Mövzu Korporativ informasiya sistemlərinin əsasları



Yüklə 27,78 Kb.
tarix31.12.2021
ölçüsü27,78 Kb.
#112713
UNEC 1636635648.docx


Mövzu 7. Korporativ informasiya sistemlərinin əsasları

  1. Korporasiya nədir?

  1. mərkəzləşdirilmiş idarəetmə altında işləyən və ümumi məsələləri həll edən müəssisələrin birliyidir

  2. əmtəə-nomenklaturası qruplarının maliyyə planlaşdırılmasıdır

  3. istehsalprosesininoptimalidarə edilməsidir

  4. texnoloji əməliyyatlarınardıcıllığı və onlarındavamlılığıdır

  5. satışın və istehsalın planlaşdırılmasıdır




  1. Korporativ informasiya sistemi nədir?

  1. müəssisənin fəaliyyətini birlikdə təmin edən və onun ümumi sənəd dövriyyəsində birləşdirilmiş ayrı-ayrı bölmələrinin informasiya sistemlərinin toplusudur.

  2. informasiyanın ötürülməsini idarə edən protokoldur

  3. müəssisədə istehsalın və satışın planlaşdırılmasıdır

  4. keyfiyyət standartıdır

  5. protokollar ailəsidir




  1. Korporativ informasiya sistemləri müəssisə tərəfindən ……….. məqsədilə yaradılır.

  1. müəssisənin idarəetmə strategiyasını və qabaqcıl informasiya texnologiyalarını birləşdirmək

  2. gəliri planlaşdırmaq və ona nəzarət

  3. bazarda rəqabət qabiliyyətini təmin etmək

  4. keyfiyyət standartlarını təmin etmək

  5. gəliri və itkini planlaşdırmaq




  1. Korporativ informasiya sistemləri müəssisənin fəaliyyətini hansı standarta uyğun olaraq dəstəkləyir?

  1. ISO 9000

  2. ISO 12207

  3. ГОСТ 34

  4. ISO 8410

  5. ISO 1000




  1. Korporativ idarəetmə nədir?

  1. şirkətin nizamnamə, reqlament və rəsmi siyasəti ilə müəyyənləşdirilən, aksionerlər və idarə heyəti arasındakı qarşılıqlı münasibətlər sistemidir

  2. əmtəə-nomenklaturası qruplarının maliyyə planlaşdırılmasıdır

  3. istehsal prosesinin optimal idarə edilməsidir

  4. texnoloji əməliyyatların ardıcıllığının və davamlılığının ifadə edilməsidir

  5. müəyyən növ məhsulun və ya prosesin layihələndirilməsidir




  1. Korporativ informasiya sistemlərinə qoyulan adaptivlik tələbi nəyi ifadə edir?

  1. müxtəlif qanunauyğunluqlara cevik uyğunlaşma qabiliyyətini

  2. ayrı-ayrı elementlərin sıradan çıxması zamanı sistemin öz fəaliyyətini davam etdirmək bacarığını

  3. verilənlərin mühafizə olunmasını

  4. qərarların tez və dəqiq qəbul edilməsini

  5. daha məhsuldar aparat-proqram platformasına keçidi




  1. Korporativ informasiya sistemlərinə qoyulan təhlükəsizlik tələbi nəyi ifadə edir?

  1. verilənlərin tamlığının və ziddiyyətsizliyinin qorunmasını

  2. müxtəlif qanunauyğunluqlara cevik uyğunlaşma qabiliyyətini

  3. istismar prosesində zərurət olduğu halda əlavələr edilməsinin mümkünlüyünü

  4. qərarların tez və dəqiq qəbul edilməsini

  5. daha məhsuldar aparat-proqram platformasına keçidi




  1. Korporativ informasiya sistemlərinə qoyulan miqyaslılıq tələbi nəyi ifadə edir?

  1. əsas müəssisə və eləcə də əsas müəssisəyə daxil olan istənilən firma səviyyəsində eyni bir idarəetmə texnologiyasından istifadəni

  2. müxtəlif qanunauyğunluqlara cevik uyğunlaşma qabiliyyətini

  3. verilənlərin mühafizə olunmasını

  4. verilənlərin tamlığının və ziddiyyətsizliyinin qorunmasını

  5. istismar prosesində zərurət olduğu halda əlavələr edilməsinin mümkünlüyünü




  1. Korporativ informasiya sistemlərinin əsas xarakteristikası deyil:

  1. istifadəçilərin sayı

  2. şəbəkənin əməliyyat imkanları

  3. məlumatların çatdırılma müddəti

  4. verilənlərin emalının dəyəri

  5. şəbəkənin məhsuldarlığı




  1. Bütün müasir konsepsiyaların idarə olunmasının mərkəzində .......... durur.

  1. insan

  2. kompüter

  3. korporasiya

  4. elm

  5. resurslar




  1. Korporasiya ……. strukturdur.

  1. çoxsahəli

  2. müstəqil

  3. nəzarət olunan

  4. geniş

  5. paylanmamış




  1. İnformasiya sistemi nədir?

  1. müəssisənin idarəetmə prosesində bütün informasiya-sənəd axınları ilə məşğul olan infrastrukturudur

  2. müasir müəssisənin iş mexanizminə cavab verən modullar toplusudur

  3. yüksək texnologiyalara bağlı proqram vasitələridir

  4. informasiyanın idarə edilməsində istifadə olunan kompyuter texnikasıdır

  5. təşkilatların ümumi işlənilmə metodikası və prinsipləridir




  1. İnformasiya sistemi hansı məqsədlə təşkil edilir?

  1. səmərəli idarəetmə

  2. dövlət nəzarəti

  3. nəzarətli idarəetmə

  4. paylanmış strukturun təmini

  5. qeyri-mərkəzləşmiş idarəetmə




  1. İnformasiya modeli nədir?

  1. müəssisədə mövcud informasiya axınını, informasiya sahəsinin bütün elementlərinin işlənilmə qaydalarını və marşrutlaşdırma alqoritmlərini təsvir edən biznes-modelin altçoxluğudur

  2. müəssisənin mürəkkəb sistem kimi verilmiş dəqiqliklə təsviridir

  3. istehsal və informasiya proseslərinin optimal idarə olunmasıdır

  4. texnoloji əməliyyatların ardıcıllığı və davamlılığıdır

  5. aksionerlər və idarə heyəti arasındakı qarşılıqlı münasibətlər sistemidir




  1. Biznes-model .........

  1. verilmiş dəqiqliklə müəssisənin mürəkkəb sistem şəklində təsviridir.

  2. müəyyən növ məhsulun və ya prosesin layihələndirilməsidir

  3. istehsal prosesinin optimal idarə edilməsidir

  4. texnoloji əməliyyatların ardıcıllığı və davamlılığıdır

  5. şirkətin nizamnamə, reqlament və rəsmi siyasəti ilə müəyyənləşdirilən, aksionerlər və idarə heyəti arasındakı qarşılıqlı münasibətlər sistemidir




  1. Biznes-model çərçivəsində ....... əks etdirilir.

  1. obyektlər, proseslər, əməliyyatların yerinə yetirilmə qaydası, mövcud inkişaf strategiyası və eləcə də sistemin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilmə meyarları

  2. müəssisədə maliyyə-uçot sistemlərinin tətbiqi sxemi

  3. texnoloji əməliyyatların ardıcıllığı və davamlılığı

  4. müəyyən növ məhsulun və ya prosesin layihələndirilməsi

  5. şirkətin nizamnamə, reqlament və rəsmi siyasəti ilə müəyyənləşdirilən, aksionerlər və idarə heyəti arasındakı qarşılıqlı münasibətlər sistemləri




  1. Korporasiyaya daxil olan və adətən bir-birindən kifayət qədər aralı yerləşən müəssisələrin, şöbələrin və inzibati ofislərin bir-birilə informasiya əlaqəsi korporasiyanın kommunikasiya strukturunu təşkil edən ...........vasitəsilə həyata keçirilir.

  1. informasiya sistemi

  2. biznes-informasiya

  3. strateji inkişaf sistemi

  4. texnoloji əməliyyatların ardıcıllığı və davamlılığı

  5. aksionerlər və idarə heyəti arasındakı qarşılıqlı münasibətlər sistemləri




  1. Korporasiyanın resurslarına aiddir:

  1. maddi, maliyyə, insan, bilik, KİS

  2. insan, bilik

  3. maliyyə, insan

  4. KİS, əmək

  5. təbii, maliyyə




  1. İstənilən şirkətin idarəetmə sisteminə daxil olan əsas altsistemlər hansılardır?

  1. satışın və əməliyyatın planlaşdırılması; zəruri resursların hərtərəfli planlaşdırılması; istehsal və tədarük prosesində planların icrasının idarə olunması

  2. maliyyə-uçot sistemlərinin tətbiq olunma sxemi; konkret əməkdaşların öhdəçilik sistemi; istehlakçılar və istehsalçılarla hesablaşmalar sistemi

  3. qərar qəbuletməyə yardım sistemləri; verilənlərin intellektual təhlili sistemi; istehsal proseslərinin planlaşdırılma sistemi

  4. optimal idarəetmə sistemi; verilənlərin intellektual təhlili sistemi; istehlakçılar və istehsalçılarla hesablaşmalar sistemi

  5. aksionerlərarası qarşılıqlı əlaqələr sistemi; idarəetmə və direktorlar şurasının qarşılıqlı əlaqələri sistemi; istehlakçılar və istehsalçılarla hesablaşmalar sistemi




  1. KİS-i hansı siniflərə bölmək olar?

  1. maliyyə-idarə və istehsalat

  2. model və struktur

  3. tipik və istiqamətlənmiş

  4. şəbəkə və relyasiya

  5. müstəqil və qarşılıqlı əlaqəli




  1. Maliyyə-idarə sistemləri nə üçün nəzərdə tutulmuşdur?

  1. bir və ya bir neçə istiqamət üzrə (mühasibat, anbar, kadr və s.) uçotun aparılması

  2. bütün mümkün olan informasiya sistemlərinin idarə edilməsi

  3. istehsal prosesinin idarə edilməsi və planlaşdırılması

  4. tipik həllər və standart idarəetmə komponentləri

  5. maliyyə idarəetməsinin emal edilmiş strukturu




  1. İstehsalat sistemləri nə üçün nəzərdə tutulmuşdur?

  1. istehsalat prosesinin planlaşdırılması və idarə olunması

  2. informasiya sistemlərinin idarə olunması

  3. bir və ya bir neçə istiqamət üzrə (mühasibat, anbar, kadrlar və s.) uçotun aparılması

  4. tipik həllər və standart idarəetmə komponentləri

  5. maliyyə idarəetməsinin emal edilmiş strukturu




  1. KİS-in növlərinə aiddir:

  1. sifarişli və tirajlanan

  2. praktiki və nəzəri

  3. informasiyalı və model

  4. sistemli və proqram

  5. planlı və strukturlu




  1. KİS hansı siniflərə bölünür?

  1. sadə (“qutu”); orta sinif, ali sinif

  2. birinci sinif, ikinici sinif, üçüncü sinif

  3. xətti, budaqlanan, standart

  4. fundamental, müvəqqəti, radikal

  5. məqsədli, standart, planlı




  1. “Korporativ informasiya sistemləri” adının analoqu olmayanı göstərin.

  1. Avtomatlaşdırılmış layihələndirmə sistemləri

  2. Avtomatlaşdırılmış idarəetmə sistemləri

  3. İdarəetmənin inteqrasiya edilmiş sistemləri

  4. Birləşmiş informasiya sistemləri

  5. Müəssisəni idarəetmə informasiya sistemləri




  1. KİS-in funksional altsisteminin vəzifəsi nədir?

  1. KİS-in tətbiqi funksionallığını təmin edir

  2. KİS-in sistem-texniki tərəfini əks etdirir

  3. KİS-in struktur tərəfini əks etdirir

  4. Korporasiyanın təşkilati strukturunu müəyyən edir

  5. Korporasiyanın nəzarət funksiyasını yerinə yetirən bölmələrini idarə edir




  1. KİS-in əsas quruluş prinsiplərinə aiddir:

  1. inteqrasiya, sistemlilik və komplekslilik prinsipləri

  2. qərar qəbuletmə, idarəetmə və sistemlilik prinsipləri

  3. bilikləri idarəetmə və verilənləri idarəetmə prinsipləri

  4. xarici strukturlarla verilənlərin mübadiləsi prinsipi

  5. verilənlərin analitik emalı prinsipi




  1. KİS-in qurulmasının inteqrasiya prinsipinə aiddir:

  1. Emal olunan verilənlər sistemə yalnız bir dəfə daxil olunur və sonradan dəfələrlə mümkün qədər çox məsələlərin həllində istifadə olunur

  2. Korporasiyanın müxtəlif bölmələrində, funksional altsistemlərində və bütün səviyyələrdə qərar qəbuletmə üçün zəruri olan informasiyanın alınması üçün verilənlərin emalına əsaslanır

  3. Diqqət yalnız altsistemlərə deyil, onlar arasında əlaqələrə də yönəldilir

  4. Korporasiya məhsullarının hərəkətinin bütün mərhələlərində verilənlərin çevrilmə prosedurunun avtomatlaşdırılması nəzərdə tutulur.

  5. Məhsulun bütün təkamül mərhələlərini əhatə edir




  1. KİS-in qurulmasının sistemlilik prinsipinə aiddir:

  1. Korporasiyanın müxtəlif bölmələrində, funksional altsistemlərində və bütün səviyyələrdə qərar qəbuletmə üçün zəruri olan informasiyanın alınması üçün verilənlərin emalına əsaslanır

  2. Emal olunan verilənlər sistemə yalnız bir dəfə daxil olunur

  3. Emal olunan verilənlər sonradan dəfələrlə mümkün qədər çox məsələlərin həllində istifadə olunur

  4. Korporasiya məhsullarının hərəkətinin bütün mərhələlərində verilənlərin çevrilmə prosedurunun avtomatlaşdırılması nəzərdə tutulur.

  5. İnformasiyanın bir dəfə saxlanılma prinsipidir




  1. KİS-in qurulmasının komplekslilik prinsipinə aiddir:

  1. Korporasiya məhsullarının hərəkətinin bütün mərhələlərində verilənlərin çevrilmə prosedurunun avtomatlaşdırılması nəzərdə tutulur.

  2. Korporasiyanın müxtəlif bölmələrində, funksional altsistemlərində və bütün səviyyələrdə qərar qəbuletmə üçün zəruri olan informasiyanın alınması üçün verilənlərin emalına əsaslanır

  3. Diqqət yalnız altsistemlərə deyil, onlar arasında əlaqələrə də yönəldilir

  4. Emal olunan verilənlər sistemə yalnız bir dəfə daxil olunur və sonradan dəfələrlə mümkün qədər çox məsələlərin həllində istifadə olunur

  5. Məhsulun bütün təkamül mərhələlərini əhatə edir




  1. Müəssisənin avtomatlaşdırılmasının ideya və üsullarını realizə edən texniki və proqram vasitələri toplusudur.

  1. korporativ informasiya sistemi

  2. informasiya texnologiyası

  3. korporativ şəbəkə

  4. korporasiya

  5. informasiya modeli




  1. Korporasiyanı idarəetmənin informasiya texnologiyasının tətbiq sahəsi deyil:

  1. müəssisənin imicinin təşkili

  2. mühasibat uçotu

  3. maliyyə axınları ilə idarəetmə

  4. istehsal prosesinin idarə edilməsi

  5. sənəd dövriyyəsi




  1. Korporativ informasiya sistemlərinin əsas məsələsi nədən ibarətdir?

  1. yüksək gəlir əldə etmək üçün müəssisənin bütün resurslarının səmərəli idarə edilməsindən

  2. biznes-proseslərin funksiya və strukturunun dəyişdirilməsindən

  3. filial, holdinq və törəmə firmaların informasiyalarının birləşdirilməsindən

  4. müəssisənin elmi-texniki idarəetmə funksiyasının avtomatlaşdırılmasından

  5. müəssisənin marketinq fəaliyyətinin avtomatlaşdırılmasından




  1. Təminedici altsistemlərə daxildir:

  1. texniki, riyazi, proqram, informasiya, təşkilati və hüquqi təminat

  2. digər resurslarla informasiyanın inteqrasiyası

  3. planlaşdıma, operativ idarəetmə, mühasibat ucou, maddi-texniki təchizat, kadrların idrəedilməsi, satış

  4. şəbəkə proqram təminatı

  5. layihənin idarə olunması üzrə məsləhətlər və layihənin işlənilməsi




  1. Funksional altsistemlərə daxildir:

  1. planlaşdıma, operativ idarəetmə, mühasibat ucou, maddi-texniki təchizat, kadrların idrəedilməsi, satış

  2. texniki, riyazi, proqram, informasiya, təşkilati və hüquqi təminat

  3. mürəkkəb dinamik sistemin modelləşdirilməsi

  4. müəssisədə innovasiyanın tətbiqi sistemi

  5. qarşılıqlı əlaqəli tədbirlər kompleksi




  1. Səmərəli idarəetmə məqsədilə təşkilatın ........... sisteminin qurulmasına ehtiyacı vardır.

  1. informasiya

  2. təsərrüfat

  3. maliyyə

  4. iyerarxik

  5. kadr




  1. Maliyyə-idarə və istehsalat sistemləri nəyə aiddir?

  1. korporativ informasiya sistemlərinə

  2. qlobal informasiya sistemlərinə

  3. informasiya fəzasına

  4. istehsal prosesinə

  5. təminedici altsistemə




  1. Bir və ya bir neçə istiqamət (mühasibat, satış, anbar, kadrlar və s.) üzrə uçotun aparılması üçün nəzərdə tutulmuşdur:

  1. maliyyə-idarə sistemləri

  2. istehsalat sistemləri

  3. planlaşdırma sistemləri

  4. mühasibat sistemləri

  5. nəzarət sistemləri




  1. İlk növbədə istehsal prosesinin idarə olunması və planlaşdırılması üçün nəzərdə tutulmuş sistemlər … sistemləri adlanır.

  1. istehsalat

  2. mühasibat

  3. maliyyə-idarə

  4. istehlak

  5. satış




  1. Konkret müəssisələr üçün təşkil edilən və analoqu olmayan korporativ informasiya sistemləri necə adlanır?

  1. sifarişli

  2. sadə

  3. «qutu»

  4. konkret

  5. tirajlanan




  1. Sistemin müəyyən mənada tipik olan interfeysini, funksiyalarını, təşkili strukturunu və prosesləri təqdim edən model necə adlanır?

  1. referens

  2. relyasiya

  3. şəbəkə

  4. iyerarxiya

  5. sifarişli




  1. Təşkilatın az sayda biznes-proseslərinin reallaşdırılması üçün nəzərdə tutulmuş korporativ informasiya sistemləri necə adlanır?

  1. sadə

  2. ali sinif

  3. orta sinif

  4. sifarişli

  5. konkret




  1. Orta sinif sistemlər müəssisənin fəaliyyətinin uçotunu hansı istiqamətlərdə aparır: 1. maliyyə; 2. logistika; 3. personal; 4. marketinq; 5. tətbiq

  1. 1, 2, 3, 4

  2. 2, 3, 4, 5

  3. 1, 2, 4, 5

  4. 1, 3, 4, 5

  5. 1, 2, 3, 4, 5




  1. KİS-in səmərəliliyinin qiymətləndirilməsi üçün hansı yanaşmalar mövcuddur? 1. tətbiq olunmuş oxşar layihələrin nəticələrinin postfaktum analizi; 2. ekspert qiymətləndirmə; 3. informasiya sisteminin layihələndirilməsi; 4. informasiya sisteminin müşayiət edilməsi; 5. balanslaşdırılmış qiymətləndirmə metodu.

  1. 1, 2, 5

  2. 1, 3, 4

  3. 2, 3, 4

  4. 2, 3, 5

  5. 1, 2, 3




  1. KİS-in qurulmasına qoyulan əsas tələblərə aid deyil:

  1. faydalılıq

  2. sistemlilik

  3. miqyaslılıq

  4. modulluq

  5. komplekslilik

Yüklə 27,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin