2. Firmaların fəaliyyətlərinin səmərəliliyi göstəriciləri.
Firmaların fəaliyyətlərini təhlil edərkən bir sıra səmərəlilik göstəricilərindən istifadə olunur. Bunların seçil-məsi təhlilin məqsədindən asılıdır. Təhlilin məqsədi isə olduqca müxtəlifdir və aşağıdakıları əhatə edir: 1) Strateji məqsəd; 2) Taktiki məqsəd; 3) Planlaşdırma vəzifələri; 4) Digər məqsədlər.
Strateji məqsədi müəyyən edərkən müxtəlif göstəricilərdən istifadə olunmaqla firmanın fəaliyyətinin nəticə-ləri, onun rəqiblərinin, yaxud da onunla əlaqədə olan fir-maların nəticələri ilə müqayisə edilir.
Taktiki məqsəd dedikdə rəhbərliyin firmanın fəaliyyətinə nəzarət etməsi nəzərdə tutulur. Və bu məqsədlə, hər hansı bir məhsulun istehsalı ilə əlaqədar səmərəlilik göstəriciləri hesablanır.
Planlaşdırma sahəsində qarşıda duran vəzifələri mü-əyyən edərkən firmaların fəaliyyətində gələcəkdə edilməsi mümkün olan dəyişiklikləri həyata keçirmək üçün hər hansı bir dövr üzrə müxtəlif ehtiyatlardan istifadə olunmasının və ya onların əlaqələndirilməsinin sərfəliliyi müqayisə edilir.
Digər məqsədlərə isə firma rəhbərliyinin kollektiv müqavilələrin bağlanması üçün həmkarlar ittifaqı komitəsi ilə apardığı danışıqlar, dövlət tərəfindən müəyyən olunan, gözlənilən məhdudiyyətlərin qiymətləndirilməsi və s. daxildir.
Istehsala investisiya qoyulması və məhsulların reallaşdırılması mərhələlərində sahibkarları iqtisadi amillərdən istifadə olunmasının müxtəlif cəhətləri maraqlandırır və bununla əlaqədar olaraq iqtisadi səmərəliliyi ifadə edən aşağıdakı göstəricilər hesablanır:
1) Firmanın bütün kapitalının (aktivlərinin) rentabelliyi:
R a = M : K
Burada: M – mənfəət, K – firmanın bütün vəsaitlə-rinin (aktivlərinin) cəmi və ya kapitalının dəyəri deməkdir.
2) Firmanın bütün kapitalının (aktivlərinin) dövriyyəsi:
R d = Q : K
Burada: Q – satılmış məhsulların dəyərini göstərir.
3) Satılmış məhsul vahidinə düşən xərclər:
S = T C : Q
Burada: TC – ümumi xərcləri göstərir.
4) Istehsalın rentabelliyi:
R = M : (K ə + K d)
Burada: Kə – əsas kapitalın, Kd – dövriyyə kapi-talının (dövriyyə vəsaitinin) orta illik dəyəri deməkdir.
Bunların içərisində ən ümumiləşdirici göstərici bü-tün kapitalın rentabelliyidir.Beləliklə, firmaların fəaliyyətlərini təhlil edərkən bir sıra ümumi və xüsusi göstəricilərdən istifadə olunur.
Dostları ilə paylaş: |