Mövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat)
Plan
1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin predmeti.
2. İqtisadi nəzəriyyənin vəzifələri və öyrənilməsinin zəruriliyi.
3. İqtisadi qavrama və iqtisadi təfəkkür.
4. İqtisadi qanunlar və kateqoriyalar.
5. İqtisadi nəzəriyyənin tədqiqat metodları.
1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin predmeti.
Bəşəriyyət meydana gəldiyi gündən insanlar həm təbiətin, həm də cəmiyyətin sirlərini öyrənməyə çalışmışlar. Indi hamıya məlumdur ki, elmlə, incəsənətlə, siyasətlə məşğul olmazdan əvvəl, yemək şeylərinə, paltara, ayaqqabıya, yanacağa, mənzilə və başqa nemətlərə malik olmaq lazımdır. Buradan aydın olur ki, yaşamaq üçün ən zəruri nemətlər istehsalı insan cəmiyyəti həyatının əsasını təşkil edir. Lakin bu nemətlər insanlara hazır halda verilmir. Onları in-sanların özləri, həm də bir-birilərindən ayrılıqda, təkbətək deyil, qruplar, kollektivlər şəklində, yəni birlikdə istehsal edirlər. Bu məqsədlə, onlar mövcud təbii və maddi ehtiyatlardan–mineral xammal ehtiyatları, işçi qüvvəsi, idarəetmə bacarığı, maşın və avadanlıqlar, torpaq və s.istifadə edirlər. Lakin iqtisadi ehtiyatların məhdud miqdarda olması is-tənilən qədər nemətlər istehsal etməyə və ideal cəmiyyət ya-ratmağa imkan vermir. Çünki cəmiyyətin tələbatı sonsuzdur və o, istehsal imkanlarına nisbətən daha sürətlə artır. Bu isə mütləq mənada nemətlər bolluğunun yaradılmasını qeyri-mümkün edir.
Bütün bunlara əsasən belə bir nəticə çıxarmaq olar ki, cəmiyyət hər cür tələbatı deyil, normal, şüurlu tələbatı ödəməyi qarşısına məqsəd qoymalıdır.
Cəmiyyətin ən zəruri və müxtəlif təyinatlı nemətlərə olan tələbatının ödənilməsinin əsasını isə iqtisadiyyat1 təşkil edir və bütün münasibətlər sistemində iqtisadi münasibətlər həlledici yer tutur.
İqtisadiyyat ictimai həyatın xüsusi sahəsi kimi olduq-ca mürəkkəb quruluşa malikdir. O, hər şeydən əvvəl iqtisadi münasibətlərin toplusu, cəmiyyətin iqtisadi bazisidir. Iqtisa-diyyat özünün xüsusi qanunları əsasında fəaliyyət göstərir, cəmiyyətin inkişafında həlledici rol oynayır və onun anatomiyasını təşkil edir. Iqtisadi münasibətlərin spesifikası nəinki məhsulların yaradılmasını, onun bölüşdürülməsi və istifadə olunmasını, həm də təsərrüfatçılığın, istehsalın təş-kili, iqtisadi vasitə və stimulların müxtəlif formalarının xüsusiyyətlərini şərtləndirir.
Iqtisadiyyat həm bütövlükdə iqtisadi sistemin səciy-yəvi cəhətlərini, həm də ayrıca götürülmüş bir ölkənin fərqləndirici xüsusiyyətlərini əks etdirir. Iqtisadiyyat istehsal (sənaye, kənd təsərrüfatı, tikinti, yük nəqliyyatı və s.) və qeyri-istehsal (təhsil, səhiyyə, mənzil – kommunal təsərrü-fatı və s.) sahələrini əhatə edir. Ayrı-ayrı fəaliyyət növləri-nin, istehsalatların iqtisadiyyatlarını da fərqləndirmək lazımdır. Buna kənd təsərrüfatında bitkiçilik və heyvandar-lığın iqtisadiyyatlarını misal göstərmək olar. Iqtisadiyyat əsas istehsal pillələrindən-firma, müəssisə və birliklərdən, səhmdar cəmiyyətlərindən ibarət olduğu üçün ayrı-ayrı firmaların, birliklərin, müəssisələrin, səhmdar cəmiyyətlərinin də iqtisadiyyatları vardır. Ev təsərrüfatının iqtisadiyyatı da xüsusi qrupa ayrılır.
Iqtisadiyyat, nəhayət cəmiyyətdə iqtisadi münasibət-ləri öyrənən iqtisad elmləri sistemidir. O, cəmiyyətin iqtisadi quruluşunu, onun obyektiv qanunauyğunluqlarını öyrənir, iqtisadiyyatın müxtəlif sahələrində baş verən prosesləri, hadisələri nəzəri cəhətdən təhlil edir, müxtəlif təyinatlı nemət-lərin istehsalı və bölgüsünə dair əməli tövsiyələr işləyib hazırlayır. Iqtisadiyyat elmi fundamental və tətbiqi tədqiqat-lara bölünür.
Fundamental tədqiqatların vəzifəsi obyektiv iqtisadi qanunların dərk edilməsi və onlardan səmərəli istifadə olunması yollarını əsaslandırmaqdan ibarətdir. Bu elmlərə iqtisadi nəzəriyyə, iqtisadi tarix, iqtisadi təlimlər tarixi, statistika, mühasibat uçotu və s. aiddir.
T
-7-
ətbiqi elmlər fundamental tədqiqatların nəticələrindən xüsusi və konkret əməli problemlərin həllində istifadə edirlər. Bu elmlər funksional (maliyyə və kredit, pul tədavülü, demoqrafiya, əmək iqtisadiyyatı, marketinq, menec-ment, iqtisadi gibernetika və s.) ayrı-ayrı ölkələrin iqtisadiy-yatı (məhəlli, ölkə) və sahə (sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə və s. iqtisadiyyatları) əlamətlərinə görə təsnifləşdirilir.
Iqtisad elmləri sistemində iqtisadi nəzəriyyə xüsusi yer tutur. Belə ki, müasir iqtisad elmini ağaca bənzətsək, iqtisadi nəzəriyyəni onun gövdəsi, iqtisadi sistemin ayrı-ayrı sahələrini öyrənən xüsusi iqtisadi elmləri isə onun qol- budağı adlandırmaq olar. Lakin qeyd etmək lazımdır ki, iqtisadi nəzəriyyənin predmetinin müəyyən olunmasında iqtisadçılar arasında yekdil fikir yoxdur.
Merkantilistlərin fikrincə iqtisadi nəzəriyyə mübadilə qanunları, fiziokratlara görə həm mübadilə, həm də istehsalın idarə edilməsi ilə əlaqədar olan qanunlar haqqında elmdir. A. Smit onun mübadilə və istehsal da daxil olmaqla sərvət, D. Rikardo isə sərvətin müxtəlif siniflər və qruplar arasında bölüşdürülməsi qanunları haqqında elm olduğunu iddia edirdilər. Sonralar iqtisadi nəzəriyyənin öyrəndiyi məsələlərə istehlak da daxil edilmiş və beləliklə də, onun predmetinin istehsal, bölgü, mübadilə və istehlakı idarə edən qanunlardan ibarət olması haqqında fikir formalaşmışdır.
Müasir dövrdə iqtisadi hadisə və proseslərdən bəhs edən elmi, sadəcə olaraq «Iqtisadiyyat» da adlandırırlar. Məşhur Amerika iqtisadçısı, Nobel mükafatı laureatı Pol Samuelsonun dərsliyi məhz bu ad altında 20 dəfəyə qədər nəşr olunmuşdur. Bu dərslik ali məktəb tələbələri üçün yazılmış və demək olar ki, kapitalist ölkələrinin əksəriy-yətində ondan istifadə olunur. Dərslikdə «iqtisadi nəzəriyyə nədir?» başlığı altında xüsusi fəsil vardır. P. Samuelson iqtisadi nəzəriyyənin predmetinin müəyyən olunmasına dair ən çox yayılmış beş fikri sadalayır və belə bir nəticəyə gəlir ki, «iqtisadi nəzəriyyənin predmeti dəqiq müəyyən oluna bilməz və buna ehtiyac da yoxdur1». Bununla birlikdə o, belə hesab edir ki, iqtisadi nəzəriyyənin predmetinə dair aşağıda göstərilən təriflərdən hər biri doğrudur və hər bir savadlı adam bu siyahını bir neçə dəfə uzada bilər: 1) Iqtisadi nəzəriyyə insanlar arasında mübadilə və pul sövdələşmələri ilə əlaqədar olaraq baş verən fəaliyyət növləri haqqında elmdir; 2) Iqtisadi nəzəriyyə insanların gündəlik işgüzar fəaliyyətləri, yaşamaq üçün vəsait əldə etmələri və ondan istifadə olunmasını öyrənmələri haqqında elmdir; 3) Iqtisadi nəzəriyyə istehsal və istehlak sahəsində bəşəriyyətin üzərinə düşən vəzifələrin öhdəsindən necə gələ bilməsi haqqında elmdir; 4) Iqtisadi nəzəriyyə sərvət haqqında elmdir; 5) Iqtisadi nəzəriyyə müxtəlif əmtəələrin istehsalı, indi və gələcəkdə istehlak etmək məqsədilə onların müxtəlif adamlar və qruplar arasında bölüşdürülməsi,insanlar və cəmiyyət tərəfindən pulun köməyilə və ya onun iştirakı olmadan nadir ehtiyatlardan məhsuldar istifadə olunması haqqında elmdir.2
Iqtisadi nəzəriyyə mülkiyyətin formasından, sahələrin və ərazilərin, tarixi dövrlərin xüsusiyyətlərindən asılı olmayaraq, təsərrüfatçılığın bir sıra prinsiplərinə əməl olunmasını nəzərdə tutur. Bunlar nəticə və xərclərin ölçülməsi, onlardan səmərəli istifadə edilməsi, istehsalçılar üçün müəyyən stimulların yaradılması və s-dir. Müasir dövrün qlobal sosial-iqtisadi problemlərinin-inflyasiya, işsizlik, hərbi xərclər, büdcə çatışmazlığı, yoxsulluq və qeyri-bərabərlik, ətraf mühitin çirklənməsinin qarşısının alınması, biznesin hökumət tərəfindən tənzimlənməsi və xalqın həyat səviyyəsinin yüksəldilməsi və s. həll edilməsi xeyli dərəcədə məhdud miqdarda ehtiyatlardan səmərəli istifadə olunma-sından asılıdır. Deməli, iqtisadi nəzəriyyə cəmiyyət üzvlə-rinin tələbatlarını maksimum dərəcədə ödəmək üçün məhdud miqdarda istehsal ehtiyatlarından səmərəli istifadə olunması, yaxud da onların idarə edilməsi problemlərini öyrənir.
Dostları ilə paylaş: |