Mövzu İstehsal xərcələrinin, məhsul və xidmətlərin maya dəyərinin idarə edilməsi



Yüklə 334 Kb.
səhifə2/15
tarix04.06.2022
ölçüsü334 Kb.
#116617
1   2   3   4   5   6   7   8   9   ...   15
UNEC 1654331720

İstehsal xərclərinin məcmusu istehsal edilən məhsun firmaya ne­çə­yə başa gəldiyini, yəni məhsulun istehsal maya dəyərini ifadə edir. Firma həm­çinin məhsulun realizasiyasına (satışına) müəyyən həcmdə xərclər – kom­mer­siya xərcləri – çəkməli olur. Məhsulun is­tehsal ma­ya dəyəri ilə onun realizasiyasına çəkilən kommersiya xərc­lə­rinin cə­mi onun (məhsulun) tam maya dəyərini əmələ gətirir. Məh­sulun tam ma­ya dəyərinin real həcmini müəyyən etməklə aşağıdakı məsə­lə­lərin həllinə nail olmaq mümkün­dür:
– marketinq tədqiqatlarına və bunun sayəsində daha az xərclərlə ye­­ni məhsul istehsalına başlanmasına dair qərarların qəbul olunma­sına;
– məhsulun (işin, xidmətin) maya dəyərinə ayrı-ayrı xərc mad­dələrinin təsirinin müəyyən edilməsinə;
qiymətin əmələ gəlməsinə;
– müəssisənin fəaliyyətinin maliyyə nəticələrinin, müvafiq ver­gi­lərin və mənfəətin məbəğinin düzgün müəyyən olunmasına və s.
Məhsulun maya dəyəri onun istehsalına sərf edilmiş xammal, ma­­terial, yanacaq-enerji resurslarının və kənardan alınmış ya­rım­­fab­rikatların, həmçi­nin əməyin ödənilməsi xərclərinin və əsas fond­ların amortizasiya ayırmalarının dəyər ifadə­sin­də cəmi­ni əks etdirir.
Planlaşdırma və uçot praktikasında məhsulun satışa hazırolma səviyyə­sin­dən asılı olaraq, xərclərin formalaşma mərhələsinə görə məh­sulun texnoloji, sex, istehsal və tam (kommersiya) maya də­yər­lərini bir-birindən fərqləndirirlər.
Yeni texnikanın müxtəlif variantlarını iqtisadi cəhətdən qiy­mət­ləndirmək və onlardan ən səmərəlisini seçmək üçün texno­loji maya dəyəri göstəricisindən istifadə edilir.
Məhsulun texnoloji maya dəyəri bilavasitə texnoloji əməliyyat­la­rın yerinə yetirilməsi ilə əlaqədar olan sex xərclərinin cəmi kimi müəyyən edilir.
Məhsulun sex maya dəyərinə müəyyən bir məhsulun istehsalına sexdə sərf edilən bütün növ məsrəflər, yəni, xammal və material (əsas və köməkçi), yanacaq və enerji məsrəfləri, sexdə çalışan isteh­sal fəhlələrinin əmək haqqı, avadanlıqların istismarı və sexin idarə edilməsi ilə əlaqədar olan xərclər və sexdə sərf olunan və mühasibat uçotu haqqında əsasnamə ilə məhsulun maya dəyərinə daxil edilən digər xərclər aid edilir.

Yüklə 334 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin