Məhsulun maya dəyəri - məhsul istehsalı prosesində istehlak edilmiş istehsal vasitələrinin və sərf edilmiş canlı əmək məsrəflərinin dəyəri kimi - məhsulun dəyərinin bir hissəsidir.
İqtisadi nəzəriyyə klassiklərinə görə: - məhsul istehsalına sərf edilən isctimai əmək məsrəfləri (canlı və maddiləşmiş əmək məsrəfləri) həmin məhsulun dəyərini təşkil edir.
Məhsulun dəyəri iki hissədən:
a) istehsal fondlarının – əsas (tətbiq edilən deyil, istehlak olunmuş) və dövriyyə fondlarının dəyərlərindən;
b) yeni yaradılmış dəyərdən ibarətdir.
Məhsulun maya dəyəri, daha doğrusu, istehsal xərclərinin birinci iki elementi – istehlak olunan istehsal vasitələrinin və əmək haqqı formasında işçi qüvvəsinin dəyərlərini özündə birləşdirir.
Məhsulun maya dəyəri təkrar istehsalı bütün iqtisadiyyat miqyasında deyil, ayrılıqda götürülmüş konkret müəssisə səviyyəsində xarakterizə edir və o, məhsulun istehsalçıya neçəyə, hansı xərclər hesabına başa gəldiyini ifadə edir.
Artıq qeyd olunduğu kimi, məhsulun maya dəyərinin isqtisadi əsasını ayrılıqda götürülümüş konkret müəssisənin istehsal xərcləri – məcmu ictimai məhsulun əlahiddələşmiş hissəsi təşkil edir.
İqtisadi təyiatına görə istehsal xərcləridə (məhsulun dəyəri kimi) iki hissədən:
a) istehlak edilmiş əmək vasitələrinin və əmək predmetlərinin dəyərindən
b) əməyin ödənilməsi ilə əlaqədar olan xərclərdən ibarətdir.
İstehsal xərclərinin qeyd edilən hər iki hissəsi sadə təkrar istehsala çəkilən xərcləri ödəməklə geniş təkrar istehsalı təmin edir.
Bazar münasibətləri şəraitində məhsulun qiyməti bazarda tələblə təklif arasında nisbət və müəssisədən asılı olmayan digər amillər (məsələn, istehlakçının məhsulun faydalılığını qavramasından, məhsulun imici və ticarət markasından, məhsulun onun problemini həll etməsi səviyyəsindən və s.) əsasında formalaşdığından məhsulun maya dəyərinin qiymətə təsir dərəcəsi məhduddur. Başqa sözlə, firma məhsulunun maya dəyəri yüksək olduğu halda ona bazarda formalaşmış qiymətdən yüksək qiymət müəyyən edə bilmir, bu halda həmin məhsulun istehsalı müəssisəyə ziyanla başa gəldiyindən o, ya məhsulun maya dəyərini aşağı salmaqla onu bazarda formalaşmış qiymətə uyğunlaşdırmaq və ya da həmin məhsulu istehsaldan çıxarmaq məcburiyyətndə qalır. Deməli, məhsulun maya dəyəri qiymətə, o isə, öz növbəsində, satışından əldə edilən mənfəətin həcm və səviyyəsinə təsir göstərir.
Yuxarıda qeyd edilənlər bir daha göstərir ki, bazar münasibətləri şəraitində məhsulun qiyməti tələb və təklif arasındakı nisbət əsasında formalaşsa da maya dəyəri qiymətin səviyyəsini müəyyən edən əsas amil kimi çıxış edir. Çünki məhsulun qiyməti onun maya dəyərini, yəni ona çəkilən xərcləri ödəməklə yanaşı firmaya nəzərdə tutduğu mənfəəti əldə etməyə imkan verməlidir. Deməli, məhsulun maya dəyəri onun qiymətini və mənfəətin məbləğini müəyyən edən əsas amillərdən biridir.
Məhsulun qiymətinin aşağı həddi kimi onun maya dəyəri götürülür, yəni məhsulun qiyməti onun maya dəyərinə bərabər müəyyən edilir. Bu halda müəssisə ziyanla işləməsə də mənfəət də əldə etmir. Lakin müəssisə rəqiblərin bazar strategiyasını və özünün məqsədlərini nəzərə alaraq məhsuluna maya dəyərindən aşağı qiymət qoya bilər. Məsələn, firma rəqiblərin «hücumundan» müdafiə olunmaq, yaxud rəqibləri sıxışdırıb bazardan çıxarmaq məqsədi ilə öz məhsuluna maya dəyərindən aşağı qiymət qoya bilər. Firmanın məhsulu, obrazlı desək, «ömrünün qürub cağında» olanda, bir qayda kimi, həmin məhsula maya dəyərindən aşağı qiymət müəyyən etməli olur.
Yuxarıda qeyd edilənlərdən aydın olur ki, məhsulun qiyməti ilə onun maya dəyəri arasında sıx kəmiyyət asılılığı vardır. Məhsulun maya dəyəri məhsulun qiymətinin formalaşmasında baza rolunu oynayır. Eyni zamanda məhsulun qiyməti də – istehlak edilən məhsulların qiyməti - maya dəyərinin səviyyəsinə və mənfəətin həcminə təsir edir. Belə ki, qiymətin stabilliyi şəraitində məhsulun maya dəyəri nə qədər aşağı olarsa, məhsulun satışından əldə edilən mənfəətin məbləği də bir o qədər çox olur və ya əksinə, məhsulun maya dəyəri nə qədər yüksək olarsa, onda mənfəətin məbləği bir o qədər az olur.
Məhsulun qiyməti onun dəyərinin pulla ifadəsidir. O, məhsulun istehsalı və satışı şəraiti nəzərə alınmaqla məhsulun hazırlanmasına sərf olunan məsrəflər əsasında müəyyən edilir. Ümumiyyətlə, bütünlükdə iqtisadiyyat miqyasında qiymətin səviyyəsi istehsal xərclərinin həcminə uyğun gəlir.
İstehsalçı firma öz məhsulunu istehlakçıya, alıcıya, bəzi hallar, məsələn, möhtəkirlik halı istisna olmaqla, onu bazar qiymətindən yüksək qiymətə sata bilməz. Mükəmməl rəqabət mühüiti şəraitində böyük həcmdə mənfəət əldə etmək məqsədi ilə qiymətin səviyyəsinin artırılması siyasəti düzgün deyildir. Çünki bu halda digər rəqiblər müvəqqəti olaraq məhsullarının qiymətini aşağı sala bilər və müəssisəni sıxışdırıb bazardan çıxara bilər. Yüksək məbləğdə mənfəət əldə etməyin ən etibarlı yolu xərclərdə liderlik strategiyasının, yəni məhsulun maya dəyərinin aşağı salınması strategiyasının həyata keçirilməsi, istehlakçıların tələbatına daha çox uyğun gələn, ona daha çox fayda vəd edən məhsul istehsal etməklə satışın həcminin artırılmasıdır.
Məhsulun maya dəyərinin aşağı salınması müəssisənin çox vacib vəzifələrindən biridir. Belə ki, bir tərəfdən, resursların məhdudluğu, digər tərəfdən, məhsul istehsalının ictimai tələbata uyğun istehsal edilməsi zəruriliyi və sahibkarların daha çox mənfəət əldə etmək istəkləri kimi problemlərin maya dəyərinin aşağı salınmasından, maya dəyərini təşkil edən məsrəflərə qənaət edilməsindən asıldır.
Maya dəyərinin uçotu və planlaşdırılması, həmçinin onun dinamikasının təhlili və ona nəzarət işində maya dəyərinin stukturunun öyrənilməsi iqtisadi təhlilin mühüm vəziflərindən biridir. Çünki maya dəyərinin hərtərəfli və dərindən təhlilinin onun aşağı salınmasının istehsaldaxili ehtiyatlarını aşkar etməyə və həmin ehtiyatların reallaşdırılması üçün tədbirlər hazırlamağa imkan verir.
Sual 2. İstehsalxərclərinintəsnifləşdirilməsi İstehsal prosesində yüzlərlə adda müxtəlif xammal və materiallar, dəstləşdirici məmulatlar istifadə edilir, avadanlıq və maşınlar tətbiq olunur, çoxsaylı texnoloji əməliyyatlar yerinə yetirilir. Bununla əlaqədar olaraq, faktiki istehsal xərclərini uçota almaq və maya dəyəri üzrə tərtib edilən planları əsaslandırmaq üçün istehsal xərclərinin təsnifiləşdirilməsi (xərclərin müəyyən qruplarda birləşirilməsi) zərurəti meydana çıxır.
Qeyd etmək lazımdır ki, müəssisə səviyyəsidə istehsal xərcləri, hər şeydən əvvəl, aşağıdakı 3 əsas növə bölünür: