Mövzu Kursun tədqiqat obyekti, predmeti və vəzifələri Plan: «Ağac emalı sənayesinin iqtisadiyyatı»


Əsas fondların köhnəlməsi və amortizasiyası



Yüklə 102,77 Kb.
səhifə23/26
tarix31.12.2021
ölçüsü102,77 Kb.
#113270
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   26
AĞAC EMALI

Əsas fondların köhnəlməsi və amortizasiyası

Əsas fondlar özlərinin dəyər və istehlak dəyərini tədricən itirməklə köhnəlir: onlar fiziki aşınmaya və mənəvi köhnəlməyə məruz qalırlar.

İstehsal əsas fondları həm istifadə zamanı və habelə boşdayanmalar vaxtı özünün texniki-istismar xassələrini itirir – belə köhnəlmə (aşınma) fiziki köhnəlmə adlanır.

Göründüyü kimi, əsas fondlar həm işlədikləri və həm də istismar olunmadıqları halda fiziki cəhətdən köhnəlirlər. Lakin hər iki halda, qüvvedə olan qaydaya görə, əsas fondların dəyəri amortizasiya normasına müvafiq ola- raq yaradılan məhsulun üzərinə keçirilir. Buna görə də, əsas fondlardan məhsuldar istifadə (istismar) zamanı onların fiziki köhnəlməsi həm də iqtisadi köhnəlmədir. Başqa sözlə, əgər əsas fondların dəyərinin yaradılan məhsul üzərinə keçirilməsi onların istifadəsi ilə bir zamanda baş verirsə, bu, həm fiziki və həm də iqtsadi köhnəlmədir. Əgər əsas fondlar işləmədiyi halda təbii təsirlərdən köhnəlirsə, dəyərinin yaradılan məhsul üzərinə keçməsinə baxmayaraq, bu, yalnız fiziki köhnəlmədir və bu halda iqtisadi köhnəlmə baş vermir. Avadanlığın fiziki köhnəlmə dərəcəsi bir çox amillərdən: onun hazırlan- dığı materialın konstruksiyasından və keyfiyyətindən, istehsalın tipindən, texnoloji proseslərin xüsusiyyətlərindən və s. asılıdır.

Əsas fondlar, əslində onun yalnız aktiv ünsürləri, mənəvi cəhətdən də köhnəlir. Mənəvi köhnəlmə ya aktiv ünsürlərin təkrar istehsalının ucuz başa gəlməsi, ya da əvvəlkilərə nisbətən daha məhsuldar maşın və avadanlıqların yaradılması və tətbiqi nəticəsində baş verir. Əgər maşın və avadanlıqları dəyər baxımından mənəvi köhnəlməyə məruz qalırsa, belə köhnəlməni aradan qaldırmaq mümkün olmur və bu cür köhnəlmiş əmək aləti fiziki cəhətdən yararlıdırsa, onun istehsaldan çıxarılması zərurəti yaranmır.

Məhsuldarlıq baxımından mənəvi köhnəlməyə məruz qalmış əmək vasitələ- rinin aktiv ünsürlərinin konstruksiyasında müəyyən dəyişiklik etmək yolu ilə, başqa sözlə, modernləşdirməklə (yəni avadanlığın köhnəyə nisbətən ucuz başa gəlməsi nəticəsində mənəvi köhnəlməni modernləşdirmə yolu ilə aradan qaldırmaq mümkün deyil), yəni texniki parametrlərini (güc, sürət, yükgötürmə və s.) yaxşılaşdırmaqla, onları yəni «nüsxə» səviyyəsinə qaldırmaq mümkün olur. Modernləşdirmə mümkün olmayan və ya iqtisadi cəhətdən səmərə verməyən halda köhnə avadanlıq yenisi ilə əvəz edilir. Lakin mütərəqqi texnika mənəvi cəhətdən köhnəlmiş, fiziki cəhətdən isə hələ yararlı olan öz «sələfini» yalnız o vaxt sıxışdırıb istehsaldan çıxara bilər ki, yəninin məhsuldarlığı hesabına əldə edilən əlavə səmərə köhnənin məhsul üzərinə hələ keçirmədiyi dəyərindən çox olsun.

İstehsal əsas fondları fiziki, mənəvi və iqtisadi köhnəlmə ilə yanaşı sosial cəhətdən də köhnəlirlər. Belə köhnəlmə, köhnə avadanlıqlara nisbətən istismarı fəhlə üçün daha rahat və cazibədar olan (səssiz, təhlükəsiz və s.) yəni avadanlıqların əmələ gəlməsində özünü göstərir.

Qeyri-maddi aktivlər əsas fondların bir növü kimi köhnəlmənin bütün növlərinə məruz qalmırlar. Qeyri-maddi aktivlərin fiziki əsasları olmadığından, onlar fiziki cəhətdən köhnələ bilməzlər; onlar yalnız mənəvi cəhətdən köhnəlirlər – mükəmməl və ucuz layihələr yarandığı hallarda əvvəlkilər mənəvi cəhətdən köhnəlirlər. Qeyri- maddi aktivlər – hesablamanın mürəkkəbliyi və çətinliyinə görə – bərpa dəyəri ilə qiymətləndirilmir. Onlar yalnız ilkin və qalıq dəyerinə görə planlaşdırılır və uçota alınırlar.

Əsas fondlar fiziki cəhətdən qismən və tam köhnəlirlər. Onların fiziki cəhətdən qismən köhnəlməsi cari, orta və əsaslı təmirlə aradan qaldırılır. Hazırda müəssisələrdə bütün təmir işlərini (cari, orta və əsaslı) maliyyələşdirmə üçün təmir fondu yaradılır. Bu fond bir il üçün və il ərzində məhsulun maya dəyerinə daxil edilən xərclərin hesabına formalaşır, yəni bütün təmir xərcləri cari xərclərə aid edilir.

Cari təmir əsas fondları lazımi texniki istismar vəziyyətində saxlamaq üçün və həm də qısa vaxt ərzində aparılır.

Orta təmir zamanı maşın və avadanlıqlar qismən sökülür, onun işlənib kor- lanmış hissələri yenisi ilə əvəz olunur. Bu iş nisbətən əməktutumlu olduğundan, cari təmirə nisbətən çox vaxt tələb edir.

Əsaslı təmir – maşın və avadanlıqların tam sökülməsi, köhnəlmiş hissə və qovşaqların dəyişdirilməsi, detalların təmizlənməsi, yığılması və nizamlanması ilə əlaqədar işləri əhatə edir. Onun aparılması praktikasında bəzən avadanlığın modernləşdirilməsi işi də həyata keçirildiyindən və, bununla əlaqədar olaraq, əmək vasitəsinin istismar keyfiyyəti və məhsuldarlığı yüksəldiyindən, əsaslı təmiri əsas fondların geniş təkrar istehsalına da aid etmək olar.

Əsas fondların öz konstruksiyasının mürəkkəbliyinə görə fərqlənən ünsürlərinin təmir tezliyi, başqalarına nisbətən daha çox olur. Məsələn, metal emal edən avadanlığın konstruksiyasına daxil olan hissə və bağlamaların ömür müddətləri və işlədikləri şərait müxtəlif olduqlarından onların dəyişdi- rilməsi və bərpası vaxtları üst-üstə düşmür. Məhz bu, icrasının texniki mürək- kəbliyinə görə təmir işlərininin təsnifləşdirilməsində mütləq nəzərə alınır.

Təmir işləri özünün texniki mürəkkəbliyinə görə aşağıdakı növlər üzrə təsnifləşdirilir:


  1. texniki qulluq;

  2. təmirlərarası xidmət;

  3. müayinələr;

  4. kiçik təmir; ə) orta təmir;

f) əsaslı təmir.

Qeyd etmək lazımdır ki, xüsusi hallarda – təbii hadisə və habelə avadan- lığın uzun müddət fəaliyyətsiz qalması ilə əlaqədar olaraq – bərpa təmiri də həyata keçirilir.

Əsas fondlar fiziki cəhətdən qismən köhnəldikdə, cari və əsaslı təmir edilir, tam köhnəldikdə isə onlar yəniləri ilə əvəz olunurlar. Fiziki cəhətdən köh- nelmiş, əsaslı təmir vasitəsilə bərpası iqtisadi cəhətdən sərfəli olmayan əsas fondlar istehsaldan çıxarılır və yenisi ilə əvəz edilir. Əsas fondların yeniləşdirilməsi üçün maliyyə mənbəyi amortizasiya fondudur. Amortizasiya, köhnəlmə dərəcəsindən asılı olaraq, əsas fondun dəyərindən yaradılan məhsul üzərinə keçən hissədir ki, bu da istehsal olunmuş məhsul satıldıqca toplanır, müəssisənin maliyyə resursuna çevrilir.

Amortizasiya ayırmaları əsas fondların bütün xidmət müddətində onların balans dəyərindən (ilkin və ya bərpa) faizlə birqərarda (eyni vaxtda bir eyni məbləğdə) müəyyən edilir. Sənayə müəssisələri üzrə hər ay üçün amortizasiya ayırmaları illik amortizasiya məbləğinin 12-yə bölünməsi yolu ilə hesablanır. Amortizasiya ayırmaları əsas fondların istismarda, təmirdə olmasından və ya boş dayanmasından asılı olmayaraq onların dəyerinə görə faizlə hesablanır.

Müəssisə və firmalarda amortizasiya siyasəti amortizasiya normaları əsasında həyata keçirilir. Düzgün hesablanmış amortizasiya normaları əsas fondların hərəkətini (dövriyyəsini) sürətləndirir, onların təkrar istehsal prosesini intensivləşdirir.

Hazırda ölkədə bazar iqtisadiyyatının tələbləri nəzərə alınaraq istehsal əsas fondlarının amortizasiyasının hesablanmasının açıq mətodu tətbiq edilir. Bu metodun mahiyyəti ondan ibarətdir ki, dövlət amor- tizasiya normasının yuxarı həddini müəyyən edir və bu həddən aşağı müəssisə istədiyi amortizasiya normasını tətbiq edə bilər. Eyni zamanda, istehsal əsas fondlarının bütövlükdə müəyyən qrupu üzrə amortizasiya normasının yuxarı həddi müəyyən edilir və qeyd edilən hədd daxilində müəssisə, bu qrupa daxil olan əsas fondlara istənilən amortizasiya normasını tətbiq edə bilər.

Hazırda qruplar üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:


  • binalar, tikililər və qurğular – 7 faizədək; – maşın, avadanlıq və hesablama texnikası – 25 faizədək; – nəqliyyat vasitələri – 25 faizədək; – iş həyvanları – 20 faizədək; – geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər – 25 faizədək;

– qeyri-maddi aktivlər üzrə istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə;– digər istehsal əsas fondları – 20 faizədək.

Bütün bunlara görə də, müəssisənin özünün amortizasiya siyasəti olur və amortizasiya ayırmalarının hesablanmasının müxtəlif metodları tətbiq edilir. Müəssisədə düzgün amortizasiya siyasətinin işlənib hazırlanması məqsədilə istehsal əsas fondlarının iqtisadi cəhətdən məqsədəuyğun xidmət müddəti müəyyən olunmalıdır. Bu xidmət müddəti bir sıra iqtisadi və texniki amillərlə müəyyən edilir. Onlara aşağıdakılar aiddir: əsas fondların texniki-konstruktiv və maddi-əşya xüsusiyyətləri ilə müəyyən edilən fiziki köh- nelməsi; işləyən əsas fondların və ilk növbədə, maşın və avadanlıqların mə- nəvi köhnəlməsi; maşın və avadanlıqların əsaslı təmirinə, modernləşdirilmə- sinə və onların əvəz edilməsinə çəkilən xərclərin müqayisəli səmərəliliyi.

İstehsal əsas fondlarının amortizasiyasının məqsədi istifadə edilən əsas fondların tam həcmdə sadə təkrar istehsalını təmin etməkdir. Lakin əsas fondlardan istifadə müddətinin xeyli uzun olması, əvvəllər buraxılmış əmək vasitələrinin təkrar istehsal qiymətinin dəyişməsi amortizasiya fondundan vəsaitlərin səmərəli xərclənməsini tələb edir.



  1. Yüklə 102,77 Kb.

    Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin