Mövzu Kursun tədqiqat obyekti, predmeti və vəzifələri Plan: «Ağac emalı sənayesinin iqtisadiyyatı»


Müəssisədə istehsalın təşkili formaları



Yüklə 102,77 Kb.
səhifə12/26
tarix31.12.2021
ölçüsü102,77 Kb.
#113270
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   26
AĞAC EMALI

Müəssisədə istehsalın təşkili formaları

İstehsalın təşkili formaları istehsal prosesinin elementlərinin arasında zaman və məkan baxımından yaranan sabit əlaqələr sisteminin müxtəlifliyini ifadə edir.

Müxtəlif zaman və məkan strukturuna malik sistemlər istehsalın müxtəlif təşkili formalarını əmələ gətirir. Bunlara texnoloji, predmet, düzxətli, fərdi və qarışıq formalar aiddirlər.

İstehsal prosesinin təşkilinin texnoloji forması əmək predmetlərinin ardıcıl verilməsinə əsaslanan sex strukturları ilə xarakterizə olunur. Bu forma texnoloji prosesdə dəyişikliklərin baş verdiyi xırda seriyalı istehsallarda daha səmərəlidir. Eyni zamanda bu formanın bir sıra çatışmazlıqları da vardır. Belə ki, istehsalın təşkilinin bu formasında detalların say çoxluğu və onların emal prosesində hərəkətinin təkrar olunması bitməmiş istehsalın həcminin və emal ediləcək detalların saxlanma məntəqələrinin sayının artmasına gətirib çıxarır. İstehsal tsiklinin xeyli hissəsini istehsal sahələri arasındakı əlaqələrin mürəkkəbliyi ilə bağlı olan vaxt itkisi təşkil edir.

İstehsalın təşkilinin predmet forması xammal və materialın istehsala verilməsinin paralel – ardıcıl ötürülməsi ilə qarışıq məkan strukturuna əsaslanır. Predmet strukturuna əsaslanan istehsal sahəsində texnoloji prosesin əvvəlindən axırına qədər detallar qrupunun emalı üçün zəruri olan bütün avadanlıqlar quraşdırılır. İstehsal sahələrinin predmet üzrə qurulması düzxətliliyi təmin edir və detalların hazırlanmasının istehsal tsiklini qısaldır. İstehsalın təşkilinin texnoloji formasına nisbətən bu forma detalların nəqli xərclərini və məhsul vahidinə düşən istehsal sahələrinə tələbatı azaltmağa imkan verir. Bununla belə, bəzən bu habelə avadanlıqların tam yüklənməsi təmin edilmir. Bundan başqa, buraxılan məhsulun nomenklaturasının genişləndirilməsi və ya yeniləşdirilməsi istehsal sahələrinin dövri olaraq yenidən planlaşdırılmasını, avadanlıqlar parkının texnoloji strukturunun dəyişdirilməsini tələb edir.

İstehsalın təşkilinin düzxətli forması əmək predmetlərinin texnoloji prosesə ardıcıl verilməsi əsasında xətti strukturla xarakterizə olunur. İstehsalın təşkilinin bu forması ixtisaslaşma, düzxətlilik, fasiləsizlik, paralellik kimi prinsiplərə riayət olunmasını təmin etməyə imkan verir. İstehsalın təşkilinin bu formasının tətbiqi istehsal tsiklini qısaltmağa, əməyin ixtisaslaşması hesabına iş qüvvəsindən daha səmərəli istifadə etməyə, bitməmiş istehsalın həcmini azaltmağa şərait yaradır.

İstehsalın təşkilinin fərdi formasında əməliyyatlar bütövlükdə bir iş yerində yərnə yətirilir. Məmulat onun istehsalı ilə əlaqədar olan əməliyyatların əsas hissəsi toplandığı yerdə hazırlanır. Bu formaya misal olaraq, məmulatın fəhlələr tərəfindən onun ətrafında hərəkəti ilə quraşdırılmasını göstərmək olar. İstehsalın təşkilinin belə forması bir sıra üstünlüklərə malikdir. İstehsalın təşki- linin fərdi forması məmulatın konstruksiyasını və emalı ardıcıllığını tez-tez dəyişməməyə, istehsalın tələbatı ilə müəyyən edilən miqdarda müxtəlif nomenklaturalı məhsullar istehsal etməyə, avadanlıqların yərinin dəyişdirilməsi ilə əlaqədar vaxta və xərcə qənaət etməyə və habelə istehsalın çevikliyini artırmağa imkan verir.

İstehsalın təşkilinin qarışıq forması materialların istehsala ardıcıl, paralel və ya qarışıq şəkildə verilməsi ilə qarışıq və ya xətti struktura əsaslanan əsas və köməkçi əməliyyatların vahid istehsal prosesində birləşdirilməsinə əsaslanır. İstehsalın təşkilinin qarışıq (birləşdirilmiş) formasında sahələrdə emaletmə, nəqletmə, anbarlaşdırma və idarəetmə vahid istehsal prosesində birləşdirilir və bütün bu işlər koordinasiya edilir. Bunlar isə, bütün iş yerlərinin «avtomatik nəqliyyat – anbar kompleksi» vasitəsilə birləşdirilməsi yolu ilə təmin edilir. Burada istehsal prosesinin idarə olunması elektron hesablama maşınlarının köməyi ilə həyata keçirilir ki, bu da istehsal sahəsində texnoloji prosesin bütün elementlərinin «anbarda zəruri xammal və materialların axtarılması – onların iş yerlərinə nəqledilməsi – emalı – emal edilmiş detalların anbara qaytarılması» sxemi üzrə fəaliyyətini təmin edir. Ayrı-ayrı iş yerlərində detalların emalı və nəql edilməsi zamanı yaranan vaxt fərqləri əməliyyatlararası və sığorta zadəllərinin bufər anbarlarını yaratmaqla nizama salınır. Qarışıq (birləşdirilmiş) istehsal sahələrinin yaradılması, istehsal proseslərinin birləşdirilməsi və avtomatlaşdırılması birdəfəlik xərclərin yüksək olması ilə nəticələnir.

İstehsalın təşkilinin birləşdirilmiş formasına keçidin iqtisadi səmərəsi istehsal tsiklinin azaldılması, avadanlıqların yüklənmə səviyyəsinin artırılması, istehsal prosesinin tənzimlənməsi və ona nəzarətin yaxşılaşdırılması hesabına əldə edilir.

İstehsalın təşkilinin yuxarıda Qeyd olunan formalarını – yəni məh- sulun buraxılışına uyğunlaşdırmaq qabiliyyətindən asılı olaraq – çevik və qeyri-çevik formalara bölmək olar.

İstehsalın təşkilinin çevik formaları çox az vaxt və əmək sərf etməklə istehsal prosesinin elementlərini dəyişmədən yəni məhsul buraxılışına keçidi təmin edir.

İstehsalın təşkilinin qeyri-çevik formaları bir neçə növ detalın deyil, yalnız bir növ detalın emalını nəzərdə tutur. Buraxılan məhsulun nomenklaturasında dəyişiklik və məmulatın konstruktiv cəhətdən yəni seriyasının buraxılışna keçid istehsal sahəsinin yenidən planlaşdırılmasını, avadanlıq və ləvazimatların dəyişdirilməsini tələb edir.

Fərdi istehsal şəraitində istehsalın təşkilinin özünəməxsus xüsu- siyyətləri vardır. Bu istehsal tipində detallar, onların emalının üsulları müxtəlif olduğundan istehsal sahələri eyni təyinatdan olan avadanlıqların qruplar halında yerləşdirilməsinə əsaslanan texnoloji prinsip üzrə qurulur. İstehsalın bu cür təşkilində detallar hazırlanma prosesində müxtəlif istehsal sahələrindən keçirlər. Buna görə də, detalların istehsal sahəsinə (əməliyyatı həyata keçirmək üçün) verilməsi zamanı onların emalının keyfiyyətinə nəzarətin həyata kə- çirilməsi, nəqledilməsi, əməliyyatları yerinə yetirmək üçün iş yerlərinin müəyyən olunması məsələləri dəqiq müəyyənləşdirilməlidir. Fərdi istehsalda operativ planlaşdırma və idarəetmənin xüsusiyyətləri sifarişlərin vaxtında yerinə yetirilməsi, əməliyyatlar arasında hər bir detalın hərəkətinə nəzarət, istehsal sahələrinin və iş yerlərinin birqərarda yüklənməsi ilə müəyyən olunur. Bu zaman Müəssisədə maddi-texniki təminatın təşkilində ciddi çətinliklər yaranır. Hazırlanan məhsulların nomenklaturasının geniş olması, materiallardan iriləşdirilmiş məsrəf normalarının tətbiqi fasiləsiz təminatda problemlər yaradır ki, bu da Müəssisədə, bəzən, materiallardan böyük həcmdə istehsal ehtiyatlarının yaranmasına gətirib çıxarır.

Fərdi istehsalın təşkili xüsusiyyətləri onun iqtisadi göstəricilərinə də təsir göstərir. Bu istehsal tipinin üstünlük təşkil etdiyi müəssisələr üçün nisbətən yüksək əməktutumluluğu və müxtəlif əməliyyatlar arasında detalların uzun müddət toplanıb qalması hesabına bitməmiş istehsalın həcminin böyük olması səciyyəvidir.

Fərdi istehsalın texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılmasının əsas ehtiyatları onun texniki-təşkilati səviyyəsinə görə seriyalı istehsal tipinə yaxınlaşdırılması ilə əlaqədardır. İstehsalın təşkilinin dəstəli üsullarının tətbiqi hazırlanan məhsulların sayca məhdudlaşdırılması, detal və qovşaqların unifikasiyası (eyniləşdirilməsi) yolu ilə mümkündür ki, bu da ixtisaslaşmış istehsal sahələrinin təşkilinə, istehsalın hazırlığına sərf olunan vaxtı azaltmaq üçün məhsulun konstruktiv quruluşuna və hazırlanma texnologiyasına görə oxşar olan detalları qruplaşdırmağa və avadanlıqlardan istifadəni yaxşılaşdırmağa imkan verir.

Seriyalı istehsalın təşkili üçün sexlərin, adətən, predmet üzrə ixtisaslaşmış qapalı istehsal sahələrindən ibarət olması, avadanlıqların texnoloji proses üzrə ardıcıllıqla yerləşdirilməsi daha çox səciyyəvidir. Bunun nəticəsində isə, iş yerləri arasında nisbətən sadə əlaqələr yaranır və məhsulun hazırlanması prosesində detalların birbaşa hərəkətini təşkil etmək mümkün olur. Müəssisədə istehsal sahələrinin predmet üzrə ixtisaslaşması əməliyyatların ardıcıl olaraq yerinə yetirildiyi bir neçə avadanlıqlarda detallar partiyasının paralel emal edilməsinə şərait yaradır. Bütün detallar partiyasının emalı başa çatana qədər ayrı-ayrı detallar üzərində bir əməliyyat qurtardıqdan sonra o, onun üzərində digər əməliyyatın yerinə yetirilməsi üçün sonrakı mərhələyə verilir. Beləliklə, seriyalı istehsal şəraitində istehsal prosesinin paralel – ardıcıl təşkili mümkün olur.

Seriyalı istehsal şəraitində istehsalın təşkilinin bu və ya digər formasının tətbiqi istehsal sahəsinə təhkim edilmiş məmulatların əməktutumundan və buraxılış həcmindən asılı olur. Məsələn, böyük miqdarda hazırlanan və oxşar texnoloji prosesə malik iri, əməktutumlu detallar dəyişən axınlı istehsalın təşkili ilə bir istehsal sahəsinə təhkim edilir. Orta ölçülü,çoxəməliyyatlı və az əməktutumlu detallar partiyalarda birləşdirilir. Əgər onların istehsalı müntəzəm təkrar olunursa, bu detalların qrup şəklində emalı üçün xüsusi istehsal sahəsi təşkil edilir. Kiçik, az əməktutumlu detallar onların istehsalı üzrə ixtisaslaşmış istehsal sahəsinə təhkim olunur və bu zaman birbaşa axınlı istehsalın təşkili forması mümkün olur.

Seriyalı istehsalda fərdi istehsala nisbətən məhsulların əməktutumu və ya maya dəyəri əhəmiyyətli şəkildə aşağı olur və istehsal tsiklində fasilələrin xüsusi çəkisi nisbətən az olur ki, bu da bitməmiş istehsalın həcmini xeyli azaldır.

İstehsalın təşkili baxımından seriyalı istehsalda iqtisadi səmərəliliyin artırılmasının əsas ehtiyatlarından biri istehsalın axınlı təşkili üsullarının tətbiqidir.

Kütləvi istehsal şəraitində işləyən müəssisələrdə sexlər istehsalı tam avtomatlaşdırmağa imkan verən daha mütərəqqi avadanlıqlarla təchiz edilir və belə müəssisələrdə avtomatlaşdırılmış axın xətlərinin tətbiqi geniş yayılmışdır. Kütləvi istehsal şəraitində mexaniki emalın texnoloji prosesləri üzrə keçidləri daha dəqiq hazırlanır. Hər bir dəzgaha az miqdarda əməliyyat təhkim edilir ki, bu da iş yerlərinin nisbətən tam yüklənməsini təmin edir. Avadanlıqlar ayrı-ayrı detalların emalı texnologiyasının gedişinə uyğun yər- ləşdirilir, fəhlələr bir və ya iki əməliyyatın yerinə yetirilməsi üzrə ixtisaslaşırlar, detallar isə əməliyyatdan əməliyyata tək-tək verilir.

Kütləvi istehsal şəraitində əməliyyatlararası nəqletmənin və iş yerlərinə texniki xidmətin təşkilinin əhəmiyyəti artır. Maşın, avadanlıq və alətlərin vəziyyətinə mütəmadi nəzarət istehsal prosesinin fasiləsizliyini təmin etməyin əsas şərtlərindən birinə çevrilir. İstehsalın bütün həlqələrində müəyyən edilmiş ahəngdarlığın təmin olunması zəruriliyi kütləvi istehsalın təşkilinin fərqləndirici cəhətlərindəndir.

Kütləvi istehsal avadanlıqlardan tam istifadəni, əmək məhsuldarlığı səviyyəsinin yüksək və hazırlanan məhsulun maya dəyərinin digər istehsal tiplərilə müqayisədə aşağı olmasını təmin edir.

Mühazirə 4

Movzu 4. Müəssisənin kadrları, əmək məhsuldarlığı və əmək haqqı

Plan:


  1. Müəssisənin əmək resursları və onun tərkibi

  2. Müəssisədə kadrların idarə olunmasının xüsusiyyətləri

  3. Əmək məhsuldarlığının mahiyyəti və onun ölçülmə metodları

  4. Əmək məhsuldarlığının artırılması ehtiyatları və amilləri

  5. Müəssisədə əməyin normalaşdırılması

  6. Əmək haqqının mahiyyəti və əhəmiyyəti

  7. Müəssisədə əməyin ödənilməsinin forma və sistemləri




    1. Yüklə 102,77 Kb.

      Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin