Mövzu İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat)


İqtisadi qanunları və iqtisadi kateqoriyalar



Yüklə 2,24 Mb.
səhifə4/30
tarix08.02.2020
ölçüsü2,24 Mb.
#102005
1   2   3   4   5   6   7   8   9   ...   30

4. İqtisadi qanunları və iqtisadi kateqoriyalar.

Cəmiyyətdə iqtisadi proseslər daxili, özünəməxsus qa­nun­larla ida­rə olunur. Iqtisadi qanunlar sosial-iqtisadi proseslərin inkişaf qa­nun­la­rıdır. Hegel qeyd edirdi ki, bütün qanunlar kimi, iqtisadi qa­nun­lar da «iki hadisə arasındakı əlaqəni»1 ifadə edir.

Iqtisadi qanunlarinsanlar, hadisə və proseslər arasında daim tək­rarlanan, onların mənafelərini ifadə edən obyektiv, zəruri səbəb-nəticə əlaqələridir. Buradan aydın olur ki, iqtisadi qanunlar hadisə və pro­seslər arasındakı daxili, zəruri, sabit əlaqələri ifadə edir.

Təbiət qanunları kimi, iqtisadi qanunlar da obyektiv xarakter da­şıyır. Yəni onlar insanların şüurundan, istək və arzula­rın­dan asılı ol­ma­yaraq meydana çıxır və fəaliyyət göstərir. Insanlar onları yarada, ləğv edə, dəyişdirə bilməzlər. Iqtisadi qanunların obyektiv xarakterdə ol­masını etiraf etmək subyek­tiv amillərin rolunu azaltmaq kimi başa dü­şülməməlidir. Baş­qa sözlə, insanlar iqtisadi qanunların qarşısında aciz deyildir­lər, onlar həmin qanunları dərk və bundan özlərinin mə­na­fe­lə­ri­nə uyğun olaraq istifadə edə, bununla da iqtisadi inkişafı sü­rət­lən­di­rə bilərlər. Lakin iqtisadi qanunların obyektiv xarakterdə olmasını in­kar edənlər də vardır. Onlar bu qanun­la­rın insanların iradəsin­dən, dər­rakəsindən, psixologiyasından ası­lı olduğunu qeyd edirlər. Hətta bu qa­nunları fetişləşdirənlə­rə də rast gəlinir. Onlar sözdə iqtisadi qa­nun­la­rın obyektiv xarakterini qəbul etsələr də, obyektivliyi kortəbiilikdə, qa­nun­ların fəaliyyəti­nin qarşısının alınmasının mümkün olmamasında gö­rürlər.

Təbiət qanunları kimi cəmiyyətin inkişafının iqtisadi qanunları da obyektiv xarakter daşısalar da, bunları bir-birindən fərqləndirən cə­hət­lər də vardır. Belə ki:

1) Təbiət qanunları insanların iştirakı olmadan meyda­na gəlib, fəa­liyyət göstərir, iqtisadi qanunlar isə insan cəmiyyəti ilə eyni vaxtda mey­dana gəlib fəaliyyət göstərməyə başlamışdır;

2) Təbiət qanunları uzunmüddətli, əbədidir. Iqtisadi qa­nunlar isə tarixi inkişafın müəyyən pilləsində meydana gəlir, fəaliyyət göstərir, on­ları doğuran səbəblər, şərait ara­dan çıxdıqda, onlar da aradan çıxır, öz yerini yeni qanun­lara verirlər.

Iqtisadi qanunları üç qrupa bölmək olar; 1) Spesifik iqtisadi qanunlar; 2) Ümumi və ya ən ümumi iqtisadi qanunlar; 3) Bir neçə sosial-iqtisadi quruluşda və ya iqtisadi sistemdə fəaliyyət gös­tə­rən iqtisadi qanunlar.

Spesifik iqtisadi qanunlar inkişafın bir pilləsini digə­rindən fərq­ləndirir. Bu qanunlar istehsal, bölgü, mübadilə və istehlakın konk­ret formalarına xas olan qanunlardır. Məsələn, kapital yığımı qanunu, rə­qa­bət qanunu kapita­lizmə xas olan spesifik iqtisadi qanunlardır. Spesifik iqti­sadi qanunlar sistemində əsas iqtisadi qanun xüsusi yer tu­tur. Bu qanun istehsalın məqsədini ifadə edir, yəni istehsal nəyə və kimə xid­mət edir? ayrı-ayrı adamların var­lanmasınamı, yoxsa cəmiyyətin bü­tün üzvlərinin ri­fa­hının yaxşılaşdırılma-sı­na­mı? Deməli, əsas iqtisadi qa­nun insanla­rın iqtisadi mənafe­ləri ilə sıx əlaqədardır. Iqtisadi mənafelər in­sanların birgə əmək prosesində, müəyyən iqtisadi münasi­bətlər çər­çi­və­sində formalaşır. Insanların əməyə ilkin söv­qe­dici səbəbi olan iqtisadi mə­nafelər iqtisadiyyatın və bü­tövlükdə cəmiy-yətin tərəqqisinin hə­rə­kət­ve­rici qüvvəsidir. Tarixi inkişafın gedişi inandırıcı surətdə göstərir ki, əmək bölgüsü ilə eyni vaxtda hər bir fərdin (ayrıca ailənin) iqtisadi mə­na­feyi ilə bütün fərdlərin ümumi mənafeləri arasındakı ziddiyyət də mey­dana çıxır. Həm də qeyd etmək lazımdır ki, bu ümumi mənafe ayrı-ay­rı fərdlər arasında qarşılıqlı asılılıq olduğuna görə obyektiv xarakter daşıyır. Cəmiyyətin inkişafı, əmək bölgüsünün dərin­ləşməsi, mül­kiy­yət formalarının və təsərrü-fatçılıq metodlarının təkmilləşdirilməsi ilə əla­qədar olaraq iqtisadi mənafelərin strukturu və həyata keçirilməsi me­xanizmi də mürəkkəb­ləşir. Məsələn, ibtidai cəmiyyətdə əməyə söv­qe­di­ci səbəb acından ölmək təhlükəsi, adət və ənənələr, nüfuz, quldarlıq və feodalizmdə isə başlıca olaraq qeyri-iqtisadi məcburiyyət olmuşdur.

Kapitalizm, iqtisadi məcburiyyətin, adamların məna-fe­ləri­nə iq­ti­sadi təsiretmənin xüsusi, olduqca çevik və səmə­rəli sistemini ya­rat­mış­dır. Məsələn, rəqabət mübarizəsində məğlub olmaq və müflisləşmək təh­lükəsi sahibkarları isteh­salı təkmilləşdirməyə, onu ən yeni və yüksək məh­suldarlıqlı avadanlıqlarla təchiz etməyə məcbur edir.

Ümumi və ya ən ümumi iqtisadi qanunlar iqtisadi in­kişafın bü­tün mərhələlərində fəaliyyət göstərir və onlara əmək məhsuldarlığının yük­səldilməsi, təlabatın daim art­ması qanunlarını misal göstərmək olar. Bu qanunlar aşağı­dakı xüsusiyyətlərə malikdir. Onlar: 1) Ən ümumi iq­ti­sadi əlaqələri və münasibətləri səciyyələndirir; 2) Həmişə iqtisadi tə­rəq­qi qanunları kimi çıxış edir. Spesifik iqtisadi qanunlar isə bu xü­su­siy­yətlərə malik deyildirlər. Məsələn, feodalizmin formalaşdığı və in­ki­şaf etdiyi dövrdə feodal rentası qanunu cəmiyyətin inkişafına təkan ver­miş, ictimai tərəqqi qanunu olmuşdur. Lakin kapitalizm cəmiyyəti mey­­dana gəlib formalaşdıqdan sonra həmin qanun ictimai tə­rəqqini lən­gitmişdir; 3) Cəmiyyətin inkişafı ilə əlaqədar ola­raq ümumi iqtisadi qa­nunlar nəinki tarix səhnəsindən çı­xır, əksinə yenə də qalmaqda davam edir, rolları daha da artır.

Bir qrup iqtisadi qanunlar da vardır ki, onları nə spesifik, nə də ümumi qanunlara aid etmək olmaz. Bunlara dəyər qanunu, pul tə­da­vülü qanunu və s. misal göstərmək olar. Onlar cəmiyyətin in­ki­şa­fı­nın, tərəqqinin doğurduğu iqtisadi münasibətləri ifadə edirlər.



Iqtisadi qanunlar iqtisadi kateqoriyalar vasitəsilə təza­hür edir. Iq­tisadi kateqoriyalar-iqtisadi hadisə və pro-ses­lərin ümumi cəhətlərini ifa­də edən və obyektiv xarakter daşıyan ümumi anlayışlardır. Bunlara mül­kiyyət, istehsal, bölgü, mübadilə, istehlak, əmtəə, dəyər, maliyyə, kre­dit, əmək bölgüsü və s. misal göstərmək olar. Beləliklə, iqtisadi qa­nun­larla iqtisadi kateqoriyalar arasında qarşılıqlı əlaqə vardır. Iqtisadi ka­teqoriyalar – obyektiv iqtisadi qanunla­rın məzmununu təşkil edən sa­bit səbəb – nəticə əlaqələrini aş-kara çıxarmağa, hadisə və proseslərin za­hiri görünüşü arxa-sında onların əsl məzmununu müəyyən etməyə im­kan verir.

Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin