Mövzu İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat)


Iqtisadi nəzəriyyənin tədqiqat metodları



Yüklə 2.24 Mb.
səhifə5/30
tarix08.02.2020
ölçüsü2.24 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   30
    Навигация по данной странице:
  • Cədvəl 2.1

5. Iqtisadi nəzəriyyənin tədqiqat metodları.

Iqtisadi hadisələrin mahiyyətinə varmaq, onların inki­şaf qa­nun­larını dərk etmək və fəaliyyət mexanizmini aşkara çıxarmaq yalnız el­mi cəhətdən əsaslandırılmış tədqiqat metodlarından istifadə olun­duq­da mümkündür.

Elmi metod-gerçəkliyin öyrənilməsini, təbiət və cəmiyyət ha­di­sə­lərinin dərk olunmasına yanaşılmasını, elmi tə­fək­kür qaydalarını və ob­yektiv aləmin qanunauyğun­luq­larını əks etdirən üsul və vasitələrin toplusudur.

Hər bir elm kimi, iqtisadi nəzəriyyənin də özünəməx-sus spesifik tədqiqat metodları vardır. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, iqtisadi problemləri öyrənmək məqsədilə onların haqqında faktlar top­­lanır. Buna təsvir və ya empi­rik metod deyilir. Bundan sonra fakt­la­ra əsasən iqtisadi prinsiplər müəyyən olunur ki, bu da iqtisadi təhlil ad­la­nır. Deməli, iqtisadi nəzəriyyə özünün predmetini öyrənmək üçün təh­lil metodundan geniş istifadə edir. Təhlil zamanı obyekt tərkib his­sə­lə­ri­nə ayrılır, onlar ayrılıqda hərtərəfli öyrənilir, tamın daxilində hər bi­ri­nin yeri və rolu aydınlaşdırılır. Təhlil bir-birindən tamamilə fərq­lənən iki səviyyədə-makro və mikroiqtisadi səviyyələrdə aparıla bilər. Mak­roiq­tisadi təhlil ya iqtisadiyyat üzrə ümumilikdə, yaxud da onun ayrı-ay­rı bölmələri (məsələn, dövlət bölməsi, qeyri-dövlət bölməsi və s.) üzrə ayrılıqda apa­rılır. Ona görə heç də təsadüfi deyildir ki, müxtəlif iqtisadi prob­lem­lər makroiqti­sadi səviyyədə təhlil olunduqda istehsalın, gəlirlərin və xərc­lərin ümumi həcmi, məşğulluğun və qiymətlərin ümumi səviyyəsi və s. göstəricilərdən istifadə edilir.

Mikroiqtisadi təhlil isə konkret iqtisadi vahidlər (ayrı-ayrı sa­hə­lər, firmalar və s.) səviyyəsində aparılır. Bu zaman istehsal olunan hər hansı konkret məhsulun miqdarı və ya qiyməti, bir firmada çalışan işçilərin sayı, onun əldə etdiyi gəlir və ya sərf etdiyi xərcin məbləği, bir ailə­nin gəliri və s. göstəricilərdən istifadə olunur.

Hadisə tərkib hissələrinə ayrıldıqdan və onların mahiy­yəti ay­dın­laşdırıldıqdan sonra idrak prosesi başqa for­mada, təhlilin nəticə­lə­ri­nin tam halında birləşdirilməsi kimi başa çatır. Tərkib hissələrinə ay­rıl­mış və təhlil olunmuş ün­sürlərin yenidən vahid tam halında bir­ləş­di­ril­mə­si sintez ad­lanır. Təhlil və sintez arasındakı qarşılıqlı əlaqəni mürək­kəb iqtisadi proses olan əmtəə tədavülünün misalında nəzərdən keçirək. Bu prosesin təhlili gedişində əvvəlcə onu təşkil edən ünsürlərin-əmtəə, pul, qiymət, alqı-satqı əməliy­yatı və s.- mahiyyəti aydınlaşdırılır. Bu ün­sür­lərdən hər birinin xüsusiyyətləri müəyyən olunduqdan son­ra təhlil pro­sesində əldə edilmiş məlumatlar ümumiləşdiril­məklə tədqiq olunan ha­disə haqqında ümumi təsəvvür əldə edilir.

Iqtisadi hadisə və prosesləri təhlil edərkən induksiya və de­duk­si­ya metodlarından geniş istifadə olunur. Induk-siya dedikdə nəzəri müddəa və prinsiplərin çıxarılmasına, başqa sözlə, faktlardan nə­zəriyyəyə, xüsusidən ümumiyə doğru hərəkət nəzərdə tutulur. Bir çox hal­­larda isə qarşıya qoyu­lan vəzifələrin yerinə yetirilməsinə nəzəriy­yə­dən başla-nır. Başqa sözlə, əvvəlcə nəzəriyyə hazırlanır, sonra bu, yox­la­nı­­lır, nəzərdə tutulan, gözlənilən nəticə alın­dıqda tətbiq olu­nur, alın­ma­dıq­da isə qəbul edilmir. Buna deduksiya və ya fərziyyə (hipotez) me­to­du deyilir. Beləliklə, iqtisadi hadisə və pro­ses­lər öyrənildikdə fərziyyə adlanan ilkin prinsipləri formalaşdırmaq üçün təsadüfi müşa­hi­dəyə, ab­strakt müha-kiməyə, məntiqə, yaxud da intiusiya­ya arxa­lan­maq olar. Məsələn, «kabinet məntiqinə» əsasən belə bir mühakimə yü­rüt­mək olar ki, alıcılar ərzaq məhsul­larını qiy­mətlər aşağı olduqda al­sa­lar, bu, onlar üçün daha sərfəlidir. Bu fərziyyənin doğru olub – ol­ma­ma­sı sonralar müvafiq fakt-ları müntəzəm olaraq öyrənmək yolu ilə də­fə­lərlə yox­lanıl-malıdır. Deduksiya metodunda ümumidən xüsusiyə, nə­zə­riyyədən faktlara doğru gedilir.

Induksiya və deduksiya bir-birini tamamlayan tədqi-qat me­tod­la­rıdır. Belə ki, deduksiya vasitəsilə formalaşdırı-lan fərziyyədən em­pi­rik məlumatların toplanması və sistem-ləş­dirilməsi üçün istifadə olunur. Fakt­lar isə öz növbəsində da­ha məzmunlu fərziyyələr formalaşdırmaq üçün ilkin şərtdir.

Iqtisadi hadisələri tərəzidə çəkmək, mikroskopla müşahidə etmək, laboratoriya şəraitində öyrənmək mymkün deyildir. Onları dərk etməyin əsas üsulu elmi abstraksiyadır. Başqa sözlə, K.Marksın dediyi kimi «Iqtisadi formalar təd­qiq edilərkən nə mik­ros­kop­dan, nə də kimyəvi reaktiv­lərdən istifadə etmək mümkün deyildir. Bun­ların hər ikisinin yerini abstraksiya qüvvəsi tutmalıdır1».

«Abstraksiya» termini sözün hərfi mənasında «yayın­dır­­maq», «sərfnəzər etmək», «nəzərə almamaq» deməkdir. Məsə­lən, kapitalizm bü­töv bir tam kimi iqtisadi münasibət­lərin müxtəlif növlərinin toplu­sun­dan ibarətdir. Onun haqqında konkret bilik əldə etmək üçün bu sis­te­mə daxil olan bütün ünsürlər arasındakı daxili qarşılıqlı əlaqələri aş­kara çıxarmaq lazımdır. Lakin aydın məsələdir ki, kapita-lizmi elmi cəhətdən təhlil edərkən bu mürəkkəb sistemin bütün tərkib hissələrinin ha­mısını birdən, eyni vaxtda nəzərdən keçirmək olmaz. Odur ki, əvvəlcə onun cə­hət­lə­rindən biri­ni, sonra digərini, daha sonra üçüncüsünü və s. təhlil etmək la­zımdır. Yalnız bu yolla kapi­ta­lizm haqqında konkret və tam təsəvvür əl­də etmək olar. Deməli, münasi-bətlərin hər hansı bir cəhəti təhlil olu­nar­kən bilərəkdən onun digər cəhətləri nəzərə alınmır. Bu isə gerçəkliyi da­ha dərindən başa düşməyə, öyrənilən hadisələrin nəticələrindən ən mü­­hüm­lə­rini, başlıcalarını seçib ayırmağa, ikin­ci dərəcə-li, ya­xud da təd­qiqatı mürəkkəbləşdirən, çətin­ləşdirən, lakin onun mahiyyətinə xələl gə­tirməyən məsələlər­dən sərfnəzər etməyə, onları nəzərə almamağa im­kan verir. Bununla əla­qədar olaraq, iqtisadi hadisə və proseslər öy­rəni­lər­kən «baş­qa şərtlər sabit qalmaqla» metodundan da istifadə olunur. Baş­qa sözlə, nəzərdən keçirilən problemlə bağlı olan digər məsələlərin də­yişməz qaldığı fərz edilir.

Hər bir iqtisadi hadisə qarşılıqlı əlaqə və asılılıqda olan kə­miy­yət və keyfiyyət tərəflərinə malikdir. Hadisənin key­fiy­yət tərəfi onun ma­hiy­yətini ifadə edir. Kəmiyyət isə hadi­sənin miqdar ölçüsüdür. Bun­la­rın dialektik vəhdətində key­fiyyət müəyyənedicidir. Kəmiyyət də­yiş­mə­ləri isə öz növ­bəsində labüd olaraq yeni iqtisadi keyfiyyətə doğru apa­rır. Məsələn, kapitalist iqtisadiyyatının keyfiyyət müəyyənliyi olan mül­kiyyət münasibətləri onun feodalizmə nisbətən daha sürətli in­ki­şa­fı­nı təmin etmişdir.

Iqtisadi münasibətlərin kəmiyyət tərəfinin təhlili onların siyasi-iq­tisadi məzmununu daha dərindən aşkara çıxarmağa, iqtisa­di hadisə və proseslər arasındakı səbəb-nəticə əlaqələri­nin xarakteri haqqında da­ha konkret təsəv­vürə malik olmağa imkan verir. Məsələn, iqtisadçı üçün təkcə mənfəətin mahiyyə­tini aşkara çıxarmaq yox, həm də onun nor­masını müəyyən etmək maraqlı və vacibdir. Odur ki, iqtisadi nə­zə­riy­yədə hadisələrin kəmiyyət tərəfini təhlil edərkən riyazi və statistik üsul­lardan, modelləşdirmədən geniş istifadə edilir.

Iqtisadi nəzəriyyə kursunda geniş tətbiq olunan metod­lardan bi­ri də məlumatların, sosial-iqtisadi proseslər arasındakı qarşılıqlı əlaqə və asılılıqların və onların inkişaf qanunauyğunluqlarının qrafiklərdə təsvir olun­masıdır. Qra­fiklər materialları daha yaxşı mənimsəməyə, ay­dın ba­şa düşməyə, dərindən təhlil etməyə, rəqəmlərin köməyilə ifa­də olunan qa­nunauyğunluqları sezməyə imkan verir, onla­rın əyaniliyini, aydın və yad­­da qalan olmasını təmin edir.


Mövzu 2 : İstehsal, onun mahiyyəti və amilləri.( 2 saat)

Plan

1. İqtisadi proseslər və ictimai istehsalın tərəfləri.

2. İqtisadi ehtiyatlar. Onların kəmiyyət və keyfiyyəti.

3. Məhdud miqdarda iqtisadi ehtiyatlardan istifadənin səmərəliliyi.


1. İqtisadi proseslər və ictimai istehsalın tərəfləri.
Bəşəriyyət meydana gəldiyi gündən insanlar həm təbiətin, həm də cəmiyyətin sirlərini öyrənməyə çalışmışlar. İndi hamıya məlumdur ki, siyasətlə, elm ilə, incəsəntlə məşğul olmazdan əvvəl , yemək, geyinmək, yanacağa; mənzilə və başqa maddi nemətlərə malik olmaq lazımdır. Lakin ictimai fikir bu nəticəyə birdən- birə deyil, uzun müddəti əhatə edən çətin bir yol keçməklə gəlib çıxmışdır. Və insanlar bu həqiqəti dərk etməklə, sanki ictimai həyatın inkişaf qanunauyğunluqlarının çox mürəkkəb yumağında kələfin ucunu tapmağa nail olmuşlar.

İnsan cəmiyyətinin həyatı isə həqiqətən olduqca mürəkkəb, çoxcəhətli və dolaşıqdır. O, maddi nemətlərin istehsalı, xidmətlər, elm və texnika, siyasət və ideologiya sahələrində insanların çoxsaylı fəaliyyət növlərindən ibarətdir. Başqa sözlə, insanlar arasında tədriclə ictimai münasibətlərin elə bir bütöv sistemi formalaşmış, müəyyən həyat tərzi, dövlətin ailənin, mənəviyyatın konkret formaları meydana gəlmişdir ki, bunların içərisindən həyatın əzəli ( ilkin) əsasını təşkil edən prosesləri ayırmaq lazım idi. Belə bir ilkin əsas bütün ictimai münasibətlər sistemindən ayrıldı və bu ictimai istehsaldan ibarətdir.

İqtisadiyyat cəmiyyət həyatının əsası olduğuna görə iqtisadi( istehsal) proseslər də bütün ictimai münasibətlər sistemində həlledici əhəmiyyətə malikdir. İqtisadi proseslərin baş verdiyi başlıca sahə isə iqtisadiyyatın əsasını təşkil edən ictimai istehsaldır.

İctimai istehsalda gedən proseslərdə insanlar bir tərəfdən təbiətlə, digər tərəfdən isə öz aralarında müəyyən münasibətlərə girirlər. Bu münasibətlərdə müəyyənedici rol insanlarla təbiət arasındakı münasibəti ifadə edən məhsuldar qüvvələrə məxsusdur.

Məhsuldar qüvvələr nədir? Bu suala cavab vermək üçün əvvəlcə ictimai istehsalın əsas amillərini nəzərdən keçirək.

İctimai istehsal aşağıdakı üç amil mövcud olduqda mümkündür:

1) iş qüvvəsi; 2) əmək cisimləri; 3) əmək vasitələri

İş qüvvəsi insanların əmək sərf etmək qabiliyyətləri, başqa sözlə, onların malik olduqları və istənilən vaxt istehsal prosesində istifadə edə biləcəkləri fiziki və zehni qabiliyyətlərinin məcmusudur. İstehsal prosesinin baş verməsi üçün iş qüvvəsi hər dəfə istehlak olunmalıdır. İş qüvvəsi istehsalın şəxsi amilidir.

Əmək cisimləri- insan əməyinin təsir göstərdiyi bütün şeylərdir ki, bunlar da gələcək məhsulun maddi əsasını təşkil edir. Əmək cisimlərini 2 yerə bölmək olar:

1) təbiətin insan cəmiyyətinə hazır halda verdiyi əmək cisimləri ( kömür, dəmir filizi, təbii sututarlardakı balıq və s. )

2) insanların özlərinin əməyi ilə yaradılan əmək cisimləri ( xammal və ya xam material, yanacaq və i. a. ).

İnsan əməyinin təsir göstərdiyi əmək cisimlərinə xammal və ya xam material deyilir. Məsələn, domna sobalarında istifadə olunan kömür və filiz, maşınqayırma zavodundakı metal, toxuculuq müəssisələrindəki iplik xammal və ya xam materialdır. Elmi- texniki inqilab inkişaf etdikcə qabaqcadan nəzərdə tutulmuş xassələrə malik olan keyfiyyətcə yeni, yəni təbiətdə olmayan əmək cisimlərinin yaradılması mümkün olur. Lakin qeyd etmək lazımdır ki, bu zaman da torpaq, təbiət əzəli əsasdır. Bu, onu göstərir ki, klassik ingilis siyasi iqtisadının görkəmli nümayəndəsi U. Pettinin “ Əmək sərvətin atası, torpaq isə anasıdır” tezisi müasir dövrlə həmahəng səslənir.

Əmək vasitələri insanların əmək cisimlərinə təsir göstərdikləri şeylərə və ya şeylər kompleksinə deyilir. İnsanlar bu şeylərin fiziki, kimyəvi, bioloji xüsusiyyətlərindən istifadə etməklə özlərinə lazım olan məhsulları istehsal edirlər.

Əmək vasitələri bir neçə növə ayrılır. Bunların içərisində həlledici yer mexaniki əmək vasitələri və ya əmək alətlərinə - maşın və avadanlıqlarına məxsusdur. Bunlar istehsalın sümük və əzələ sistemini təşkil edirlər. Əmək alətlərinin inkişafı texniki tərəqqinin əsas göstəricisidir. İstehsalın inkişafında hər bir tarixi dövrün başlıca fərqləndirici əlaməti hər şeydən əvvəl əmək alətlərinin inkişaf səviyyəsi ilə müəyyən edilir.

Əmək vasitələrinin növlərindən biri də istehsalın damar ( borular, çənlər, çəlləklər və s. ) sistemidir. Kimya, metallurgiya, atom sənayesinin inkişafı ilə əlaqədar olaraq cəmiyyətdə bu əmək vasitələrinin rolu nəzərə çarpacaq dərəcədə artır.

Əmək vasitələrinə, həmçinin istehsalat binaları, şosse və dəmir yolları, kanallar və s.- də daxildir. Torpaq həm əmək vasitələri, həm də əmək cismidir. Başqa sözlə, torpaqdan kənd təsərrüfatı məhsullarını istehsal etmək üçün bir vasitə kimi istifadə olunduğuna görə o, əmək vasitəsidir. Digər tərəfdən, insan öz əməyi ilə torpağa təsir göstərdiyinə görə ( məsələn, torpaq şumlandıqda, toxum səpildikdə, bitkilər becərildikdə və s. ) o, həm də əmək cismidir.

Əmək cisimləri ilə əmək vasitələri ikisi birlikdə istehsal vasitələrini əmələ gətirir. İstehsal vasitələri ictimai istehsalın maddi amilidir.

İstehsalın şəxsi və maddi amilləri bir- biri ilə qarşılıqlı əlaqədədir. Bu o deməkdir ki, istehsalın onun ünsürlərinin- işçi qüvvəsi, əmək cisimləri və əmək vasitələri- mexaniki birləşməsindən ibarət olduğunu təsəvvür etmək düzgün olmaz, bu qarşılıqlı əlaqədə olan mürəkkəb bir sistemdir. Qarşılıqlı əlaqədə və bir – birindən asılı olan bütöv sistem isə istehsalın ünsürlərinin mexaniki toplusundan keyfiyyətcə fərqlənir və istehsal texnologiyası və onun təşkili ilə əlaqədar daha çox səmərə əldə edilməsinə imkan verir.

Texnologiya istehsalın əsas amilləri arasıdakı qarşılıqlı əlaqələri, həmçinin istehsal vasitələrinin elmi kəşflər vasitəsilə və təcrübədə aşkara çıxarılan mexaniki, fiziki və kimyəvi xassələrinə əsalanmaqla əmək cisimlərinə insanların təsiretmə üsullarını ifadə edir.

İnsanlar şeylərin əvvələrində məlum olmayan xassələrini aşkara çıxarmaqla yeni növ məhsullar hazırlamağın sirlərinə yiyələnir, daha mütərəqqi texnologiyadan, keyfiyyətcə tamamilə başqa materiallardan istifadə edirlər. Bu da öz növbəsində işçilər qarşısında yeni tələblər qoyur.

Bununla birlikdə istehsalın təşkili də fasiləsiz olaraq dəyişir və daim təkmilləşir, ictimai istehsalın sahə quruluşu dəyişir və mürəkkəbləşir, ixtisaslaşdırılma və kooperasiyalaşdırmanın yeni- yeni formaları meydana çıxır, istehsalın ictimai xarakteri , istehsal prosesində müəssisələr, sahələr arasında qarşılıqlı əlaqələr güclənir.

İctimai istehsal inkişaf etdikcə istər onun amillərini, istərsə də onların qarşılıqlı əlaqələrinin xarakteri də dəyişir, enerji problemi daha kəskin xarakter alır. İlk dövrlərdə başlıca enerji mənbəyi insanın ( yaxud istehsalda istifadə olunan heyvanların) qüvvəsi olmuş və enerji istehsalın müstəqil amili kimi ayrılmamışdır. İndi isə vəziyyət tamamilə dəyişmişdir. Hazırda istehsalın amilləri arasında qarşılıqlı əlaqə və asılılıq güclü enerji mənbələrini mənimsəmədən mümkün deyildir. Deməli, indiki şəraitdə istehsalın enerji ilə təmin olunması son dərəcə böyük əhəmiyyət kəsb edir.

Elmi- texniki inqilabın təsiri ilə xidmət sahələri surətlə inkişaf edir və onlar cəmiyyət üçün çox vacib olan vəzifələri yerinə yetirirlər. Bu sahələr istehsalın infrastrukturu adlanır və bunlara nəqliyyat, rabitə, enerji və informasiya xidməti daxildir. İstehsalın şəxsi amilinin inkişafında isə sosial infrastruktur( təhsil, səhiyyə, ictimai- iaşə, mənzil kommunal təsərrüfatı) mühüm rol oynayır.

İctimai istehsalın amillərinin mürəkkəbləşməsi və onlar arasındakı qarşılıqlı əlaqələrin güclənməsi cəmiyyətin inkişafının bütün mərhələlərində onun əsas ünsürlərinin işçi qüvvəsi, əmək cisimləri əmək vasitələrindən ibarət olması haqqında müddəanı aradan qaldırmır, əksinə, istehsalın amillərinin qarşılıqlı fəaliyyəti nəticəsində insanların bu və ya digər tələbatını ödəmək xassəsinə malik olan əmək məhsulları yaranır.

İstehsalın şəxsi amili ilə maddi amili ikisi birlikdə və qarşılıqlı əlaqədə cəmiyyətin məhsuldar qüvvələrini təşkil edir.

Məhsuldar qüvvələrin inkişafı insanların təbiət qüvvələrini və hadisələri üzərində hökmranlıq dərəcəsini ifadə edir və öz əksini əmək məhsuldarlığının yüksəldilməsində, cəmiyyətin sərvətinin artmasında tapır. Məhsuldar qüvvələrin inkişaf səviyyəsi ictimai tərəqqinin başlıca meyarı və ən mühüm ümumi göstəricisidir.

İctimai tərəqqinin bir pilləsindən digərinə keçilməsi inkişafı dayandırmır və mövcud məhsuldar qüvvələrin məhv edilməsini tələb etmir. Əksinə, hakimiyyətə gəlmiş qabaqcıl sinif köhnə cəmiyyətdə yaradılmış məhsuldar qüvvələrdən istifadə etməklə onları yenidən qurmağa, keyfiyyətcə yeni səviyyəyə qaldırmağa nail olur, öz hakimiyyətini qəti olaraq bərqərar edir.

İstehsal prosesində insanlar yalnız təbiətlə deyil, həm də az aralarında müəyyən münasibətlərə girirlər.

İctimai istehsal, maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində insanların iradəsindən , istək və arzularından asılı olmayaraq meydana çıxan münasibətlərin məcmusu istehsal münasibətləridir.

İstehsal münasibətləri bütün ictimai münasibətlər sistemində başlıca, həlledici münasibətlərdir, cəmiyyətin ictimai bazisidir.

İstehsal münasibətlərinin aşağıdakı iki növünü bir- birindən fərqləndirmək lazımdır.


  1. Təşkilati- iqtisadi münasibətlər.

  2. Sosial- iqtisadi münasibətlər.

Təşkilati- iqtisadi münasibətlər məhsuldar qüvvələrin inkişaf dərəcəsi və təşkili səviyyəsini səciyyələndirir. Buna əmək bölgüsü, istehsalın ixtisaslaşdırılması, kooperasiyalaşdırılması, təmərküzləşməsi, mərkəzləşməsi və s. aiddir.

Sosial- iqtisadi münasibətlər isə istehsalın ictimai formasını ( xüsusi kapitalist, xırda əmtəə istehsalı və s. ) ifadə edir.



2. İqtisadi ehtiyatlar. Onların kəmiyyət və keyfiyyəti.
Iqtisadiyyatın əsasını təşkil edən başlıca prob­lem iqtisadi eh­tiyatların məhdud miqdarda və ya aztapılan (nadir) olmasıdır. Iq­ti­sa­di ehtiyatlar dedikdə əmtəələrin istehsalı və əhaliyə xidmət gös­tə­ri­l­mə­si üçün istifadə olunan təbii, əmək və insanların özləri tərəfindən is­teh­sal edilmiş ehtiyatlar nəzərdə tutulur. Bunlara sənaye və kənd təsər­rü­­fatı məhsullarını istehsal etmək üçün istifadə olunan müəssisələrin bi­naları, qurğular, avadanlıqlar, maşın və alətlər, nəqliyyat və rabitə va­­sitələri, əməyin müxtəlif növləri, tor­paq, faydalı qazıntılar və i. a. aiddir.

Iqtisadi və ya istehsal ehtiyatları aşağıdakı dörd qrupa bölünür: 1) təbii ehtiyatlar; 2) maddi ehtiyatlar; 3) əmək ehtiyatları; 4) maliyyə ehtiyatları.

Təbii ehtiyatlara istehsalda istifadəyə yararlı olan şeylər daxildir. Bunların özləri də «tükənən» və « tükənməyən» ehtiyatlara, tükənən ehtiyatlar da öz növbəsində «bərpa edilə bilən» və «bərpa edilə bilməyən» ehtiyatlara bölünür.

Maddi ehtiyatlar insanların özləri tərəfindən yara-dılan investisiya əmtəələrindən (maşınlar, avadanlıqlar, xammal və materiallar, yanacaq və i.a.) ibarətdir.

Əmək ehtiyatlarına əmək qabiliyətli əhali daxildir. Əmək ehtiyatları sosial-demoqrafik, peşə-ixtisas və mədəni –təhsil aspektlərindən nəzərdən keçirilir.

Sənayeləşdirmədən əvvəlki texnologiyalardan səna-ye texnologiyalarına, oradan da postindustral texnologiya-lara keçildikdə ayrı-ayrı ehtiyat növlərinin əhəmiyyəti də də-yişmişdir. Belə ki, sənaye cəmiyyətinə qədər təbii və əmək, sənaye cəmiyyətində maddi, posdindustral cəmiyyətində isə intellektual və informasiya ehtiyatlarına üstünlük verilmiş və verilir.

Sahibkarlıq qabiliyyəti də iqtisadi ehtiyatlara aid edilir.



Iqtisadi ehtiyatlar müxtəlif üsullarla təsnifləşdirilir. Onları hər şey­dən əvvəl, bərpa edilməsi mümkün olan və mümkün olmayan eh­ti­yat­lara bölmək olar. Birinciyə tor­paq, su hövzəsi, meşələr, habelə əmək eh­tiyatları, ikinciyə isə daş kömür, neft, qaz, dəmir filizi yataqları və s. aid edilə bi­lər.

Iqtisadi ehtiyatlar istehsal prosesində oynadıqları roldan və məh­sulda öz əksini tapıb-tapmamasından asılı olaraq iki qrupa bö­lü­nür: 1) Istehsal prosesini təmin edən iq­tisadi ehtiyatlar; 2) Məhsulda mad­diləşən iqtisadi ehtiyat­lar. Maşınlar, avadanlıqlar, bina və tikililər, ha­belə əmək ehtiyatları bir neçə istehsal dövründə (tsiklində) iştirak et­mək­lə, istehsal prosesini təmin edən iqtisadi ehtiyatlara aiddir. Xam­mal və materiallar, yanacaq isə bir istehsal döv­ründə iştirak etməklə, is­teh­sal olunan məhsulda maddiləşir. Nəhayət iqtisadi ehtiyatlar ob­yek­tiv (mad­di) və subyektiv (şəxsi) ehtiyatlara bölünür. Maddi ehtiyatlara bi­na­lar, ma­şın­lar, avadanlıqlar, xammallar, yanacaq və s. şəxsi ehti­yat­la­ra isə əmək ehtiyatları daxildir.

Iqtisadi ehtiyatları həm də kəmiyyət və keyfiyyət baxımından nə­zərdən keçirmək lazımdır. Çünki cəmiyyət inkişaf etdikcə istifadə olu­nan ehtiyatların miqyası genişlə­nir, istehsal prosesinə daha çox iqti­sadi ehtiyatlar cəlb olu­nur.

Tarixi inkişafın gedişində iqtisadi ehtiyatların rolu və əhə­miy­yə­ti dəyişir. Məsələn, vaxtilə aqrar bölmədə ənə­nəvi əl “əməyi”, dartıcı qoş­qu qüvvəsi kimi iş heyvanları üstünlük təşkil edirdisə, səna­yeləş­dir­mə­nin həyata keçiril­mə­si istehsal olunan maşın və xammalların ön pla­na keçməsi­nə, elmin iqtisadi ehtiyata çevrilməsinə imkan vermişdir.

Elm keyfiyyətcə xüsusi iqtisadi ehtiyat, elmi biliklər isə təbiət və cəmiyyətin inkişaf qanunları, onların təcrübədə tətbiq olunması üsul­ları haqqında informasiya mənbəyidir. Hər cür inkişaf kimi, texnoloji tərəqqi də həm təka­mül, həm də in­qilab yolu ilə baş verə bilər.

Iqtisadi ehtiyatlar məhsul buraxılışının potensial im­kanlarıdır. Istehsal prosesində onlar birləşdirilir və istehsa­lın amillərinə çevrilir. Da­ha konkret desək, müəyyən texno­logiya əsasında digər ehtiyatlarla birləşdirilən iqtisadi ehti­yat­lar istehsalın amilləri adlanır.

Iqtisadi ehtiyatlara bir çox hallarda istehsal ehtiyat­ları da deyi­lir. Bütün iqtisadi ehtiyatlar ümumi bir xassəyə malikdirlər. Bu, ondan iba­rətdir ki, onların hamısı nadir tapılan və ya məhdud miqdardadır.
3. Məhdud miqdarda ehtiyatlardan istifadənin səmərəliliyi.
Səmərəlilik iqtisadi nəzəriyyənin əsas problemidir. Səmərəlilik de­dikdə cəmiyyətin artan sonsuz tələbatını da­ha yaxşı, yaxud da imkan daxilində maksimum dərəcədə ödəmək məqsədilə məhdud miqdarda ehtiyatlardan daha səmərəli istifadə edilməsi əsasında, yüksək nəticələrə nail olunması nəzərdə tutulur.

Iqtisadi səmərəlilik istehsal prosesində istifadə olu­nan məhdud ehtiyatların miqdarı ilə əldə edilən hər hansı bir məhsulun miqdarı ara­sın­dakı əlaqəni səciyyələndirir, başqa sözlə, “xərc-məhsul buraxılışı” prob­lemini əhatə edir.

Beləliklə, məhsul istehsalı ilə istehsalın amilləri ara­sındakı qar­şı­lıqlı əlaqə iqtisadi səmərəlilik göstəriciləri vasi­təsilə təzahür edir. Bun­lar da öz növbəsində iqtisadi ehtiyat­ların hər vahidinə düşən məhsulun həc­mi ilə ölçülür. Iqti­sadi səmərəliliyə qiymət verərkən təkamilli və ço­xa­milli metodları bir-birindən fərqləndirmək lazımdır. Birinci hal­da bu­ra­xılan məhsul növbə ilə ayrı-ayrı iqtisadi ehtiyat­ların, ikinci halda isə bütün iqtisadi ehtiyatların həcmi ilə müqayisə edilir.

Səmərəliliyin qiymətləndirilməsində çoxamilli ya­naş­ma meto­dun­dan istifadə edilməsi, məhsul istehsalının artmasında hər bir iqti­sa­di ehtiyatın oynadığı rolu müəyyən etməyə imkan verir.

Bütün bunlar nəzərə alınmaqla hər bir cəmiyyətdə ehtiyat­lar­dan səmərəli istifadə olunmasına xüsusi diqqət yetirilməlidir. Bu məq­səd­­lə də cəmiyyətin malik olduğu eh­tiyatlardan tam istifadə olunmaqla istehsalın mümkün olan həcmi təmin edilməlidir. Bunun üçün isə tam məşğulluğa və istehsalın tam həcmdə fəaliyyət göstərməsinə nail olun­malıdır.

Tam məşğulluq dedikdə bu iş üçün yararlı olan bütün ehti­yat­lar­dan istifadə edilməsi nəzərdə tutulur.

Istehsalın tam həcmdə fəaliyyət göstərməsi isə o deməkdir ki, ehtiyatları müxtəlif sahələr arasında səmərəli bölüşdürmək, yəni tətbiq olunan ehtiyatlardan elə istifadə etmək lazımdır ki, onların hər biri is­teh­salın ümumi həc­minə öz töhfəsini verə bilsin. Buna hansı məhsulun is­tehsalı üçün harada daha əlverişli şərait varsa, onu məhz orada is­teh­sal etmək yolu ilə nail olunur.

Qənaət probleminin mahiyyətini cəmiyyətin istehsal imkan­la­rı­nı nəzərdən keçirməklə daha aydın nümayiş etdir­mək olar. Bu məqsəd­lə əvvəlcə aşağıdakı ehtimallara yol verildiyini fərz edək: 1) Iqtisadiyyat tam məşğulluq şəraitin­də fəaliyyət göstərir və istehsalın tam həcmi tə­min edilmiş­dir; 2) Istehsal amilləri nə kəmiyyət, nə də keyfiyyətcə dəyiş­mir; 3) Istehsal texnologiyası dəyişmir; 4) Cəmiyyətdə cəmi-cümlətanı iki məhsul-sənaye robotları və yemək şey­lə­ri istehsal olunur.

Lakin əslində belə deyildir. Başqa sözlə, cəmiyyətdə bu və ya digər səviyyədə işsizlik mövcuddur və istehsalın tam həcmdə fəaliyyət göstərməsi mümkün deyildir; istehsal amilləri həm kəmiyyət, həm də keyfiyyətcə dəyişir və yenidən bölünür: Elmi-texniki tərəqqi ilə əlaqədar olaraq istehsal texnologiyası və mövcud istehsal ehtiyatlarının tərkibi daim dəyişir; iqtisadiyyatda saysız-hesabsız adda məhsul istehsal edilir və xidmət göstərilir. Yemək şeyləri insanların tələbatlarını bilavasitə ödəyən istehlak dəyərləri, sənaye robotları isə dolayı yolla ödəyən isteh­sal təyinatlı investisiya əmtəələridir.

Bu ehtimallar onu göstərir ki, iqtisadiyyatın normal inkişafını təmin etmək üçün cəmiyyət istehsal imkanlarının seçilməsi zəruriyyəti ilə üzləşir. Başqa sözlə, bir halda ki, mövcud ehtiyatların ümumi həcmi məh­duddur, deməli, iqtisadiyyatın sənaye robotları və yemək şeyləri isteh­salını istənilən qədər genişləndirmək imkanları da məhduddur. Fikri­mi­zi bir qədər də sadələşdirsək, deyə bilərik ki, sənaye robotları istehsa­lı­nın müəyyən miqdarda artırılması yemək şeylərinin istehsalına sərf edi­lən ehtiyatların azalmasına, yəni onun bir hissəsinin bu sahədən “axıb-getməsinə” səbəb olur. Əks nəticə də çıxarmaq olar: əgər yemək şeyləri istehsalını artırmaq istəyiriksə, onda bu, sənaye robotları iste­h­sa­lının azalması hesabına mümkün ola bilər. Deməli, cəmiyyət bir-bi­ri­ni qarşılıqlı surətdə inkar edən məqsədə çatmaq uğrunda mübarizə apa­ra bilməz. Qənaət prob-leminin mahiyyəti də məhz bundan ibarətdir. Cəmiyyətin istehsal imkanlarını aşağıdakı misalla izah edək (Cədvəl 2.1).


Cədvəl 2.1


Sənaye robotları və yemək şeylərinin istehsal olunması imkanları (rəqəmlər şərtidir)


Məhsul növləri

Istehsal alternativləri

A

B

C

D

E

Yemək şeyləri-

yüz min


0

1

2

3

4

Sənaye robotları (min)

10

9

7

4

0

Каталог: 2017


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə