Mövzu İstehsal xərcələrinin, məhsul və xidmətlərin maya dəyərinin idarə edilməsi


Məhsulun istehsalı və satışı ilə əlaqədar olan xərclər



Yüklə 334 Kb.
səhifə5/15
tarix04.06.2022
ölçüsü334 Kb.
#116617
1   2   3   4   5   6   7   8   9   ...   15
UNEC 1654331720

1. Məhsulun istehsalı və satışı ilə əlaqədar olan xərclər, başqa sözlə, uyğun olaraq, məhsulun isthsal maya dəyəri və tam maya də­yə­ri; həmin xərclər cari məsrəflərdir və məhsul satışından əldə edilən gəlirlər hesabına ödənilir.
2. İstehsalın genişləndirilməsi və yeniləşdirilməsi ilə əlaqədar olan xərclər. Bu xərclər yeni məhsulun yaradılması və mövcud məh­sulun modernləşdiril­məsinə sərf olunan birdəfəlik xərclərdir. İştisadi mahiyyətinə görə bu xərclər əsaslı vəsait qoyluşlarına aid edilirlər.
3. Firmanın sosial-mədəni, mənzil-kommunal, məişət qeyri-istehsal ehtiyaclarına sərf edilən xərclərdir. Bu xərclər is­teh­salla bir­başa ələaqədar ol­ma­dıqlarından məhsulun maya dəyə­rinə daxil edilmir və onlar, əsaən, müəssisə­nin mənfəəti hesabına maliyyələşdirilir.
Maya dəyərin hesablanmasının məqsədindən asılı olaraq xərclərin iki əsas: a) istehsal məsrəflərinin iqtisadi elementlərinə (xərclər sme­tası) görə və b) xərc maddələrinə (kal­kulyasiya) görə təsnifləşdirilmə sistemi mövcuddur.
Məhsulun istehsal məsrəflərinin iqtisadi elementlərinə - bu, xərc­lər smetası da adladırılır - məhsulun maya dəyərinə daxil edilən müx­təlif resursların məsrəfləri iqtisadi mahiyyətinə görə qruplaş­dırılır. Bu halda məhsulun maya dəyəri, başqa sözlə, xərclər smetası məhsul istehsalı və satışı planının yerinə yetirilməsi üçün tələb edilən resurs­la­rın həcminin dəyər ifadəsində əks etdiril­məsinə imkan verir. İqti­sadi elementlər üzrə istehsal xərcləri (xərclər smetası) iqtisadi mahiy­yətinə görə aşağıdakı kimi təsnifləşdirilir:
1. Material xərcləri (geri qaytarılan, istifadəsi mümkün olan tullan­tı­ların dəyərini çıxmaqla);
2. Əmək haqqı xərcləri;
3. Sosial sığorta ayırmaları;
4. Əsas fondların amortizasiyası (köhnəlməsi);
5. Sair xərclər.
Məsrəflərin yuxarıda qeyd edilən bu jür təsnifləşdirilməsi bütün firma və müəssisələr üçün nümunəvi və məcburidir. Bu təsnifləş­dir­mə sistemindən istehsal xərcləri­nin smetasının tərtib olunmasında istifadə edilir.
İqtisadi elementlərinə görə xərclər təsnifləşdirildikdə onların is­teh­­salın, texnoloji prosesin hansı mərhələsində yaranmasından və han­­sı məhsulun isteh­salına sərf edilməsindən asılı olmayaraq iqtisadi mahiyyətinə, təyinatına uyğun olaraq qruplaşdırılır. Buna müvafiq ola­raq «Material xərcləri» qrpuna istehsal planının yerinə yetiril­məsi üçün zəruri olan xammal və materialların, texnoloji məqsədlər və cari təmir üçün istifadə edilən materialların, avadanlığın təmiri edilməsi üçün istifadə edilən ehtiyat hissələrinin və aşınma nəticə­sində sıradan çıxan alətlərin, tərtibatların və azqiymətli tez köhnələn əşyaların dəyəri, həmçinin həm texnoloji məqsədlər, həm də müəs­si­sənin təsərrüfat ehtiyacları üçün iəstifadə edilən bütün növ yanacağın və enerjinin satınalınmasına çəkilən xərclər aiddir. Göründüyü kimi, maya dəyərinin bu xərc elementində yalnız xamal və materiallarla əlaqədar olan xərc elementləri əks etdirilir.

Yüklə 334 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin