Mövzu İstehsal xərcələrinin, məhsul və xidmətlərin maya dəyərinin idarə edilməsi



Yüklə 334 Kb.
səhifə10/15
tarix04.06.2022
ölçüsü334 Kb.
#116617
1   ...   7   8   9   10   11   12   13   14   15
UNEC 1654331720

Şərti-dəyişən xərclərə ümumi məbləği məhsul istehsalının həcminin dəyişməsinə (artması və ya azalmasına) uyğun olaraq dəyişən (müvafiq olaraq artan və ya azaln) xərcələr aiddir. Belə ki, məhsul vahidinin istehsalına sərf edilən xam­mal və material, ya­na­caq və enerji məsrəfləri, işəmuzd işləyən istehsal fəhlələ­rinin əmək haqqı və s. aiddir. Bu xərclərin bir qismi məhsul istehsalının həc­mi­nin artması və ya azalmasına xətti mütanasib olaraq, digər qis­mi isə qeyri-xətti mütanasib olaraq artır və ya azalır. Məsələn, bir­başa işə­muzd əmək haqqı sistemində istehsal fəhlələrinin əmək haqqı məsər­fə­lərinin, məhsul istehsalına əsas xammal və material məsrəflə­rinin həcmi məhsul istehsalının həcmi artdığı tempdə, mütə­rəq­qi işəmuzd əmək haqqı sistemində isə onun həcmi məhsul isteh­salının həcminin artım tempindən yüksək templə, avadanlıqların sax­lan­­ması və istis­ma­rı məsrəflərinin həcmi isə, əksinə, aşağı templə artır.
Şərti-sabit və ya dolayı xərclərə həcmi istehsalın həcminin də­yiş­məsindən asılı olmayan, istehsal dövrü ərzində həcmi sabit qa­lan xərclər aid edilir. Bu xərclərə əsas fondların amortizasiya ayır­ma­ları, vaxtamuzd işləyən fəhlələrin və müəssisənin rəhbərli­yinin, mühəndis-texniki və kiçik xidmət heyətinin əmək haqqı xərcləri və s. aiddir. Şərti-sabit xərcləri də konkret məhsul növünə aid edilə bilinən xərclərə və konkret məhsul növünə aid edilə bilinməyən xərclərə böl­mək olar. Adlarından göründüyü kimi, konkret məhsula aid edilə bi­li­nən xərclərə hansı məhsul növünə aid edilməsi müəyyən oluna bi­lən, aid edilə bilinməyən xərclərə hansı məhsul növünə istehsalı və ya satışı ilə əlaqədar olduğunun müəy­yən­ləşməsi mümkün olmayan xərclər aiddir. Məsələn, məhsu­lun reklam xərclərinin hansı məhsul nö­vü ilə əlaqədar olduğunu müəy­yən etmək və konkret məhsulun ma­ya dəyərinə daxil etmək olar. Konkret məhsul növünə aid edilə bi­linməyən xərclər istehsal olun­muş məhsul növləri arasında ayrı-ayrı məhsulların pay nisbətəinə uyğun şəkildə bölünür və məhsulun maya dəyərinə daxil edilir.
İstehsal xərclərinin məhsulun həcmindən asılı olaraq qruplaş­dırıl­ması məhsulun maya dəyərinin aşağı salınması tədbirlərinin hazırlan­masında mü­hüm əhəmiyyət kəsb edir. Belə ki, məhsul istehsalının həc­­minin artması sayə­sin­də hər məhsul vahidinə düşən sabit xərc­lərin səviyyəsinin və məbləğinin azal­ması «miqyas effekti» adlanan səmərənin yaranmasına səbəb olur.
Məhsul istehsalı ilə əlaqədar məsrəflərin qruplaşdırılması onun maya dəyərinin tərkibini və quruluşunu müəyyən etməyə, öyrənməyə və təhlil etməyə imkan verir. Məhsulun maya dəyərinin tərkibi dedikdə onu təşkil edən xərc­lərin kəmiyyət xarakteristikası, yəni ayrı-ayrı xərc maddələrinin məbəlği başa düşülür. Məhsulun maya dəyərinin quruluşu dedikdə isə onu təşkil edən xərclərin nisbəti, daha dəqiq ifadə etsək, məhsulun tam maya dəyərində ayrı-ayrı xərc maddələrinin payı, xüsusi çəkisi başa düşülür. Məhsulun maya dəyə­ri­nin tərkibi qurulu­şu­nun təhlili müəssisənin texniki-iqtisadi göstəricilərəinin ümumi təs­vi­rini yaratmağa məhsulun maya dəyərinin aşağı salınmasının əsas istiqamət mənbələrini müəyyənləşdirməyə imkan verir.
Məhsulun maya dəyərində bu və ya digər xərclərin üstünlük təş­kil etmə­sin­dən asılı olaraq məhsul material tutumlu, yanacaq tutum­lu, enerji tutumlu, fond tutumlu və ya əmək tutumlu məhsul ola bilər. Məhsulların bu təsnifləşdi­ril­məsi onların maya dəyərinin aşağı salın­ması istiqəmtlərini və onun hansı xərclər hesabına mümkün ol­du­ğu­nu müəyyənləşdirməyə imkan yaradır.
Sual 3.
Məhsulun maya dəyərinin idarə edilməsi
Firmada məhsulun maya dəyərinin idarə edilməsi kompleks xarakter daşıyır. Maya dəyərinin idarə edilməsinə onun proqnozlaşdırılması və planlaş­dı­rılması, xərclərin normalaşdırılması, məhsulun maya dəyərinin kalkulyasıyası, maya dəyərinə nəzarət edilməsi və onun tənzimlənməsi aiddir. Məhsulun maya dəyərinin idarə edilməsi prosesində əmtəəlik (ümumi, realizə edilmiş) və ayrı-ayrı məhsul növlərinin maya dəyəri for­malaşdırılır, hər bir məhsul növünün qiyməti və rentabellik səviyyəsi müəyyənləşdirilir, maya dəyəri təhlil edilir, plan­dan kənarlaşmalar və onların səbəbləri aşkar olunur, maya dəyərinin səviyyəsinə nəzarət edi­lir. Sonra isə bütün bunların əsasında maya dəyərinin aşağı salınması eh­ti­yatları aşkar edilir və bu ehtiyatların reallaşdırılması imkanları müəy­­yən­ləşdirilir. Buna görə də xərclərin idarə olunmasından əsas məq­səd resurslardan maksimum səmərəli istifadə edilməsidir.

Yüklə 334 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin