a) faktiki buraxılış və çeşidə görə plan maya dəyəri və qiyməti ilə (s.11×s.14), man.
(Гfi×Mпi)/(Гfi×Pпi)
18
b)hesabat ilində faktiki qiymətlər və maya dəyəri ilə (s.12×s.15), man.
(Гfi×Mfi)/(Гfi×Pfi)
19
c) faktiki, planda nəzərdə tutulmuş qiymətlərlə və məhsulun tərkibində məmulatların qiymət dəyişməsini çıxmaqla (s.2×s.9:s.11), man.
(Гfi×)/(Гfi×Ppi)
20
d) hazır məhsulun planda nəzərdə tutulmuş topdansatış qiymətləri ilə faktiki (s.12:s.14), man.
(Гfi×Mfi)/(Гfi×Ppi)
21
Keçən ildə 1 manatlıq əmtəəlik məhsula düşən xərclər, man.
(Гki×Mki)/(Гki×Pki)
Qeyd edilən amllərin 1 manatlıq əmtəəlik məhsula çəkilən xərclərin dəyişməsinə təsirini daha aydın və ətraflı izah etmək üçün yuxarıdakı cədvəldə verilən məlumat və düsturları nəzərdən keçirək (cədvəl 1).
Məhsul istehsalının strukturunda, yəni ümumi məhsul istehsalının ümumi həcmində ayrı-ayrı məhsulların payının dəyişməsini (ΔZcd) aşağıdakı düsturla hesablamaq olar:
Əmtəəlik məhsulun istehsalında istehlak olunan, istifadə edilən ayrı-ayrı məmulatların istehsalına çəkilən xərclərin həcminin (ΔZsd) dəyişməsinin 1 manatlıq əmtəəlik məhsulun istehsalına çəkilən xərclərin səviyyəsinə təsiri aşağıdakı düsturla müəyyən edilir:
-
İstehlak edilmiş material resurslarının qiymət və tariflərinin (ΔZtd) dəyişməsinin 1 manatlıq əmtəəlik məhsula düşən xərcələrin həcminə təsiri aşağıdakı düsturla hesablanır:
-
Məhsulun topdansatış qiymətinin (ΔZqd) dəyəişməsinin əmtəəlik məhsulun maya dəyərinə təsiri aşağıdakı düsturla müəyyən edilir:
Qeyd edilən göstəricilərin hesablanması həm keçən ilin, həm də hesabat ilinin məlumatlarına görə aparırlarlar. Hesablamalar keçən ilin məlumatları ilə aparıldıqda, sadəcə olaraq, plan kəmiyyətinin əvəzinə müvafiq məlumatların keçən ildəki kəmyyətlərindən istifadə edilir.
Sual 5. Məhsulun maya dəyərinin aşağı salınması yolları Məhsulun maya dəyəri hər bir təsərrüfat subyektinin fəaliyyətinin qiymətləndirilməsi göstəricisidir. Çünki o, müəssisə və firmanın məhsulun istehsalına sərf etdiyi bütün xərcləri özündə cəmləşdirdiyindən bu göstərici vasiəsi ilə onların bütün iqtisadi resurslardan istifadə səviyyəsini öyrənmək və onun fəaliyyətinin yaxşılaşdırılması istiqamətlərini müəyyənləşdirmək mümkün olur.
Bundan başqa, məhsulun maya dəyəri təsərrüfat-maliyyə fəaliyyətinin və təşkilati-texniki tədbirlərin iqtisadi səmərəliliyni xarakterizə edən göstəricilərdən biridir. Firmada investisiya qoyuluşları həyata keçirilərkən cari xərclər onun ayrı-ayrı bölmələrinin fəaliyyətinin və iqtisadi səmərəliiyinin qiymətləndirilməsində və s. nəzərə alınır. Məhsulun maya dəyəri yeni texnikanın və texnoloji proseslərin tətbiqi, materiallara qənaət və bu qəbildən olan digər göstəricilərlə yanaşı istehsalın təşkilinin təkmilləşdirilməsinin səmərəliliyinin hesablanmasında, istehsalın ictimai təşkili formalarının məqsədəuyğunluğunun müəyyən edilməsində və bu kimi digər hallarda da istifadə olunur.
Maya dəyərinin təhlili əsasında məhsulun materialtutumunu, əməktutumunu və fondtutumunu müəyyənləşdirmək olur. Bir sözlə, firmanın istehsal fəaliyyətinin iqtisadi aspektlərinin öyrənilməsində - təhlil və tədqiq edilməsində və qiymətləndirilməsində məhsulun maya dəyəri göstəricisi müstəsna əhəmiyyətə malikdir. Bu isə, öz növbəsində, maya dəyərinin aşağı salınması ehtiyatlarının və amillərinin aşkar edilməsi hər bir təsərrüfat subyekti üçün çox vacibdir.
Məhsulun maya dəyərini onu təşkil edən bütün xərc maddələrinə qənaət etməklə aşağı salmaq mümkündür və elmi-texniki tərəqqinin inkşafı sayəsində bunların hər biri üzərə maya dəyərinin aşağı salınması ehtiyatları, təkrar-təkrar yarandığından, demək olar ki, həmişə mövcuddur. Müəyyən mənada burada yalnız maya dəyərinin «Əmək haqqı xərcləri» maddəsi müsətəsnalıq təşkil edə bilər. Əmək haqqı xərclərinə qənaət edilməsi məsələsinə çox diqqətlə və həssaslıqla yanaşmaq lazımdır. Çünki məhsulun maya dəyərinin əmək haqqı xərcləri hesabına aşağı salınması məsələsi iqtisadi məsələdən daha çox sosial-siyasi məsələdir. Lakin bu heç də məhsulun maya dəyərinin əmək haqqı üzrə ehtiyat mənbələrindən istifadə etməklə «aşağı salmaq olmaz» demək deyildir. Əksinə, əməyin təşkilinin daha mütərəqqi formalarını, avtomatlaşdırılmış iş yerlərini yaratmaqla, əməyin fondla silahlanması səviyyəsini yüksəltməklə maya dəyərinin aşağı salınması tam doğru yoldur. Ümumiyyətlə, firma məhsulun maya dəyərini bütün elementlər üzrə aşağı salmaqla o (firma) qiymətlə manevr etmək imkanı əldə edə və «məskunlaşdığı» bazar seqmentinin mühafizəsinə nail ola bilər.
Məhsulun maya dəyərinin mütəmadi olaraq aşağı salınmasının, daha az xərclərlə daha yüksək istehsal-maliyyə nəticələrinə nail olunmasının «həmişəyaşar» mənbəyi qənaət rejiminin tətbiqi və ona əməl edilməsidir.
Lakin yuxarıda qeyd edilənlərlə yanaşı onu da unutmaq olmaz ki, məhsulun maya dəyərinin aşağı salınmasında ifrata varmaq məhsulun keyfiyyətinin pisləşməsinə səbəb ola bilər. Çünki məhsulun istehsalına sərf edilən materiallardan məsrəfin azaldılması, əsas fondların yeniləşməsinin, yeni, daha mütərəqqi texnikanın tətbiqinin maya dəyərini yüksəldəcəyi səbəbindən ondan imtina edilməsi və s. son nəticədə məhsulun texniki-istismar parametlərinin pisləşməsinə gətirib çıxara bilər. Buna görə də məhsulun maya dəyərinin aşağı salınması tədbirlərini hazırlayarəkən bu məsələyə çox diqqətlə yanaşmaq, «yüz dəfə ölçüb bir dəfə biçmək» prinsipinə əməl etmək lazımdır.
Bununla yanaşı onu da qeyd etmək lazımdır ki, Yaponiya firmaları keyfiyyətin total idarə edilməsi və ona total nəzarət olunması sistemini tətbiq etməklə yüksək keyfiyyət və xərclərin aşağı salınmasını «bir araya sığmaması» mifinə son qoydu. Belə ki, Yaponiya firmaları ABŞ firmalarından fərqli olaraq istehsal prosesinə strateji nəzarət konsepsiyasını tətbiq etməklə məhsulun qüsurlarını istehsal prosesi başa çatdıqdan sonra yox, qüsurun yaranması məqamında aşkar etməyə və onu aradan qaldırmağa çalışırlar. Keyfiyyətə nəzarət edilməsinə və qüsurların vaxtında aşkar edilməsinə bilavasitə istehsalat işçiləri məsuliyyət daşıyır və bu onları məhsulun keyfiyyətini yüksəltməyə sövq edir. Butün bunların sayəsində zay, qüsurlu məhsul buraxılışı ehtimalı və deməli, resursların səmərəsiz istfadəsi aradan qaldırılır.
Məhsulun maya dəyərinin aşağı salınması yığımın artırılması mənbəyi və vasitəsi kimi eyni resurslar müqabilində daha çox miqdarda maddi nemətlər istehsal edilməsini təmin edir. Ən başlıcası odur ki, bunun sayəsində bazarda məhsul bolluğu yaratmaq və onun qiymətini aşağı salmaq mümkün olur və son nəticədə, müəssisə xeyli miqdar mənfəət əldə edir, əhalinin isə sosial vəziyyəti yaxlaşır.
Məhsulun maya dəyərinin aşağı salınmasının iqtisadi əhəmiyyəti məhsul istehsalının həcminin çoxalası ilə əlaqədar mütəmadi olaraq artır.
İqtisadi baxımdan məhsulun maya dəyərinin aşağı salınmasının mühüm istiqamətlərindən biri də istehsalın miqyasının intensiv yolla genişləndirilməsidir. Belə ki, istehsalın intensiv yolla genişləndirilməsi ya çox nadir hallarda əlavə kapital qoyuluşu tələb edir, ya da ümumiyyətlə əlavə kapital qoyuluşu tələb etmir.
Firmalarda məhsulun maya dəyərinin aşağı salınması işinin təşkilinin və uğurlu həyata keçirilməsinin vacib şərtlərindən biri də xərclərin aşağı salınması ehtiyatlarının aşkar edilməsidir.
Məhsulun maya dəyərinin aşağı salınmasının ən əhəmiyyətli ehtiyat mənbələrindən biri müəsisədə əmək məhsuldarlığının yüksəldilməsidir. Bu, yeni, daha mütərəqqi texnika və texnologiyanın tətbiqinə və bunun əsasında istehsalın təşkilinin daha səmərərəli formalarına keçilməsinə şərait yaratmaqla bir istehsal işçisinə düşən məhsulun həcmini artırır. Bunun sayəsində isə əmək haqqının ümumi məbləğinin və müəssisənin işçilərinin əmək haqqlarının artmasına baxmayaraq məhsul vahidinə düşən əmək haqqı xərclərinin məbləği azalır. Çünki, bir qayda olaraq, bütünlükdə əmək məhsuldarlığının artım tempi əmək haqqının artım tempini qabaqlayır. Bu mütansibliyi yalnız fəhlələrin əmək haqqına aid etmək olar.
Artıq əvvəllər qeyd ediliyi kimi, məhsulun maya dəyərində material xərcləri ən böyük xüsusi çəkiyə malikdir. Məhz buna görə də müəssisədə məhsulun maya dəyərinin aşağı salınmasının ən böyük ehtiyat mənbəyi məhsul vahdinə sərf edilən xammal, material, yanacaq və enerji məsrəflərinin – maddi məsrəflərin – azaldılmasıdır. Onu da qeyd etmək lazımdır ki, material xərclərinin aşağı salınmasına yalnız istehsal prosesində yox, həm də tədavül sferasında – məhsulların anbarlarda saxlanmasını və istehsalçıdan istehlakçıya çatdırılmasını düzgün təşkil etməklə, məhsulların daşınmasında daha sərfəli nəqliyyat vasitələrindən istifadə etməklə, həmçinin məsafəcə daha yaxında yerləşən məhulgöndərən müəssisə seçməklə, yükləmə-boşaltma əməliyyatlarını mexanikləşdirməklə və s. nail olmaq mümkündür. Belə ki, bu tədbirlərin həyata keçirilməsi istehsal prosesində istifadə olunan istehsal vasitələrinin qiymətinin müəyyən qədər aşağı düşməsinə şərait yaratmaqla, son nəticədə, onlardan istifadə etməklə istehsal olunan məhsulların maya dəyərinin aşağı düşməsinə gətirib çıxarır.
Fondtutumlu sənaye sahələrində məhsulun maya dəyərinin aşağı salınmasının əsas istiqamətlərindən biri istehsal güclərindən, o cümlədən onun «çəkisini» müəyyən edən əsas fondlardan istifadənin yaxşılaşdırılmasına, mövcud texnoloji və digər avadanlıqların boşdayanmalarını azaltmaqla və ya tamamilə aradan qaldırmaqla onların maksimum yüklənməsi yolu ilə nail olmaqdır. Bu, bir tərəfdən, daha çox məhsul istehsal etməyə imkan verməklə miqyas səmərəsi, yəni məhsul vahidinə düşən şərti-sabit xərclərin hesabına, digər tərəfdən isə, daha az əsas fondlardan istifadə etməklə amortizasiya ayırmalarının və əsas fondların istifadə edilməsi ilə əlaqədar olan xərclərin mütləq həcmini azaltmaqla, məhsulun maya dəyərini aşağı salmağa imkan verir.
Məhsulun maya dəyərinin azaldılmasının başqa bir ehtiyat mənbəyi və yolu istehsalın idarə edilməsi və ona (istehsala) xidmət göstərilməsi ilə əlaqədar olan xərclərin həcminin və səviyyəsinin azaldılmasıdır. Bu xərclərə, artıq qeyd edildiyi kimi, müəssisənin və sexin inzabati-idarə heyətinin əmək haqqı, poçt, teleqraf və ezamiyyə xərcləri, bina və tikililərin saxlanması xərcləri, binaların işıqlandırılması və qızdırılması və s. xərclər aiddirlər. Bu xərclərin həcminin azalmasına mühasibat və statistik uçot işlərini avtomatlaşdırmaqla, avtomatlaşdırılmış iş yerləri yaratmaqla, enerjidən daha səmərəli istifadə etməklə və s. yollarla nail olmaq olar.
Məhsulun maya dəyərinin aşağı salınmasına istehsaldankənar xərclərin – məhsulun satışı ilə əlaqədar olan xərcələrin azaldılması hesabına da nail olmaq mümkündür. Bu xərclərin aşağı salınması yollarına məhsulların saxlanması və qablaşdırılmasını düzgün təşkil etməklə, daha sərfəli taralardan istifadə etməklə (çox dəfə istifadə olunan), ehtiyatların həcmini optimallaşdırmaqla və s. ilə nail olmaq olar.
İstehsalat işçilərinin təcrübəsi də müəssisədə maya dəyərinin aşağı salınmasına kömək edə bilər. Birincisi, «təcrübə effekti» və ya «təcrübə qanunu» adlanan qanunua görə firma məhsul istehsalı sahəsində təcrübə topladıqca ümumi xərclərin bir çox sənaye sahələrində aşağı salınması imkanları yaranır. Belə ki, eyni bir əməliyyatı mütəmadi yerinə yetirən fəhlənin peşəkarlıq səviyyəsi yüksəlir, o tədricən daha cəld olur və vəzifələrinin daha səmərəli yerinə yetirilməsi üsullarını tapır. Bu isə əmək məhsuldarlığının yüksəldilməsinə gətirib çıxarır. Əmək məhsuldarlığının yüksəldilməsi isə, şübhəsizdir ki, məhsulun maya dəyərini aşağı salır. Bundan başqa, adətən, təcrübə artdıqca, istehsalçı müxtəlif resurslardan istifadə etməyə və ya daha ucuz resurslar seçməyə başlayır. Məsələn, o, isə yüksək ixtisaslı işçilərin yerinə aşağı ixtisaslı işçilər cəlb edə bilər, əl əməyini avtomatlaşdıra bilər. İkincisi, məhsul istehsalının həcmi artıqca, artıq qeyd edildiyi kimi, məhsul vahidinə düşən xərclərin həcmi və səviyyəsi də aşağı düşür.
Müəssisədə qeyri-məhsldar xərclərin – cərimələrin, dəbbələmə xərclərinin və s. həcminin aşağı salınması onun gəlirlərini artırmaqla yanaşı, məhsulun maya dəyərinin də azaldımasına imkan verir. Qeyri-məhsuldar xərclərin azaldılmasının ən başlıca amillərdən biri zay məhsul istehsalının aradan qaldırılması, saxlama və daşıma zamanı normadan artıq itkilərə yol verilməməsidir.
Məhsulun maya dəyərinin aşağı salınmasının yuxarda göstərilən ehtiyat mənbələri müxtəlif tədbirlərin həyata keçirilməsi vasitəsi ilə realaşdırılır.