Mövzu Kursun tədqiqat obyekti, predmeti və vəzifələri Plan: «Ağac emalı sənayesinin iqtisadiyyatı»


«Ağac emalı sənayesinin iqtisadiyyatı» kursunun tədqiqat metodları



Yüklə 102,77 Kb.
səhifə2/26
tarix31.12.2021
ölçüsü102,77 Kb.
#113270
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   26
AĞAC EMALI

«Ağac emalı sənayesinin iqtisadiyyatı» kursunun tədqiqat metodları

Elm özünün inkişaf tarixində həqiqətləri dərk etmək məqsədilə metodologiya, bir çox üsul və metod, qayda və fəndləri işləyib hazırlamış və elmi araşdırmalarda müvəffəqiyyətlə istifadə etmişdir. Bu metodlarda sistemli yanaşma, analiz və sintez, ümumidən xüsusiyə (deduksiya) və xüsusidən ümumiyə (induksiya) məntiqi keçid, iqtisadi-riyazi metodları və s. aid etmək olar. Dərketmə metodu olan dialektika isə bu metodların köməyi ilə cəmiyyətin, təbiətin və idrakın inkişaf qanunauyğunluqlarını və bu inkişafdakı əlaqələri konkretləşdirir. İqtisadi proses və hadisələrin də düzgün və ətraflı dərk olunması konkret iqtisad elmləri üçün əsas elmi metod olan dialektik metod vasitəsilə mümkündür, çünki bu metod hadisə və proseslərin fasiləsiz, mütəhərrik vəziyyətdə, ətrafla sıx və qırılmaz ümumi əlaqə, qarşılıqlı asılılıq və qarşılıqlı təsir vəziyyətində öyrənir.

Dialektik metodun köməyi ilə iqtisadi hadisə və proseslərin real inkişafını – kəmiyyət və keyfiyyət dəyişikliklərini və buna səbəb olan daxili ziddiyyətlərin (əksikliklərin vəhdəti və mübarizəsi) mahiyyətini dərk etmək və yeni inkişaf səviyyəsinə qalxmaq naminə onların həlledilmə qaydalarını müəyyənləşdirmək mümkün olur. Bütün bunlara görə də tədqiqat və təhlil işində dialektik metod ən mükəmməl elmi metod hesab edilir.

Yuxarıda qeyd olunanlarla bərabər bütün elmlər (kurslar) kimi «Ağac emalı sənayesinin iqtisadiyyatı» elminin də özünəməxsus tədqiqat metodları vardır.

«Ağac emalı sənayesinin iqtisadiyyatı» elminin (kursunun) tətbiqi mahiyyət daşıması onun tədqiqat metodlarının da məzmunca empirik səciyyəli tədqiqat metodlarından istifadəsini önəmli edir.

Emal sənayesi müəssisəsinin iqtisadi məsələlərinin öyrənilməsində statistik müşahidə və müqayisəli təhlil metodları böyük əhəmiyyət kəsb edir. Onlar xüsusi və ümumiləşdirici iqtisadi göstəriciləri toplamağa, müəssisənin iqtisadi və sosial inkişaf dinamikasını təhlil və onun fəaliyyətinin nəticələrini digər təsərrüfat subyektləri ilə müqayisə etməyə imkan verir.

Müxtəlif ehtimal və proqnozlaşdırma metodları müəssisənin təsərrüfat strategiyasının hazırlanmasında və bunun köməyilə bazarın gələcək konyunkturasına uyğunlaşmağa nail olmaqda və sahibkarlıq qərarlarının qəbulunda istifadə edilir.

«Ağac emalı sənayesinin iqtisadiyyatı» müəssisəsinin iqtisadiyyatının nəzəri və tətbiqi məsələlərinin təhlilində riyazi modellər, təsviri qrafika metodlardan da geniş istifadə olunur.

Bu metodlar – konkret iqtisadi situasiyadan asılı olaraq – ayrı-ayrı iqtisadi göstəricilərin təsir və əks təsir əlaqələrinin düzgün və obyektiv qiymətləndirilməsinə imkan yaradır.

Bazarda yaranan və fəaliyyət göstərən tələb və təklif arasındakı tarazlıq qanunu təkrar istehsalı şərtləndirməkdə və xüsusilə, iqtisadiyyatın inkişafındakı müvazinəti təmin etməkdə müstəsna əhəmiyyətə malikdir. Dialektik vəhdətdə olan tələb və təklif arasındakı tarazlığın yaranmasında iqtisadiyyatın ilkin həlqəsi olan müəssisələr həlledici rol oynayırlar. Müəssisə tələb tərəfdən istehlakçı, təklif tərəfdən isə istehsalçı kimi çıxış edir. «Ağac emalı sənayesinin iqtisadiyyatı» kursunun ən ümumi şəkildə vəzifəsi tələb və təklif arasındakı ziddiyyətlərdən törənən və bilavasitə müəssisə iqtisadiyyatına aid olan məsələləri öyrənmək və həmin ziddiyyətlərin həlli yollarını tapmaqdır.



  1. Yüklə 102,77 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin