Mövzu mal-material ehtiyatlarinin uçotu



Yüklə 54,81 Kb.
səhifə1/11
tarix26.11.2023
ölçüsü54,81 Kb.
#135528
  1   2   3   4   5   6   7   8   9   10   11
MÖVZU 8. MAL-MATERİAL EHTİYATLARININ UÇOTU


MÖVZU 8. MAL-MATERİAL EHTİYATLARININ UÇOTU



  1. Material ehtiyatları haqqında anlayış, təsnifatı və uçotunun vəzifələri

  2. Material ehtiyatlarının qiymətləndirilməsi metodları

  3. Material ehtiyatlarının mədaxilinin uçotu

  4. Material ehtiyatlarının məxaricinin uçotu

  5. Materialların anbar uçotunun təşkili

  6. Nəqliyyat tədarük xərcərinin uçotu

1. Material ehtiyatları haqqında anlayış, təsnifatı və uçotunun vəzifələri

İstehsal prosesinin normal fəaliyyət göstərməsi üçün əsas vəsaitlərlə yanaşı, xammal və materiallar da mühüm rol oynayır.


Müəssisənin mühasibatı materialların daxil olması, sərf edilməsi və yerini dəyişməsinin müntəzəm uçotunu aparır, gətirilən materialların kəmiyyət və çeşidlərinin istehsalın cari tələbatına uyğunluğuna, bunlardan düzgün istifadə olunmasına, anbarda ehtiyat normalarına, habelə xammal, köməkçi və s. materiallar buraxılışı normalına riayət olunmasına nəzarəti həyata keçirir.
Müəssisədə materialların uçotu həm mühasibatda, həm də materialların saxlandığı anbarlarda operativ qaydalara əməl etməklə aparılır.
Materialların mühasibat uçotunun qarşısında duran vəzifələri müvəffəqiyyətlə yerinə yetirmək üçün nomenklatura – qiymət cədvəlinə malik olmaq, sənədləşmə və sənəd dövriyyəsinin dəqiq sistemini qurmaq, müəyyən edilmiş qaydada inventarlaşmanı və materialların qalığının seçmə nəzarət yoxlanmasını aparmaq, onların nəticələrini uçotda öz vaxtında əks etdirmək və uçotun avtomatlaşdırılmasının müasir vəsaitlərini geniş tətbiq etmək lazımdır.
Materiallar iki əlamət üzrə təsnifləşdirilir:

  1. Onların istehsal prosesindəki təyinatına və roluna görə;

  2. Materialların texniki xassəsinə görə(növünə, ölçüsünə, markasına, istiqamətinə və b.)

  3. İstehsal prosesindəki funksional roluna və təyinatına görə müəssisənin malik olduğu bütün materiallar iki yerə bölünür:

  4. əsas materiallar;

  5. köməkçi materiallar.


Yüklə 54,81 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin