Müddətli sövdələşmələrin özü də iki yerə bölünür: 1) Sadə müddətli sövdələşmələr; 2) Mükafatlı müddətli sövdə-ləşmələr. Sadə müddətli sövdələşmələr aparıldığı zaman öh-dəlik qəti müəyyən edilmiş müddətdə, sövdələşmə aparılar-kən qeydə alınmış məzənnə və ya qiymətlə yerinə yetirilir. Mükafatlı–müddətli sövdələşmələrdə isə tərəflərdən biri di-gərinə müəyyən məbləğdə mükafat verməklə sövdələşmədən imtina etmək və ya onun şərtlərini dəyişdirmək hüququ əldə edir. Birjada müddətli sövdələşmələr adətən eyni vaxtda, deyək ki, ayın ortalarında (buna medeo deyilir), yaxud da axırında (buna ultimo deyilir) başa çatır. Onlar daha çox möhtəkirlik xarakteri daşıyır. Çünki sövdələşmə məqamında satıcıda səhm, alıcıda isə pul olmaya bilər. Sövdələşmə başa çatdığı məqamda səhm məzənnəsi yüksələrsə, alıcı qazanır, çünki o səhmi yüksək qiymətlər formalaşana qədər, qabaq-cadan şərtləndirilmiş aşağı qiymətlə satın almışdır. Səhm məzənnəsi aşağı düşdükdə isə satıcı qazanır, çünki o, qiy-mətdən düşmüş səhmləri qabaqcadan razılaşdırılmış yüksək bazar qiymətləri ilə satmışdır.
Qərbi Avropa ölkələrində birja sövdələşmələrinin əsas forması müddətli sövdələşmələr olduğu halda, ABŞ-ın birjalarında kassa sövdələşmələri üstünlük təşkil edir. ABŞ-da bank kreditini almaq imkanına malik olmayan adamlar maklerlərin vasitəçiliyindən istifadə edirlər. Daha doğrusu, makler müəyyən faizlə bankdan kredit götürür və onu daha yüksək faizlə başqalarına borc verməklə həm komisyon haqqı alır, həm də möhtəkirlik edir.
Dostları ilə paylaş: |