Əsas fondlardan istifadə göstəriciləri
Müəssisənin iqtisadi inkişafına və onun maddi-texniki bazasının möhkəm- lendirilməsinə əsas fondların yalnız geniş təkrar istehsalı ilə deyil, həm də mövcud əsas fondlardan istifadə səmərəliliyini yüksəltməklə nail olmaq mümkündür. İstehsal əsas fondlarından istifadə edilməsinin səmərəliliyi bir sıra göstəricilərlə xarakterizə olunur. Bu göstəricilər ümumiləşdirici (iqtisadi) və xüsusi (texniki və texniki-iqtisadi) göstəricilərə bölünür.
Müəssisələrin istehsal əsas fondlarından istifadəni səciyyələndirən iqtisadi (ümumiləşdirici) göstəriciləri bir çox texniki-təşkilati və iqtisadi amillərdən asılıdır və əsas fondlardan istifadənin son nəticəsini xarakterizə edir. Buraya fondverimi və fondtutumu göstəriciləri aid olunur.
Müəssisə üzrə fondverimi həcm göstəricilərindən birinin – əmtəəlik, ümumi və ya xalis məhsulun istehsal əsas fondlarının orta illik dəyerinə nisbəti kimi müəyyən edilir və bu, əsas fondların bir manatına düşən məhsul buraxılışını özündə əks etdirir. Fondverimi nə qədər yüksək olarsa, əsas fondlardan bir o qədər yaxşı istifadə olunar.
Fondverimi göstəricisinin əksi olan göstərici fondtutumu adlanır.Fondverimini daha ətraflı təhlil etmək, onu yüksəltməyin ehtiyat mənbələrini aşkara çıxarmaq üçün müəssisənin texniki-texnoloji xüsusiyyətlərini nəzərə almaqla əlavə göstəricilərdən də istifadə olunur. Məsələn, çuqun, polad, prokat, neft, qaz, kömür, sement, elektrik enerjisi və s. kimi standart məhsulların istehsalında həmin məhsulların buraxılışı həcminin istehsal əsas fondlarının bir (100, 1000) manatına görə natural ifadədə müəyyən etmək olar. Fondverimi göstəricisini istehsal əsas fondlarının ən aktiv hissəsinə – texnoloji avadanlıqlara görə də müəyyən oluna bilər.
Bütövlükdə, Müəssisədə fondverimi göstəricisini təhlil edərkən onun (müəssisənin) aid olduğu sahənin xüsusiyyətlərini nəzərə almaq lazımdır, çünki ayrı- ayrı sahələr üzrə fondveriminin səviyyəsi geniş amplitudada tərəddüd edir. Məsələn, yüngül və yəyinti sənayə sahələrinin müəssisələrində orta illik istehsal əsas fondlarının hər manatına məhsul buraxılışı öz məbləğinə görə, sənayə üzrə orta hesabla məhsul buraxılışından müvafiq surətdə təqribən 2 - 4 dəfə çox, ha- silat sahələrindəkinə, elektrik və istilik enerjisi istehsallarındakına nisbətən isə təqribən 2 - 3 dəfə az olur.
Fondverimi göstəricisi istehsal əsas fondlarından istifadə səviyyəsini səciyyələndirir. Lakin, məsələn, o, əmtəəlik məhsula görə hesablanırsa, bu halda fondverimi göstəricisi məhsul istehsalına çəkilən xərclərin nisbi qənaətini nəzərə almır. İstehsal xərclərində əsas fondların amortizasiyası sənayə müəssisələri üzrə orta hesabla təqribən 10 faizə qədər olur, lakin əsas fondlar istehsal prosesinin maddi əsası olduğuna görə xeyli dərəcədə əmək predmet- lərinə və canlı əməyə qənaəti müəyyən edir. Halbuki xammala, materiallara, yanacağa və elektrik enerjisinə, həmçinin əmək haqqına qənaət fondverimi göstəricisinin ancaq məhsul buraxılışının artmasına təsir edən hissəsində eks olunur. Bu qənaətin üstünlük təşkil edən qalan hissəsi isə fondveriminin səviyyəsində öz eksini tapmır. Halbuki real şəraitdə xammala və başqa əmək predmetlərinə qənaət etmək, əməyi mexanikləşdirmək, iş şəraitini yaxşılaşdır- maq və bunun nəticəsində əmək məhsuldarlığını yüksəltmək üçün əlavə avadanlıq istifadəyə vermək iqtisadi cəhətdən sərfəli olur.
Buna görə də fondverimi göstəricisinin xalis məhsul əsasında hə- sablanması daha məqsədəuyğundur. Bundan başqa, fondverimi səviy- yəsinin əməyin fondla silahlılığı (istehsal heyətinin hər nəfərinə düşən əsas fondların dəyəri) və əmək məhsuldarlığının (istehsal heyətinin hər nəfərinə düşən məhsulun dəyəri) artması nisbəti, məhsulun maya dəyərinin azalması və onun keyfiyyətinin yaxşılaşması, mənfəətin və rentabelliyin artması ilə müşayiət olunmalıdır.
Fondverimi göstəricisinin fondtutumu, əmək məhsuldarlığı və əməyin fondla silahlılığı ilə birlikdə öyrənilməsi və təhlili əsas fondlardan istifadə haqqında daha geniş təsəvvür yaradır. Çünki əməyin fondla silahlılığı, əmək məhsuldarlığı və məhsulun fondtutumu arasında müəyyən qarşılıqlı asılılıq vardır. Başqa şərtlər eyni qaldıqda həmin göstəricilərdən ikisinin dəyişməsi üçüncünün dəyişmə istiqamətini və kəmiyyətini müəyyən edir.
Deməli, yuxarıda qeyd edildiyi kimi, fondveriminin artması əmək məhsuldarlığı ilə əməyin fondla silahlılığının nisbətindən asılıdır: əmək məhsuldarlılığının əməyin fondla silahlılığına nisbətən üstünlüklə artması əsas fondlardan istifadə səviyyəsini (fondverimini) yüksəldir.
İstehsal əsas fondlarından, daha doğrusu, onun aktiv hissəsi olan istehsal avadanlıqlarından istifadə edilməsinin səmərəliliyini xarakterizə edən xüsusi (texniki) göstəricilər müxtəlif amillərdən, məsələn, vaxtdan, gücdən (vaxt vahidinə), təzələnmə dərəcəsindən və s. asılı olaraq əsas fondlardan istifadə səviyyəsini xarakterizə edir.
Praktikada avadanlığın əsas növlərindən istifadənin natural (texniki) göstəricilərindən də geniş istifadə edirlər. Bunlar müəssisənin texnoloji avadanlıqlarından istifadə dərəcəsini səciyyələndirən özünəməxsus göstəricilərdir. Məsələn, domna sobasının hər m3 həcmindən alınan günlük çuqun istehsalı – sobanın faydalı həcmindən günlük istifadə əmsalı; martən istehsalında sobanın döşəməsinin hər m2 sahəsindən alınan poladın miqdarı və s. Bu göstəricilər həm faktik iş vaxtına nisbətən və həm də təqvim vaxtına görə müəyyən edilə bilər. Göstəricilər faktiki iş vaxtına görə müəyyən ediləndə əsas fondlardan istifadənin səviyyəsini tam əks etdirir, çünki faktik iş vaxtına görə hesablama avadanlığın yüklənmə intensivliyini və bütün təqvim dövründə onun faktiki olaraq nəcə istifadə olunduğunu səciyyələndirir.
Dostları ilə paylaş: |