Lizinq xidməti əmtəələrin alqı-satqısını məhdudlaş-dırsa da, bu prosesdə iştirak edən bütün tərəflər – isteh-salçılar, lizinq şirkətləri və istehlakçılar – üçün sərfəlidir. Bu, onunla əlaqədardır ki, investisiya əmtəələrinin istehsalçıları öz məhsullarını lizinq şirkətlərinə verdiklərinə görə reklam, bazarın təhlili, alıcının tapılması ilə əlaqədar xərclərdən azad olurlar.
Lizinq şirkətləri isə həmin maşın və avadanlıqları başqalarına icarəyə verməklə mənfəət əldə edirlər. Deməli, lizinq şirkətlərinin əldə etdikləri mənfəətin başlıca mənbəyi icarədən gələn gəlirdir. Lakin bununla yanaşı, lizinq şirkətləri istehsalçılardan, onun məhsulunu iri həcmdə aldığı üçün qiymət güzəştləri, icarə müddəti qurtardıqdan sonra avadanlığın satılmasından əldə edilən gəlirlər hesabına da öz mənfəətini artıra bilir.
Hazırda lizinq xidmətinin geniş yayılmış formaları aşağıdakılardır: 1) Əməli lizinq; 2) Procekt – Liz; 3) Vendor – Liz; 4) Liz bek; 5) Beynəlxalq lizinq.
Əməli lizinqə avadanlıqlara xidmət göstərilməsi, avtomobillərin, yaxtaların icarəyə verilməsi, anbar və ev işlərinin görülməsi ilə əlaqədar olaraq qısa müddətli xidmətlər aiddir. Lizinqin bu forması ABŞ və Yaponiyada daha geniş yayılmışdır.
Procekt – Liz həm avadanlıqların uzun müddət icarəyə verilməsi, həm də icarəçinin istifadə olunan bütün maddi dəyərlilərə kompleks xidmət göstərməsi deməkdir.
Dostları ilə paylaş: |