Müəssisədə əməyin normalaşdırılması
Müəssisədə əməyin təşkilinin əsas elementlərindən biri əməyin normalaşdırılmasıdır. Çünki dəqiq normalar işin icra edilməsinin ən əlverişli, məhsuldar, mütərəqqi və məqsədəuyğun formasının müəyyənləşdirilməsini özündə əks etdirir. Əməyin normalaşdırılmasında məqsəd zəruri əmək məsrəflərinin və onun nəticələrinin müəyyən edilməsi, müxtəlif qrupa daxil olan işçilər sayı və avadanlıqların miqdarı arasında nisbətin müəyyən olunmasıdır. Bu normalar əməyin, istehsalın və idarəetmənin ən səmərəli təşkili səviyyəsinə uyğun olmalıdır.
Konkret texniki-təşkilati şərait daxilində iş yerində müəyyən həcmdə işin yerinə yetirilməsinə sərf olunan iş vaxtı sərfinin ölçülməsi əməyin norma- laşdırılmasının ən mühüm vəzifəsi hesab edilir. Hər bir iş yerində, sexdə və Müəssisədə vaxt sərfi üzrə daxili ehtiyatlar əmək məhsuldarlığını yüksəltməyin əlavə ehtiyatı olmaqla normalaşdırma vasitəsilə aşkar edilir. Bu ehtiyatların aşkar edilməsi və reallaşdırılması əməyin normalaşdırılmasının bilavasitə məqsədini təşkil edir.
Müəssisədə əməyin normalaşdırılması aşağıdakıları təmin edir: – istehsal olunan detal, qovşaq və məmulatın plan əməktutumunu müəyyən etməyi;
peşə və ixtisas üzrə işçilərin zəruri sayını hesablamağı; – əməyin nəticələrini qiymətləndirməyi, əmək haqqı və maddi stimullaşdırma fondunun həcmini müəyyən etməyi;
yəni texnika və texnologiyanın tətbiqi səmərəliliyini qiymətləndirməyi; – əmək məhsuldarlığının yüksəldilməsi tapşırığını əsaslandırmağı; – sexin, istehsal sahəsinin, ayrı-ayrı iş yerlərinin istehsal proqramlarını hesablamağı;
zəruri avadanlıqların miqdarını müəyyən etməyi; – iş yerlərinin attəstasiyasını apararkən onların təşkilati səviyyələrini qiymətləndirməyi və iş yerlərinin təşkilinin optimal variantlarının hazırlanmasını.
Əmək normaları istehsalın, əməyin ödənilməsinin, əmək məhsuldarlığının yüksəldilməsinin stimullaşdırılmasının təşkili və planlaşdırılmasında əsas rol oynayır.
Müəssisədə vaxt, əməliyyatın əməktutumu, istehsal, xidmət, say, idarə olunabilmə normaları və habelə, normalaşdırılan tapşırıqların normaları hesablanır və tətbiq olunur.
Əmək normaları içərisində vaxt norması əsas yer tutur. Vaxt norması məhsul vahidinin hazırlanması və ya müəyyən həcmdə işin yerinə yetirilməsi üçün zəruri olan iş vaxtının müddətidir.
Say norması müəyyən işin yerinə yetirilməsi üçün zəruri olan müəyyən peşə- ixtisas tərkibdə işçilərin sayını müəyyən edir.
Tapşırıqların normalaşdırılması müəyyən müddət ərzində briqada tərəfindən yerinə yetirilməli olan zəruri çeşid və həcmdə işləri müəyyən edir.
İdarəolunma norması bir rəhbərə bilavasitə tabe olan işçilərin sayını müəyyən edir. Müəssisdə əmək normaları ayrı-ayrı əməliyyatlar (əməliyyat norması) və ya qarşılıqlı əlaqəli əməliyyatlar qrupu (iriləşdirilmiş, kompleks normalar) üzrə
müəyyən olunur.
Beləliklə, Müəssisədə istehsalın səmərəli təşkili üçün əmək prosesinin müxtəlif tərəflərini əks etdirən əmək normalarından istifadə olunur.
Dostları ilə paylaş: |