İstehsalın təşkilinin dəstəli üsulu aşağıdakı əlamətlərlə xarakterizə olunur:
emal olunacaq materialın istehsala partiyalarla buraxılması;
bir neçə növ materialın eyni zamanda emalı;
bir iş yerinə bir neçə əməliyyatın təhkim edilməsi;
ixtisaslaşmış və aqreqat avadanlıqla yanaşı universal avadanlıqdan da geniş istifadə olunması;
yüksək ixtisaslı və nisbətən geniş ixtisas profilli kadrlardan istifadə edilməsi;
eyni tip avadanlıqlarıın əsasən qrup halında yerləşdirlməsi.
İstehsalın təşkilinin fərdi üsulu məhsulun vahid nümunəsini və ya kiçik partiya halında istehsalını nəzərdə tutur. O, mürəkkəb, unikal avadanlığın, xüsusi ləvazimatın və s. istehsalında istifadə olunur.