Mövzu iQTİsadi resurslarin və GƏLİRLƏRİn dövr etməSİ


Dövlətlərin iqtisadi tənzimləmə tədbirləri



Yüklə 34,56 Kb.
səhifə4/4
tarix25.11.2023
ölçüsü34,56 Kb.
#134264
1   2   3   4
MÖVZU 5

5.5. Dövlətlərin iqtisadi tənzimləmə tədbirləri
Bazar münasibətləri sisteminin hakim olduğu və sənayecə inkişaf etmiş ölkələrdə dövlətin iqtisadi proseslərə fəal müdaxiləsi kapitalizmin inhisarçı inkişaf mərhələsinə təsadüf edir. Belə ki, X1X əsrin sonu XX əsrin əvvəllərində iqtisadiyyatda inhisar hökmranlığının güclənməsi nəticəsində işlək bazar mexanizminin güclü təzyiqinə məruz qalır, xüsusi sahibkarlıq inhisar ağalığı ilə üzləşir, azad sahibkarlıq fəaliyyəti, azad rəqabət üçün imkanlar məhdudlaşır. Yaranmış vəziyyət dövlətin iqtisadi prosesləri müdaxilçəsini, xüsusi qanun və qərarların qəbul edilməsini tələb edir və ilk dəfə olaraq ABŞ-da belə qanunlar qəbul edilir.
Birinci Dünya müharibəsi və 1929-1933-cü illərin dağıdıcı sosial-iqtisadi böhranı və onun nəticələrinin bazar mexanizminin gücü ilə aradan qaldırılmasının qeyri-mümkünlüyünü üzə çıxardı və dövlətin işə qarışaraq fəal tənzimləyici fəaliyyət göstərməsinin zəruri olduğunu bir daha təsdiq etdi.
Bütün yuxarıda deyilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, bazar iqtisadiyyatı şəraitində dövlətin iqtisadi proseslərin idarə olunmasına müdaxilə edib onun tənzimləyici fəaliyyətlə məşğul olması zəruridir və bu amillərlə bağlıdır:
Birincisi, cəmiyyətdə elə sosial-iqtisadi problemlər yaranır ki, bazar mexanizmilə onların həlli mümkün olmur və hətta bazarın özü həll edə bilmədiyi problemlər doğurur. Məsələn, işsizlik, gəlirlərin bölgüsündə qeyri-bərabərlik, inflyasiya, inhisarçılıq, böhranlar və s. kimi problemlər bu qəbildəndir.
İkincisi, ölkələrarası xarici iqtisadi əlaqələrin yaranması, genişlənməsi, dərinləşməsi yeni-yeni formaların meydana gəlməsi dövlətlərin bu proseslərdə yaxından iştirakını və təinzimlənməsini tələb edir.
Üçüncüsü, elm, texnika və texnologiya sahəsində əldə olunmuş nailiyyətlərin istehsala tətbiqi nəticəsində istehsalın miqyası artmış, coğrafiyası genişlənmiş, onun yeni-yeni sahələri meydana gəlmişdir ki, nəticədə idarə etmə prosesləri mürəkkəbləşmişdir. Bütün bu proseslər uzunmüddətli proqramların hazırlanması, maliyyələşdirilməsi və həyata keçirilməsi ilə mümkün olur və bu da dövlətin iştirakını zəruri edir.
Dördüncüsü, iqtisadiyyatda insan amilinin rolunun artması ilə yanaşı meydana çıxan sosial problemlərin həlli məqsədilə sosial təyinatlı istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial proqramları hazırlayıb həyata keçirilməsi və nəticədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi bazar mexanizmi vasitəsilə deyil dövlətin fəaliyyəti sayəsində mümkün olur.
Bilmək lazımdır ki, dövlət iqtisadi prosesləri bazar qanunlarından və mexanizmlərindən istifadə etməklə tənzimləyir.
Müasir dövrdə heç bir iqtisadi məktəb, heç kəs iqtisadi proseslərin tənzimlənməsində dövlətin iştirakının zəruriliyini inkar etmir. Mübahisə dövlətin iştirakının dərəcəsi, hədləri ətrafında gedir. Əksər iqtisadçılar problemlərin bazar mexanizmi ilə dövlətin tənzimlənmə mexanizmindən birgə, qarşılıqlı əlaqədə səmərəli istifadə etməklə həll olunmasına tərəfdardılar ki, bu cür yanaşmanı doğru hesab etmək olar.
İqtisadi proseslərin tənzimlənməsində dövlətin iştirakı dərəcəsi bütün ölkələrdə eyni deyildir. Bu bir çox amillərdən, o cümlədən hər bir ölkənin ənənəsindən və iqtisadi gücündən asılıdır. Dövlətin öz tənzimləyici funksiyasını səmərəli şəkildə yernə yetirə bilməsi üçün maddi imkanlara, tənzimlənmə sisteminə və dazımı təcürbəyə malik olması lazımdır.
Dövlətin bilavasitə həyata keçirdiyi tənzimləyici funksiya konkret obyektin tənzimlənməsinə yönəldilir. Tənzimlənmənin obyektləri isə çox genişdir və demək olar ki, sosial-iqtisadi həyatın btün tərəflərini əhatə edir. İqtisadiyyatın dövlət tən­­zimləməsinin obektləri ilə yanaşı subyektləri də vardır ki, onlar mülkiyyət mənsubiyyətinə, özlərinin gəlirləri və əmlakının səviyyəsinə görə fərqlənirlər.
İlk baxışda belə görünə bilər ki, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsində əsas məqsəd bazarın qüsurlarını aradan qaldırmaq, bazar mexanizminin çatışmazlıqlarını tamamlamaq, bazara yardımçı olmaqdan ibarətdir. Əslində isə tənzimlənmənin başlıca məqsədi iqtisadi sistemin normal fəaliyyətini təmin etmək, səmərəliliyini yüksəltmək, sabit sosial-iqtisadi inkişafını təmin etməkdir.
İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin funksiyası onun iqtisadi funksiyaları ilə eyni olmasalar da çox yaxın anlayışlardır.
Dövlət iqtisadi prosesləri tənzimləmək üçün bazar subyektlərinin iqtisadi fəaliyyətini, davranış qaydalarını nizama salan hüquqi qanunlar, normalar və normativ aktlar qəbul edir. Dövlətlə sahibkarlar arasında, sahibkarların özləri arasında, firma və şirkətlər arasında münasibətləri tənzimləyən qaydaları müəyyən edir. Bununla dövlət bazar sisteminin səmərəli fəaliyyətinə şərait yaradan hüquqi əsas yaradır və bu onun funksiyasıdır.
Bazar iqtisadiyyatının hərəkətverici «mühərriki» rəqabətdir, ancaq rəqabət üçün lazımı şərait olmalıdır. Dövlətin bu istiqamətdə olan fəaliyyəti rəqabət mühitini qoruyub saxlamaq üçün ona mane olan əngəlləri aradan qaldırılmasına yönəldilmişdir. Dövlət bir tərəfdən rəqabətə mane olan inhisar əleyhinə qanunlar qəbul edirsə digər tərəfdən də firmalar üçün gəlirlik səviyyəsinə maksimum və minimum hədlər qoyur, nəzarət sistemindən istifadə edir. Beynəlxalq səviyyədə rəqabət mühiti yaratmaq üçün ölkələrarası müqavilələr sistemindən istifadə olunur, ikitərəfli yaxud da çoxtərəfli müqavilələr bağlanır. Bu rəqabət mühiti yaratmaq sahəsində dövlətin tənzimləyici funksiyasıdır.
Dövlətin tənzimləyici funksiyalarından biri də bilavasitə bölgü sferasına aiddir. Dövlət bü funksiyasını resursların və gəlirlərin yenidən bölgüsü mexanizmi vasitəsilə həyata keçirilir. Resursların yenidən bölgüsü cəmiyyətin qarşısında duran konkret məqsədlərin reallaşdırılmasına yönəldilmişdir. Gəlirlərin yenidən bölgüsü və gəlirdəki fərqi azaltmaq yolu ilə sosial ədaləti bərpa etmək, aztəminatlı ailələrin sosial mühafizəsini təmin etməkdən ibarətdir.
Dövlətin tənzimləmə funksiyalarından biri də iqtisadi stabilliyin təmin edilməsi ilə bağlıdır. Dövlət büdcə-vergi, pul-kredit siyasətlərindən istifadə etməklə böhran hallarının qarşısını almaq, inflyasiyanın səviyyəsini aşağı salmaq, işsizliyi azaltmaq, məşğulluğun arzuolunan səviyyəsinə nail olmaq yolu ilə iqtisadi artımın dinamikliyini təmin etməyə çalışır.
Bazar iqtisadiyyatı şəraitində elə sahələr var ki, gəlir gətirmədiyinə görə xüsusi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, o sahələrə kapital qolymaqda maraqlı deyildilər. Bunlara aiddir: milli müdafiə, təhsil sisteminin inkişaf etdirilməsi, təbii fəlakətlərlə mübarizə, ziyanvericilərə qarşı mübarizə aparmaq və s. Bu kimi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə dövlət vergi formasında tutulmuş vəsait hesabına xüsusi fondlar yaradır və istifadə edir. Burada da dövlət bölgü mexanizminin köməyi ilə resursların yenidən bölgüsünü həyata keçirir və bunun da milli məhsulun quruluşunu dəyişməyə nail olur. Bu dövlətin tənzimlyici funksiyalarından biridir.
Dövlətin tənzimləyici funksiyalarından biri də iqtisadiyyatın özəl bölməsi və dövlət bölməsi arasındakı iqtisadi münasibətlərin tənzimlənməsi ilə bağlıdır. Qarışıq iqtisadiyyat şəraitində iqtisadiyyatın hər iki bölməsi arasında uyğun nisbətləri saxlamaq, onların qarşılıqlı fəaliyyətini təmin etmək dövlətin əsas vəzifələrindən biridir. Bu məqsədlə dövlət özəl bölmənin inkişafına yardımçı olur, geri qalan sahələrə maliyyə yardımı edilir, investisiya qoyuluşlarını maraqlandırmaq üçün stimullaşdırıcı vasitələrdən istifadə edir.
Dövlət özünün tənzimləyici funksiyalarını reallaşdırmaq məqsədi ilə müxtəlif istiqamtəli iqtisadi siyasətini işləyib hazırlayır və həyata keçirir.
Hər bir dövlət özünün iqtisadi sahədə həyata keçirməli olduğu funksiyalarını müəyyən metodlardan istifadə etməklə həyata keçirir.
Dövlət inzibati metodlarla tənzimləmə zamanı qanunlar, qərarlar, sərəncamlar və birbaşa göstəricilərdən istifadə edir. Bu birbaşa tənzimləmə metodu adlandırılır. Bu metodla dövlət bu və ya digər fəaliyyət sahəsini məhdudlaşdırır, qadağan edir və yaxud hər-hansı bir sahənin fəaliyyətinə icazə verilir.
Lakin inzibati tənzimlənmə formaları, metodları konkret şəraitə uyğun olaraq tətbiq edilməzsə arzu olunan nəticə verməz. Ona görə də bu metodlar daima təkmilləşdirməli, yeni üsul və vasitələrdən istifadə olunmalıdır.


Yüklə 34,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin