Mövzu İstehsal xərcələrinin, məhsul və xidmətlərin maya dəyərinin idarə edilməsi


«Xüsusi təyianatlı alətlər və tərtibatların alınması xərcləri və sair xüsusi xərclər» maddəsində



Yüklə 334 Kb.
səhifə8/15
tarix04.06.2022
ölçüsü334 Kb.
#116617
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
UNEC 1654331720

«Xüsusi təyianatlı alətlər və tərtibatların alınması xərcləri və sair xüsusi xərclər» maddəsində konkret məhsulun istehsalında is­ti­fadə edilən xüsusi alət və tərtibatların hazırlanmasına, satın alın­ma­sı­na və təmirinə sərf olunan məsrəf­lər uçota alınır. Xüsusi alət və tər­tibatlara modellər, sökülüb-quraşdırılan qəlib­lər, qəlib qutuları, ştamp­­­lar, pres-formalar, həmçinin dəyərindən (qiymətindən) asılı ol­ma­yaraq müxtəlif növ xüsusi alətlər (kəsiçi, ölçü və köməkçi) aid edilir.
«Avadanlıqların istismara yararlı vəziyyətdə saxlanılması və istismarı xərcləri» maddəsində istehsal və qaldırıcı-nəqliyyat ava­dan­lıqlarının istismara yararlı vəziyyətdə saxlanması, amortizasiyası, cari təmiri, həmçinin alət və tərtibatların bərpa edilməsinə sərf edilən məsrəflər əks etdirilir.
«Sex xərcləri» maddəsinə sexin idarəetmə aparatının əmək haq­qı; sex təyinatlı binaların, tikililərin və inventarla­rın amortiza­siyası; sexlərdə əməyin mühafizəsi və təhlükəsizliyi tədbirlərinə sərf edilən məsrəflər; istehsalın idarə edilməsi və ona xidmət göstərilməsi ilə əlaqədar olan xərclər; həmçinin qanunvericilikdə nəzərdə tutulan digər xərclər aid eilir.
«Ümumzavod xərcləri» maddəsində ümumiyyətlə, firma səviy­yə­sində istehsalın təşkili və idarə edilməsi ilə əlaqədar olan xərclər; fir­manın idarə aparatı işçilərinin əsas və əlavə əmək haqqı; xidməti ezamiyyə xərcləri; minik avtomobillərinin saxlanması xərc­ləri; kan­tor, mətbəə, poçt-teleqraf və telefon xərcləri; ümumzavod təyinatlı bi­naların, tikililərin və inventarların saxlanması və cari tə­miri xərc­lə­ri; istehsal heyətinin səfərbər edilməsi və kadrların hazır­lanması və ye­nidən hazırlanması xərcləri; müəssisənin mühafizəsi xərcləri və qanunvericilikdə nəzərdə tutulan digər xərclər əks etdirlir.
«Zay məhsul hesabına yaranan itkilər» xərc maddəsinə zay məhsul isteh­salı ilə əlaqədar yaranan itkilər, yəni zay (çıxdaş edil­miş) məhsulun dəyəri və bu məhsulun yararlı formaya gətiril­məsinə çə­kilən xərclər aid edilir. Qüsurun, defektin xarakterindən asılı ol­ma­yaraq o, aradan qaldırıla bilən və aradan qaldırıla bilməyən ola bilər. Zay məhsul istehsalçı müəssisədə aşkar edildikdə, bu daxili zay məh­sul, istehlakçı müəssisədə aşkar edildikdə isə xarici zay məhsul adlanır.

Yüklə 334 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin