bitməmiş istehsalın və istehsal ehtiyatları həcminin yüksək olması ilə əlaqədar maddi-texniki təminatın təşkilinin mürəkkəbliyi;
istehsal və məhsulun satışı xərclərinin yüksək, dövriyyə fondlarının dövretmə sürətinin və avadanlıqlardan istifadə səviyyəsinin aşağı olması.
İxtisaslaşdırma dərəcəsinə görə universal və ixtisaslaşdırılmış istehsal prosesləri fərqləndirilir. Fərdi və kiçik seriyalı istehsal şəraitində universal proseslər və Deməli, universal avadanlıqlar, iri seriyalı və kütləvi istehsal şəraitində isə ixtisaslaşdırılmış proseslər və bununla əlaqədar xüsusiləşmiş və avtomat avadanlıqlar tətbiq edilir.