Mövzu Kursun tədqiqat obyekti, predmeti və vəzifələri Plan: «Ağac emalı sənayesinin iqtisadiyyatı»


Müəssisədə istehsal prosesinin təşkili



Yüklə 102,77 Kb.
səhifə11/26
tarix31.12.2021
ölçüsü102,77 Kb.
#113270
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   26
AĞAC EMALI

Müəssisədə istehsal prosesinin təşkili

İstehsal prosesinin təşkili dedikdə, istehsal amillərindən: iş qüvvəsi, əmək predmetləri və əmək vasitələrindən səmərəli istifadəni təmin etmək məqsədilə onların zaman və məkan baxımından düzgün əlaqələndirilməsinə yönəldilmiş texniki- təşkilati tədbirlər kompleksi nəzərdə tutulur.

İstehsal prosesinin təşkilinin əsas vəzifələrinə texnoloji əməliyyatların yerinə yetirilməsinin səmərəli üsul və fəndlərinin müəyyən edilməsi, istehsal prosesinin əməliyyatlara bölüşdürülməsi, sexlərdə və istehsal sahələrində istifadə edilən avadanlıqların düzgün yerləşdirilməsi, məhsul buraxılışının ahəngdarlığını və birqərarlığını təmin etmək üçün iş yerləri arasında qarşılıqlı səmərəli əlaqələrin təmin olunması aiddirlər.

İstehsal prosesinin təşkili müəyyən prinsiplərə söykənir və onlar aşağıdakılardır:


  • ixtisaslaşma prinsipi –müəssisənin ayrı-ayırı bölmələri və iş yerləri arasında əməyin peşələrə görə düzgün bölgüsünü və onların kooperasiyasını əks etdirir;

–paralellik prinsipi – müəyyən məhsulun istehsalı ilə əlaqədar istehsal prosesinin ayrı-ayrı mərhələlərinin eyni zaman kəsiyində həyata keçirilməsini nəzərdə tutur;

  • mütənasiblik prinsipi – müəssisənin qarşılıqlı əlaqəli və biri-birindən asılı olan bölmələrinin vaxt vahidi ərzində mümkün olan bərabər məhsuldarlığını nəzərdə tutur;

düzxətlilik prinsipi – xammal, material və ya yarımfabrikatın istehsala buraxılıb hazır məhsul alınana qədər onların ən qısa yolunun təmin edilməsinə əsaslanır;

  • fasiləsizlik prinsipi – əməliyyatlararası fasilələrin maksimum ixtisar edilməsini nəzərdə tutur;

  • ahəngdarlıq prinispi – müəyyən miqdar məhsulun hazırlanması üzrə istehsal prosesi və onu təşkil edən ayrı-ayrı tərkib hissələrinin eyni vaxtdan bir təkrar olunmasına əsaslanır.

Müəssisədə istehsalın təşkili prosesində əməliyyatların əlaqələndirilməsi vaxt və məkan baxımından həyata keçirilir və bunlarsız istehsalın səmərəli təşkili, ümumiyyətlə, qeyri-mümkündür.

İstehsalın təşkilinin vaxt strukturu istehsal prosesinin elementlərinin vaxta görə qarşılıqlı təsiri qaydası ilə müəyyən edilir. Vaxt strukturunun növlərinə görə istehsalın təşkili formaları əmək predmetlərinin istehsala verilməsinin ardıcıl, paralel və paralel-ardıcıl (qarışıq) formaları fərqləndirilir.

Əmək predmetlərinin texnoloji prosesə ardıcıl verilməsinə əsaslanan istehsalın təşkili forması emal edilən materialın bütün istehsal sahələri üzrə istənilən miqdar partiyalarla hərəkətini təmin edən istehsal amillərinin əlaqələndirilməsini özündə əks etdirir. Belə halda əmək predmetləri perspektivti iş yerlərinə əvvəlki əməliyyatda bütün partiyanın emalı başa çatdıqdan sonra verilir, yəni hər bir əməliyyatda detallar partiyalarla emal edilir. Belə forma istehsal proqramındakı yarana biləcək dəyişikliklərə qarşı daha çevik olur, ava- danlıqlardan kifayət qədər tam istifadə etməyə imkan verir. İstehsalın təşkilinin bu formasının çatışmamazlığı istehsal tsiklinin nisbətən – nisbi mənada –uzunluğu ilə əlaqədar olur. Belə ki, hər bir detal sonrakı əməliyyatın yerinə yetirilməsini bütün partiyaya daxil olan detalların emalının başa çatdırılması qədər gözləməli olur.

Əmək predmetlərinin texnoloji prosesə paralel-ardıcıl (qarışıq) verilməsinə əsaslanan istehsalın təşkili forması ardıcıl və paralel formalarının ortaq formasıdır və aryı-ayrılıqda onlardan hər birinə məxsus çatışmazlıqları qismən aradan qaldırır. Məmulatlar əməliyyatdan – əməliyyata nəqliyyat partiyaları ilə verilir. Bu zaman avadanlıqlardan və işçi qüvvəsindən fasiləsiz istifadə təmin edilir, texnoloji prosesin əməliyyatları üzrə detallar partiyasının paralel verilməsi də mümkün olur.

Yuxarıda Qeyd edilən formaların içərisində istehsal tsiklinin ən qısa uzunluğuna əmək predmetlərinin texnoloji prosesə paralel verilməsi zamanı təmin edilir. Lakin bu zaman əməliyyatların müddətcə bərabərliyi və ya tam bölünən olması əsas şərt kimi çıxış edir. Eks halda, avadanlıqların boşdayanması, iş vaxtından səmərəsiz itkilərlə istifadə baş verir və əməliyyatlar arasında normadan artıq və lüzumsuz fasilələr yaranır.

İstehsalın təşkilinin məkan strukturu istehsal meydançasında yerləşdirilmiş texnoloji avadanlıqların miqdarı (iş yerlərinin sayı) və onların əhatə olunduqları sahədə əmək predmetlərinin hərəkəti istiqaməti üçün nəzərdə tutulmuş yerlərlə müəyyən olunur. Texnoloji avadanlıqların (iş yerlərinin) miqdarından asılı olaraq xüsusiləşmiş iş yerinə malik birhəlqəli istehsal sistemi və sex, xətti və qarışıq strukturlu çoxhəlqəli istehsal sistemi fərqləndirilir.

İstehsal prosesinin sex strukturu texnoloji həmcinslik üzrə ixtisas- laşmanı nəzərdə tutan avadanlıqların (iş yerlərinin) materialların axınına paralel yerləşdirlməsinə əsaslanan istehsal sahələrinin yaradılması ilə xarakterizə olunur. Bu halda istehsal sahəsinə daxil olan detallar sərbəst iş yerlərindən birinə yönəldilir və burada da zəruri emal tsiklindən keçəndən sonra digər istehsal sahəsinə (sexə) verilir.

Xətti struktura malik sexlərdə isə avadanlıqlar (iş yerləri) texnoloji proses üzrə yerləşdirilir və detallar partiyası istehsal sahəsində bir iş yerindən digərinə ardıcıl verilərək emal olunurlar.

İstehsalın təşkilinin qarışıq strukturu isə xətti və sex strukturlarının əlamətlərini özündə birləşdirir.

Müəssisədə istehsalın səmərəli təşkilini müəyyən edən amillər içərisində prioritet göstəricilərdən biri də iş yerinin təşkilinin necəliyidir.

Fəhlənin iş yeri elə təşkil olunmalıdır ki, o, (fəhlə) özünün əqli və fiziki imkanlarını tam gerçəkləşdirə bilsin. Bunun üçün, ilk əvvəl, fəhlənin perspektiv ərzində istifadə edəcəyi texniki vasitələr onun "əlinin altında" olmalıdır; fəhlənin işlədiyi mühit komfort səviyyəsinə çatdırılmalıdır, onun ətrafında səs, toz, isti, buxar, işıq, rütubət, qaz və s. bu kimi orqanizm üçün ziyanlı olan xarici təsirlər normanı keçməməli, minimum səviyyədə olmalıdır. Fəhlənin istismar etdiyi texnika təhlükəsiz olmalıdır, başqa halda onun iş yeri təhlükəsizlik texnikası ilə təmin edilməlidir; zahirən əhəmiyyətsiz görünən bir amil də maşın və avadanlığın, sex divarının rəngidir (qara rəng bədbinlik, palıd rəng yuxu gətirir, qırmızı rəng isə fəhləni əsəbiləşdirir). Bütün bunların müsbət həlli fəhlənin fəallığını artırır, onun saatlıq və perspektivlik işinin nəticələrini yaxşılaşdırır.

Müəssisədə fəhlənin iş yerinin mükəmməl təşkili, iş prosesinin gedişatına nəzarət etmək və aşkar olunan nöqsanları aradan qaldırmaq üçün vaxtaşırı olaraq iş vaxtının fotoqrafiyası və xronometrajdan istifadə edilir.




  1. Yüklə 102,77 Kb.

    Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin