Qalıq uçotu cədvəli anbardakı miqdar uçotu ilə mühasibatın miqdar və məbləğ uçotunun qarşılıqlı əlaqələndirilməsi üçün tətbiq olunur. Cədvəl üzrə uçot qiyməti ilə qalıq məbləği, üstəgəl nəqliyyat-tədarükat xərcləri 201 saylı “Material ehtiyatları” sintetik hesabının qalığına uyğun gəlməlidir.
Operativ-mühasibat (saldo) metoduna istinad etdikdə mühasibatda materialların çeşid üzrə uçotu aparılır. Analitik uçot hər bir maddi-məsul şəxs üzrə balans hesabı (subhesabı) və maddi dəyərlərin qrupları üzrə ifadəsində aparılır.
İlkin sənədlərin qəbulu-təhvili, bir qayda olaraq, M-13 saylı formada xüsusi reyestrlərlə rəsmiləşdirilir.
Müəssisənin anbarına materiallar təchizat şöbəsinin ekspeditoru tərəfindən gətirilir. Bu məqsədlə ona etibarnaməverilir ki, bu haqda o mühasibatlıqdakı xüsusi kitabda imza edir. Adətən etibarnamə 15 gün müddətinə, bəzi hallarda isə 1ay verilir. Faktiki daxil olan materiallar malsatanın sənədinə tam uyğun olarsa, bu zaman maddi-məsul şəxs (anbardar və digər maddi məsul şəxslər) tərəfindən mədaxil orderi (forma № M-4) yazılır. Mədaxil orderlərinin blankları maddi-məsul şəxslərə nömrələnmiş vəziyyətdə verilir.Bəzən sənədləşməni azaltmaq məqsədilə malsatanın sənədində (tədiyyə tələbnaməsində) mədaxil orderinin rekvizitlərinə uyğun xüsusi ştamp vurulur. Mərkəzləşdirilmiş qaydada daşıma zamanı əmtəə-nəqliyyat qaiməsi (forma № M-5, M-6) 4 nüsxədən ibarət yazılır. Ödəmə sənədləri olmayan və müşayiətedici sənədlərdə kənarlaşma olan zaman materialların qəbulu haqqda aktı (forma № M-7) rəsmiyyətə salınır. Akt iki surətdən ibarət rəsmiyyətə salınır. Akt tərtib olan zaman mədaxil orderi rəsmiyyətə salınmır. Mədaxil sənədləri materialların daxil olduğu gün rəsmiyyətə salınır. Laboratoriya müayinəsi və mexaniki baxışa məruz qalan materiallar nəticə alınana qədər mədaxil olunmur və onlar anbardan buraxılmır. Onların uçotu xüsusi kitabda aparılır.
Materialları müəssisədaxili yerdəyişməsi zamanı qaimə-tələbnamnə (forma № M-10, M-11) tərtib olunur. Materialı təhvil verən maddi məsul şəxslər iki surətdən ibarət qaimə yazır.
Məxaric sənədləri materialların istehsalata, təsərrüfat ehtiyaclarına, kənar satışına və s. buraxılan zaman tərtib olunur. Materialların anbardan istehsalata buraxılması limit-zabor kartı (forma № M-8, forma № M-9) rəsmiyyətə salınır. Limit-zabor kartları iki surətdən ibarət yazılır: biri sexə, o biri isə anbara.
Bu kartlardan əsasən eyni zamanda istehsalatda istifadə edilməyən (qaytarılan) materialların uçotu üçün istifadə olunur.
Bina və qurğuların ləğvi zamanı əldə edilən ehtiyatların mədaxili zamanı “Bina və qurğuların sökülməsindən əldə edilən materialların qəbulu haqda” akt (M- 35 saylı nümunəvi forma üzrə) rəsmiyyətə salınır.