Mövzu İstehsal xərcələrinin, məhsul və xidmətlərin maya dəyərinin idarə edilməsi


«Satın alınmış dəstləşdirici məmulatlar və yarımfabirikatlar, müəssisəyə kooperasiyalaşma yolu ilə göstərilən xidmətlər» xərc maddəsində



Yüklə 334 Kb.
səhifə7/15
tarix04.06.2022
ölçüsü334 Kb.
#116617
1   2   3   4   5   6   7   8   9   10   ...   15
UNEC 1654331720

«Satın alınmış dəstləşdirici məmulatlar və yarımfabirikatlar, müəssisəyə kooperasiyalaşma yolu ilə göstərilən xidmətlər» xərc maddəsində koperasiya­laşma yolu ilə alınmış yarımfabrikatların, his­­sə və qovşvqların dəyəri, həmçinin göstərilmiş xəidmətlərin haq­qının ödənilməsi ilə əlaqədar olan xərclər əks etdi­rilir.
«Texnoloji ehtiyaclar üçün yanacaq və enerji» xərc mad­də­si­nə bilavasitə məhsul istehsalında istehslak eilən yanacaq və enerjiyə (həm öz istehsalı olan, həm də kənar müəssisə və təşkilatlardan satın alınan) çəkilən xərclər aid edilir.
Qeyd etmək lazımdır ki, xammal və materialların, yarımfabri­kat­ların, yan­ca­ğın və enerjinin göndərilməsi ilə əlaqədar olan nəqliyyat-tədarükat xərcləri, yəni onların daşınması, yüklənib-boşaldılması və saxlanması xərcləri müvafiq xərc maddələrində nəzərə alınırlar.
«İstehsal fəhlələrinin əsas əmək haqqı» xərc maddəsinə həm is­­tehsal fəhlələrinin, həm də istehsalın təşkili və idarə edilməsində bir­başa iştiak edən mühəndis-texniki işçilərin əsas əmək haqqı daxil edilir.
«İstehsal fəhlələrinin əlavə əmək haqqı» xərc maddəsinə isə məhsul isteh­sa­lına (xəidmətlərin göstərilməsinə, işlərin yerinə yetirl­məsinə) sərf olunmamış vaxt üçün qanunvericilik aktlarında nəzərdə tutulmuş ödənişlər: növbəti və əlavə məzuniyyətlər, südəmər uşaqlı analara güzəşt saatlarına, fəxri adlara və s. görə ödəniş­lər daxil edilir.
«Sosial sığorta ayırmaları» xərc madəsində istehsal fəhlələ­ri­nin əsas və əlavə əmək haqqının məbləğindən ölkə qanun­verici­li­yin­də nəzərdə tutulan nor­malara uyğun olaraq sosial sığorta fonduna edilən ödənişlərin məbləği əks etdirilir.
«Yeni istehsalın hazırlanması və mənimsənilməsi xərcləri» mad­dəsində yeni istehsalın mənimsənilməsi, yeni sex və aqreqat­la­rın istismara verilməsi (buraxılışı xərcləri), yeni texnoloji proseslərin hazır­lanması və mənimsənilməsi (digər mənbələrdən ödənilən xərc­lər istisna olmaqla), yeni texnikanın yaradıl­ması və mənimsənilməsi üçün yaradılan mükafatlandırma fonduna ödənişlər və bu qəbildən olan digər xərclər əks etdirilir.

Yüklə 334 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin