«Satın alınmış dəstləşdirici məmulatlar və yarımfabirikatlar, müəssisəyə kooperasiyalaşma yolu ilə göstərilən xidmətlər» xərc maddəsində koperasiyalaşma yolu ilə alınmış yarımfabrikatların, hissə və qovşvqların dəyəri, həmçinin göstərilmiş xəidmətlərin haqqının ödənilməsi ilə əlaqədar olan xərclər əks etdirilir.
«Texnoloji ehtiyaclar üçün yanacaq və enerji» xərc maddəsinə bilavasitə məhsul istehsalında istehslak eilən yanacaq və enerjiyə (həm öz istehsalı olan, həm də kənar müəssisə və təşkilatlardan satın alınan) çəkilən xərclər aid edilir.
Qeyd etmək lazımdır ki, xammal və materialların, yarımfabrikatların, yancağın və enerjinin göndərilməsi ilə əlaqədar olan nəqliyyat-tədarükat xərcləri, yəni onların daşınması, yüklənib-boşaldılması və saxlanması xərcləri müvafiq xərc maddələrində nəzərə alınırlar.
«İstehsal fəhlələrinin əsas əmək haqqı» xərc maddəsinə həm istehsal fəhlələrinin, həm də istehsalın təşkili və idarə edilməsində birbaşa iştiak edən mühəndis-texniki işçilərin əsas əmək haqqı daxil edilir.
«İstehsal fəhlələrinin əlavə əmək haqqı» xərc maddəsinə isə məhsul istehsalına (xəidmətlərin göstərilməsinə, işlərin yerinə yetirlməsinə) sərf olunmamış vaxt üçün qanunvericilik aktlarında nəzərdə tutulmuş ödənişlər: növbəti və əlavə məzuniyyətlər, südəmər uşaqlı analara güzəşt saatlarına, fəxri adlara və s. görə ödənişlər daxil edilir.
«Sosial sığorta ayırmaları» xərc madəsində istehsal fəhlələrinin əsas və əlavə əmək haqqının məbləğindən ölkə qanunvericiliyində nəzərdə tutulan normalara uyğun olaraq sosial sığorta fonduna edilən ödənişlərin məbləği əks etdirilir.
«Yeni istehsalın hazırlanması və mənimsənilməsi xərcləri» maddəsində yeni istehsalın mənimsənilməsi, yeni sex və aqreqatların istismara verilməsi (buraxılışı xərcləri), yeni texnoloji proseslərin hazırlanması və mənimsənilməsi (digər mənbələrdən ödənilən xərclər istisna olmaqla), yeni texnikanın yaradılması və mənimsənilməsi üçün yaradılan mükafatlandırma fonduna ödənişlər və bu qəbildən olan digər xərclər əks etdirilir.