M vzu qtisadi n z riyy nin predmeti v metodu.( 2 saat)
3. Beynəlxalq miqyasda kapitalın hərəkəti, onun formaları və tənzimlənməsi. Beynəlxalq miqyasda kapitalın hərəkəti dedikdə, onun ixrac edilməklə xaricdə yerləşdirilməsi nəzərdə tutu-lur. Kapital isə aşağıdakı formalarda ixrac olunur: 1) Xüsusi və ya dövlət kapitalı formalarında; 2) Pul və əmtəə kapitalı formalarında. Maşın və avadanlıqlar, patentlər və nou-hau ixracı, habelə əmtəə formasında verilən kreditlər də kapital ixracına aiddir. 3) Qısa müddətli (adətən bir ilə-dək) və uzun müddətli formalarda. Borc formasında kapital ixracı (borc kapitalı) sahibinə əsas etibarilə əmanətlər, verilmiş borc və kreditlər üzrə faiz şəklində, sahibkar kapi-talı isə mənfəət formasında gəlir gətirir.