Mövzu İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat)


Cədvəl 32.1 Dünyada ixrac olunan məhuslların tərkibində ayrı-ayrı ölkə qruplarının xüsusi çəkisi (%-lə)



Yüklə 1,76 Mb.
səhifə254/279
tarix31.12.2021
ölçüsü1,76 Mb.
#112866
1   ...   250   251   252   253   254   255   256   257   ...   279
M vzu qtisadi n z riyy nin predmeti v metodu.( 2 saat)

Cədvəl 32.1
Dünyada ixrac olunan məhuslların tərkibində ayrı-ayrı ölkə qruplarının xüsusi çəkisi (%-lə)1

Ölkələr

Illər

1987

1993

1998

Inkişaf etmiş ölkələr

70,0

67,2

67,8

O cümlədən, ABŞ

10,2

11,4

11,3

Kanada

4,0

3,8

3,7

Avropa Ittifaqı

41,8

37,4

34,6

Inkişaf etməkdə olan ölkələr

21,4

28,0

26,2

32.1 cədvəlindəki məlumatlardan aydın olur ki, XX əsrin 90-cı illərinin ortalarında dünyada ixrac olunan məh-sulların 2/3 hissəsindən çoxu inkişaf etmiş ölkələrin payına düşmüşdür. Dünya ticarətində – əmtəə dövriyyəsində inkişaf etməkdə olan ölkələrin payının artması meyli özünü gös-tərir. Belə bir cəhəti də nəzərə almaq lazımdır ki, dünya ticarətində yeni sənaye dövlətlərinin, xüsusilə də Asiya ölkələrinin rolu artmaqdadır.
3. Dünya əmtəə bazarında qiymətlərin əmələ gəlməsi.
Ilk dövrlərdə beynəlxalq əmək bölgüsü və dünya ka-pitalist ba­za­rı əsas etibarilə ölkələrin təbii şəraitlərindəki müxtəlifliyə əsas­lanırdı. Sənaye çevrilişindən sonra istehsal amillərinin beynəlmiləl xa­rak­ter alması ilə əlaqədar olaraq o, milli təsərrüfat çərçivəsindən çıxmış və bu əsas üzərnidə sabit beynəlxalq əmək bölgüsü və dünya bazarı meydana gəlmişdir. Lakin aydın məsələdir ki, beynəlxalq əmək bölgüsündə və müba­di­lədə iştirak edən ölkələr əvvəllərdə olduğu kimi eyni şəraitdə olmur­lar. Bu, onların coğrafi vəziyyətlərində, təbii sərvətlərin tərkibi və zən­ginliyində, iqtisadiyyatın miqyası, inkişaf səviyyəsi və daxili bazarın tutumunda və sairələrdəki müxtəlifliklə əlaqədardır.

Bunun nəticəsidir ki, ayrı-ayrı ölkələrdə eyni məhsu-lun is­teh­salına çəkilən xərclər də müxtəlif olur. Ona görə də hər bir ölkə başqa ölkələrə o, məhsulları satmağa çalışır ki, həmin məhsulların istehsa­lın­da üstünlüyə malik olsun. Və dünya bazarında elə məhsulları satın al­mağa cəhd göstərir ki, həmin məhsullar onun özündə baha başa gəlir.

Ölkələr arasında əmtəə mübadiləsi isə dünya qiymət-ləri ilə hə­ya­ta keçirilir. Bu, dünya ticarətinin səciyyəvi cəhəti ilə müəyyən edi­lir. Başqa sözlə, dünya ticarətində “milli qiy-mətlər–dünya qiymətləri” sis­temi mövcuddur. Bunun əsasını beynəlmiləl istehsal xərcləri təşkil edir. Bu, hər hansı bir əmtəə növünün hazırlanmasına sərf olunan is­tehsal amillərinin (kapital, əmək, təbii və maddi ehtiyatların müx-təlif növləri) dünyada formalaşmış orta qiymətləri əsasında müəyyən edilir. Həm də qeyd etmək lazımdır ki, beynəlmiləl istehsal xərcləri bu və ya digər xam­mal növünün çox hissəsi-ni dünya bazarına göndərən əsas ölkənin təsiri ilə formalaşır. Bunlarla yanaşı, dünya qiymətlərinə bey­nəlxalq ba­zarlarda ayrı-ayrı əmtəə növlərinə olan tələb və təklif də təsir göstərir.

Beynəlxalq ticarət üçün çoxqiymətlilik, yəni eyni bir əm­təə nö­vü üzrə müxtəlif qiymətlərin mövcud olması sə-ciyyəvidir. Dünya qiy­mətləri ilin vaxtından, yerdən, əmtəə-lərin reallaşdırılması şərtlərindən, bağlanmış müqavilədən asılı olaraq bir-birindən fərqlənir. Təcrübədə dünya qiymət-ləri beynəlxalq ticarət mərkəzlərində, müəyyən növ əmtə­ə­ni idxal və ixrac edən məşhur firmalar arasında bağlanan ən iri və sabit ixrac, yaxud da idxal sövdələşmələrində nəzərdə tu-tulan qiymətlər he­sab olunur. Bir çox xammal növlərinin (taxıl, kauçuk, pam­bıq və s.) bey­nəlxalq qiymətləri dünya-nın ən iri əmtəə birjalarında əməliyyatların aparılması prosesində müəyyən olunur.

Bəzi hallarda hər hansı bir ölkə hətta özündə istehsal olunan və dünya qiymətlərindən baha başa gələn məhsulları ixrac etdikdə zərər çəkə bilər. Lakin buna baxmayaraq bu ölkənin ixrac etdiyi məhsulların satışından əldə olunan vəsaitə başqa ölkələrdə istehsal edilən beynəl­xalq bazarda qiymətləri nisbətən ucuz olan əmtəələri satın almaqla, mü­əyyən məbləğdə fayda götürməsi də mümkündür. Bunu aşağıdakı şərti misalla izah edək. Tutaq ki, hər hansı bir ölkədə iki məhsul - "A" və "B" əmtəələri istehsal olunur və onların daxili bazar qiymətləri mü­va­fiq olaraq 5 və 6, dünya bazar qiymətləri isə 4 və 2 dollara bəra­bər­dir. "A" məhsulu ixrac olunduqda dünya bazar qiymətləri ilə 4 dol­lar əldə edilir. Bu 4 dollara dünya bazarında 2 ədəd "B" məhsulu (4:2=2) almaq olar ki, bu da milli qiymətlə hesablandıqda dəyəri 10 dollara (5x2=10) bərabər olur. Deməli, ixracın zərərli olmasına baxmayaraq (4–6=-2) həmin ölkə üçün bütövlükdə xarici iqtisadi əlaqələr sər­fəli­dir, çünki 6 dəyər vahidi (dollar) ixrac etməklə o, bunun müqabilində 10 dəyər vahidi (dollar) əldə etmiş olur.



Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   ...   279




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin