Mövzu Kursun tədqiqat obyekti, predmeti və vəzifələri Plan: «Ağac emalı sənayesinin iqtisadiyyatı»


Əmək məhsuldarlığının mahiyyəti və onun ölçülmə metodları



Yüklə 102,77 Kb.
səhifə15/26
tarix31.12.2021
ölçüsü102,77 Kb.
#113270
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   26
AĞAC EMALI

Əmək məhsuldarlığının mahiyyəti və onun ölçülmə metodları

İqtisadiyyatın sahələrində insanın məqsədyönlü fəaliyyətinin nəticəsi, səmərəsi onun müəyyən vaxt ərzində yaratdığı maddi nemət- lərin kəmiyyəti ilə xarakterizə olunur. Başqa sözlə, əməyin səmərəlilik səviyyəsi onun məhsuldarlığı ilə müəyyən olunur.

Əməyin məhsuldarlığı konkret əmək növünün vaxt vahidi ərzində az və ya çox məhsul istehsal etmək qabiliyyəti ilə səciyyələnir. Onun səviyyəsinin yüksəldilməsi vaxt vahidi ərzində istehsal edilən məhsulun kəmiyyətcə çoxaldılması və yaxud məhsul vahidinin istehsalına sərf olunmuş vaxtın miqdarının azaldılması ilə mümkündür.

Əmək məhsuldarlığının artmasının əhəmiyyəti hər şəydən əvvəl onda təzahür edir ki, o, istehsalı genişləndirməyin, ictimai sərvəti artırmağın başlıca şərti kimi çıxış edir. Məlumdur ki, istehsalın həcmi ya işləyənlərin sayını çoxaltmaq yolu ilə, ya da mövcud işçilərin əmək məhsuldarlığını yüksəltmək yolu ilə artırıla bilər. əmək məhsuldarlığının yüksəldilməsi milli gəlir kütləsinin artırılması və əhalinin maddi rifah halının yaxşılaşdırılmasının başlıca və həlledici amillərindən biri hesab edilir.

Müəssisə iqtisadiyyatı üçün əhəmiyyəti və rolu baxımından əmək məhsuldarlığının yüksəldilməsi, istehsal həcminin genişləndirilməsilə yanaşı, onun məhsulunun dəyərini ucuzlaşdırır və keyfiyyət göstəricilərini yüksəldir.

Əmək məhsuldarlığının yüksəldilməsi əmək şəraitinin yaxşılaşdırılma- sı üzrə işləri ön plana çəkir, iş gününün qısaldılmasına əsas yaradır. İş şəraitinin yaxşılaşdırılmasının həm sosial və həm də iqtisadi əhəmiyyəti var, çünki bu, bir tərəfdən işçilərin təkrar istehsalına və sağlamlığının qorunmasına təminat verirsə, digər tərəfdən isə onların əmək məhsuldarlığını daha da yüksəltmək üçün səylərini artırmalarına ciddi surətdə təsir göstərir.

Əmək məhsuldarlığının artım tempi orta əmək haqqının artım tempinə nisbətən daha yüksək olmalıdır. Bu, geniş təkrar istehsal prosesinin zəruri şərtidir. əmək məhsuldarlığının yüksəldilməsi nəticəsində əmək haqqı məsrəflərinə qənaət olunması, istehsal həcminin artırılması və istehsal gücündən istifadənin yaxşılaşdırılması hesabına məhsul vahidinə düşən şərti sabit xərclərin azaldılması ilə məhsulun maya dəyərini aşağı salmağa imkan verir. Mütərəqqi texnikanın tətbiqi nəticəsində əmək məsrəflərinin azalması adətən maddi ehtiyatlara qənaətlə müşayiət olunur ki, bu da bütün xərc maddələri üzrə məhsulun maya dəyərinin aşağı düşməsi ilə nəticələnir.

Fəhlənin iş vaxtından səmərəli istifadə, nəticə etibarilə, istehsalın səmərəliliyini, xüsusilə əmək məhsuldarlığının yüksəldilməsini təmin edən güclü amil kimi çıxış edir. İstehsalın həcmi genişləndikcə iş vaxtına qənaətin əhəmiyyəti daha da artır, çünki eyni vaxt vahidi ərzində daha çox məhsul istehsal etmək mümkün olur.

Əmək məhsuldarlığının öyrənilməsində əməyin nəticəsini xarakterizə edən natural, şərti-natural, əmək və dəyər göstəricilərindən istifadə edilir.

Natural ifadədə məhsul buraxılışı həcmi (məsələn, litr, mətr, ton və s.) istehsal fəaliyyətinin nəticəsini daha dəqiq səciyyələndirir, lakin bu göstərici ilə əmək məhsuldarlığı müəyyən edildikdə bəzi qeyri-dəqiqliyə yol verilir. Natural göstəricilər həmcins məhsul buraxan (məsələn, kömür hasilatı, poladəritmə, kərpic istehsalı və s.) müəssisələrdə tətbiq oluna bilər. Lakin bir çox hallarda müəssisələr müxtəlif növ məhsullar istehsal edirlər. Buna görə də istehsal fəaliyyətinin ümumi həcmini və əmək məhsuldarlığını müəyyən etmək üçün natural göstəricilərin tətbiqolunma dairəsi nisbətən məhdudlaşır.

İstehsal edilən məhsulun həcmi, həmçinin şərti-natural göstəricilər ilə də öçülür. Şərti-natural göstərici kimi, adətən eyni iqtisadi təyinat alan məhsul növlərindən biri, bir qayda olaraq digərlərini təmsil edən məhsul kimi seçilir. Bu metodda müəyyən məhsul növü – fiziki ölçüsündən asılı olmayaraq – vahid kimi qəbul edilir və başqa məmulatlar onların istehlak xassələrinə və ya əmək tutumuna görə həmin şərti ölçü vahidinə adekvat kimi qəbul edilir (şərti yanacaq, şərti banka və s.).

İstehsal fəaliyyətinin nəticəsinin natural, şərti-natural və əmək tutumuna görə ölçülməsi – mötəbər məlumata malik olmaq nöqteyi-nəzərindən çox faydalıdır.

Bununla belə, Qeyd edilən göstəricilərdən istifadə imkanları məhduddur. Bu göstəricilər sahə üzrə istehsal fəaliyyətinin nəticələrini ümumiləşdirmək işini çətinləşdirir və həm də müxtəlif müəssisələrin istehsal nəticələrini müqayisə etməyə imkan vermir.

Qeyd edilən qüsurları dəyər göstəricisindən istifadə etməklə aradan qaldırmaq mümkündür. Əməyin nəticəsinin dəyər ölçüsündə öyrənilməsində ümumi, əmtəəlik, emalın normativ dəyəri, şərti xalis məhsulun həcmi göstəricilərindən istifadə edilir. Dəyər göstəricisindən istifadə müəssisələrin fəaliyyət göstəricilərini sahə üzrə ümumiləşdirməyə imkan verir. Məhsul buraxılışının dəyər ifadəsində müəyyən olunmasının əsas üstünlüyü həm onun asanlığında, həm müxtəlif növ məhsul buraxan müəssisələrin və həm də ümumən müəssisələr qrupu üzrə istehsal həcminin dinamikasını müəyyən etmək imkanı verməsindedir. Bu zaman planlaşdırma və təhlil imkanı genişlənir,müxtəlif dövrlərdə hər bir tədqiq olunan qrup müəssisələr üzrə göstəricilərin müqayisəsinə imkan yaranır.

Artıq Qeyd olunduğu kimi, əmək məhsuldarlığının yüksəldilməsi vaxt vahidi ərzində istehsal olunan məhsulun həcminin artırılması və yaxud məhsul vahidi istehsalına sərf olunan vaxtın, başqa sözlə, məhsulun əməktutumunun azal-dılması yolu ilə mümkün olur.

Müəssisələrdə əmək məhsuldarlığının planlaşdırılması və uçotu mütəmadi olaraq həyata keçirilir. Əmək məhsuldarlığının səviyyəsi istehsal olunmüş məh- sulun miqdarını onun istehsalına sərf edilən vaxta bölmək yolu ilə hesablanır.

Məhsul istehsalına sərf edilən vaxt istehsal işçilərinin orta siyahı sayı ilə hesaba alınır. Onun tərkibinə əsas və köməkçi fəhlələr, mühəndis-təxnik işçilər, qulluqçular, kiçik xidmətedici heyət, şagirdlər, mühafizə işçiləri daxil edilir. Buna görə də, bu metodla hesablanmış əmək məhsuldarlığını"ümumi əmək məhsuldarlığı", "istehsal heyətinin əmək məhsuldarlığı" adlandırmaq olar. Belə bir "ümumilik" həmin göstəriciyə konkretlik deyil, mücərrədlik ma- hiyyəti verir. Bundan əlavə, əmək məhsuldarlığının səviyyəsi fəhlənin məhsul istehsalına sərf etdiyi adam-günlərin və habelə adam-saatların miqdarına görə də hesablanır; bu fəhlənin əmək məhsuldarlığı göstəricisi hesab edilir. Bunu istehsalın "baş agenti"nin əmək məhsuldarlığı da adlandırırlar.

Əmək məhsuldarlığının göstəriciləri və ölçülmə metodları ayrı-ayrı istehsal sahələrinin xüsusiyyətini nəzərə almalıdır.

Məlumdur ki, məhsulun dəyər uçotu həm maddiləşmiş, həm də canlı əmək məsrəflərinin məcmusunu səciyyələndirir. Lakin bu ümumi məsrəflər əmək məhsuldarlığının səviyyəsini müəyyən edən zaman yalnız istifadə olunmuş canlı əmək məsrəfləri ilə müqayisə olunur. Müxtəlif müəssisələrdə əmək məsrəflərinin xüsusi çəkisi müxtəlifdir. Buna görə də əmtəəlik (ümumi) məhsul üzrə dəyər ifadəsi ilə hesablanmış əmək məhsuldarlığı göstəriciləri sənayənin müxtəlif müəssisələrində müqayisəyə gəlmir. Bu onunla əlaqədardır ki, əmtəəlik (ümumi) məhsul göstəricisi müəssisələrin strukturunun dəyişilməsindən və ya müxtəlifliyindən, istehlak olunan xammalın dəyərindən, buraxılan məhsulun çeşidindən, ümumi istehsal həcmində kooperativləşmə yolu ilə alınmış dəstləşdirici məmulatların xüsusi çəkisindən asılı olaraq dəyişkən olur.

Əmək məhsuldarlığını hesablamaq üçün məhsulun həcmi kimi xalis məhsul göstəricisindən də istifadə edilə bilər. Xalis məhsul (maddi məsrəflərdən təmizlənmiş ümumi məhsul) göstəricisinin tətbiqi əmək məhsuldarlığının səviyyəsini təhrif etmir, çünki bu halda təkrar uçot, eyni bir məmulatın hazırlanması zamanı işledilən materialların dəyərinin, kooperativləşmə yolu ilə alınmış məhsulların müxtəlif xüsusi çəkilərinin təsiri aradan qalxmış olur. Bununla yanaşı, bu göstərici də müxtəlif sahələrə məxsus müəssisələrdə əmək məhsuldarlığının səviyyələrini müqayisə oluna bilən ölçüyə gətirə bilmir. Qeyd edilən göstəricilərdən istifadə təhlilin konkret məqsədindən asılı olur.

Müəssisədə əmək məhsuldarlığı hesablanarkən iş vaxtı vahidi olaraq saat, gün, ay, il götürülə bilər və buna uyğun olaraq əmək məhsuldarlığının səviyyəsi orta hesabla bir adam-saat, adam-gün və adam-il ərzində istehsal olunmuş məhsulun miqdarı ilə ifadə edilir. Əmək məhsuldarlığının bütün bu göstəriciləri müəssisələrdə bir nəfər orta siyahı işçi üçün hesablanır. İstehsal heyətinin bir iş- çisinə görə yalnız orta aylıq, orta rüblük və orta illik əmək məhsuldarlığı müəyyən edilir.




    1. Yüklə 102,77 Kb.

      Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin