Mövzu Kursun tədqiqat obyekti, predmeti və vəzifələri Plan: «Ağac emalı sənayesinin iqtisadiyyatı»



Yüklə 102,77 Kb.
səhifə5/26
tarix31.12.2021
ölçüsü102,77 Kb.
#113270
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   26
AĞAC EMALI

İstehsal prosesinin mahiyyəti

Müəssisə iqtisadiyyatına dair məsələlərin daha dərindən dərk olunması üçün Müəssisədə həyata keçirilən istehsal prosesinin mahiyyətinin və onun təşkili məsələlərinin öyrənilməsi çox vacibdir.

İqtisadçı üçün istehsal prosesini öyrənmək zərurəti Müəssisədə tətbiq olunan texnika və texnologiyanın müəssisə iqtisadiyyatı ilə dialektik vəhdətdə olmağından irəli gəlir. İstehsal prosesinin elementlərindən – əmək vasitələri, əmək cisimləri və iş qüvvəsindən – istifadə olunmasının təşkili vəziyyəti, nəticə etibarilə, müəssisə iqtisadiyyatının inkişaf imkanlarının səviyyəsini müəyyən edir.

Mühüm sənayə sahələrinə mənsub müəssisələrin istehsal prosesi haqqında ümumi bilikləri mənimsəməklə iqtisadçı, həm müəssisənin bütünlükdə və həm də onun istehsal sexləri və sahələrinin iqtisadi və təsərrüfat fəaliyyətini dərindən təhlil edə, mövcud vəziyyətlə bazarın tələblərinin uyğunluğu səviyyəsini müqayisəli şəkildə öyrənmək imkanı qazana bilər.

Öz-özlüyündə aydındır ki, burada sənayə müəssisələrində istehsalın təşkilindən müfəssəl deyil, onun ən ümumi məsələlərindən bəhs olunacaqdır.

İstehsal prosesinin təşkilinin mükəmməlliyi, tətbiq olunan texnika və texnologiyanın müasirliyi, son olaraq, rəqabət qabiliyyəti yüksək, dəyəri (qiyməti) nisbətən aşağı olan məhsullar istehsalı üçün həlledici rol oynayır. İstehsal prosesi nədir?


Yüklə 102,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin