin, is­teh­­salatların iqtisadiyyatlarını da fərq­lən­dirmək lazımdır. Buna kənd tə­sər­­rüfatında bitkiçilik və heyvandar-lı­ğın iqtisadiyyatlarını misal gös­tər­mək olar. Iqtisadiyyat əsas istehsal pillələrindən-firma, müəssisə və bir­­liklərdən, səhmdar cəmiyyətlərindən ibarət olduğu üçün ayrı-ayrı fir­ma­­ların, birliklərin, müəssisələrin, səhm­dar cəmiyyət­lərinin də iq­ti­sa­diy­­yatları vardır. Ev təsərrüfa­tının iqtisadiyyatı da xüsusi qrupa ayrılır.

Iqtisadiyyat, nəhayət cəmiyyətdə iqtisadi münasibət-ləri öyrə­nən iq­tisad elmləri sistemidir. O, cəmiyyətin iqtisadi quruluşunu, onun ob­yek­tiv q­anunauyğunluqlarını öyrənir, iqtisadiyyatın müxtəlif sa­hə­lə­rində baş verən prosesləri, hadi­sələri nəzəri cəhətdən təhlil edir, müx­tə­lif tə­yi­nat­lı nemət-lərin istehsalı və bölgüsünə dair əməli tövsiyələr iş­lə­yib ha­zır­layır. Iqtisadiyyat elmi fundamental və tətbiqi tədqiqat-lara bö­lü­nür.

Fundamental tədqiqatların vəzifəsi obyektiv iqtisadi qanun­la­rın dərk edilməsi və onlardan səmərəli istifadə olunması yollarını əsas­lan­­dır­maqdan ibarətdir. Bu elmlərə iqtisadi nəzəriyyə, iqtisadi ta­­ri­x, iqtisadi təlimlər tarixi, statistika, mühasibat uçotu və s. aiddir.

T
-7-
ətbiqi elmlər fundamental tədqiqatların nəticələrin­dən xüsusi və kon­kret əməli problemlərin həllində istifadə edirlər. Bu elmlər funk­sio­­nal (maliyyə və kredit, pul təda­vülü, demoqrafiya, əmək iqtisadiyyatı, marketinq, menec-ment, iqtisadi gibernetika və s.) ayrı-ayrı ölkə­lərin iqtisadiy-yatı (məhəlli, ölkə) və sahə (sənaye, kənd təsər­rüfatı, nəqliyyat, rabitə və s. iqtisadiyyatları) əlamət­lərinə gö­rə təs­nif­ləşdirilir.


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   279




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin